Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


ÖLÜM  orqanizmin həyat fəaliyyətinin geriyə dönməz şəkildə dayanması, can- lı varlığın mövcudluğunun labüd təbii sonu.  ÖLÇÜ



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə296/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   292   293   294   295   296   297   298   299   ...   307
333 felsefe muhazireler toplusu eyani

ÖLÜM 
orqanizmin həyat fəaliyyətinin geriyə dönməz şəkildə dayanması, can-
lı varlığın mövcudluğunun labüd təbii sonu. 
ÖLÇÜ 
– predmetin və hadisənin keyfiyyət və kəmiyyət müəyyənliyinin üzvi 
vəhdətini ifadə edən fəlsəfi kateqoriya. 
ÖNGÖRMƏ 
-əsaslandırılmayan və izah edilməsi mümkün olmayan hiss. Ve-
rilməmiş olanın, bilinməyənin, xüsusilə də gələcəklə əlaqəli olanın əvvəldən hiss 
edilməsi, doğru kimi hesab edilməsi. 
 

 
QAVRAYIŞ 
– hər hansı bir dərk edilənin mahiyyətinin birbaşa qavranılması. 
Kantda isə idrak növlərinin eyni bir məcrada birləşməsinə deyilirdi. Maddi aləmin 
hiss üzvlərinə bilavasitə təsir göstərən predmet və proseslərinin xarici struktur xü-
susiyyətlərinin hissi obrazı. 
QANUN
– hadisələrin mühüm daxili və sabit əlaqəsi olub, onların müəyyən 
qaydada dəyişilməsini şərtləndirir. Hadisələr arasında sistemli olaraq bir əlaqəni tə-
yin edən və bir şeyin vacibliyini dilə gətirən ümumi hökm. Hadisələrin gedişatında 
fövqəladəliyə yer verməyən, dəyişməzlik və məcburilik göstərən qayda. 
QNOSEOLOGİYA 
[yun. Gnosis – bilik, məlumat, logos – təlim]. Bilik haq-


317
qında təlim. Yunan dilində gnosis kəlməsi əslində episteme sözü ilə eyni mənada 
işlənir. Qnoseologiya və epistemologiya ümumiyyətlə öz şərtləri və nəticələri daxi-
lində bilik prosesini tədqiq edən, fəlsəfəni araşdıran sahədir. 
QNOSTİKLƏR 
[yun. Gnosis – bilik, gnostikos – bilik haqqında] – dini-fəlsə-
fi cərəyanın Xristian teologiyasını Qədim Şərqin dinləri ilə, həmçinin neoplatonizm 
və pifaqorçuluqla birləşdirən nümayəndələri. I əsrdə dini fəlsəfə cərəyanlarına və 
təriqətlərinə verilən ad. Onlar xilas yolunu spekulyativ bilikdə axtarırdılar. 
QNOSTİSİZM 
[Gnosis – bilik, gnostikos – biliklə bağlı] – İnsanla Tanrı ara-
sındakı əlaqəni spekulyativ biliklərlə bağlayan təlimlər. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə