Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


NOMİNALİZM  [lat. nomen – ad] – orta əsr fəlsəfəsində cərəyan; anlayışları  ayrı-ayrı predmetlərin adı hesab etmişdir.  NOUMEN



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə295/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   291   292   293   294   295   296   297   298   ...   307
333 felsefe muhazireler toplusu eyani

NOMİNALİZM 
[lat. nomen – ad] – orta əsr fəlsəfəsində cərəyan; anlayışları 
ayrı-ayrı predmetlərin adı hesab etmişdir. 
NOUMEN 
[yun. Noumenon] – fenomenin əksinə olaraq yal-nız ağılda dərk 
edilən mahiyyəti ifadə edən termin. Hisslər vasitə-silə dərk olunmayan, sırf əqllə 
qavranılan deməkdir. 


316

 
OBYEKT
göz önündə olan, qarşıya qoyulan şey. 
OBYEKTİV
– obyektlə əlaqəsi olan, onunla həmahəng olan. Fərdin şəxsi gö-
rüşündən asılı olmayan. Yaxud ümumiyyətlə hər növ düşüncə tərzinə uyğun gələn. 
OBYEKTİVLİK
– fəlsəfi mövqe; buna görə fəlsəfi idrak tədqiqatı tənqidi qiy-
mətləndirməyə, dəyərlər haqqında mülahizələr söyləmək səviyyəsinə çatdırmağa 
qadir deyil, buna görə də həmin idrak bunlardan əl çəkməlidir. 
OKKAZİONALİZM 
[occasio – təsadüf] – ruhun və bədənin qarşılıqlı təsiri-
nin izah olunmazlığını aradan qaldırmağa çalışan XVII əsr dini-idealist doktrinası. 
OKKULTİZM 
[occultus – gizli, məhrəm] – dünyada fövqəltəbii, elmi tədqi-
qata müyəssər olmayan fenomenlərin və qüvvələrin mövcudluğunu qəbul edən və 
onlara qarşılıqlı təsir üçün [magiya, spiritizm] əməli üsullar işləyib hazırlayıb tə-
limləri ifadə edən termin. 
ORQANON 
[yun. hərfi mənası vasitə, alət deməkdir] – Aristotelin məntiqlə 
əlaqədar işlərin hamısına verilən ad. Lakin Aristotel sırf məntiq mənasında analitik 
terminindən istifadə edirdi. Aristotelə görə məntiq düzgün düşünmənin metodu və 
sənətidir. 
Ö 
 
ÖZÜNDƏ ŞEY 
[alm. Ding an sich; fr. Chose en soi; ing. Thing in itself] –şü-
urdan asılı olmayaraq öz başına var olan, təcrübənin xaricində olan şey. Bu mənada 
Aristoteldə və sxolastik fəlsəfədə maddə ilə eyni mənalı. Kantda – noumenlə eyni 
mənalı düşüncədən asılı olmayaraq var olan. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə