Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


HƏRƏKƏT  – Materiyanın mühüm atributu, mövcudluq üsulu. Hərəkətə təbiət  və cəmiyyətdə baş verən bütün proseslər daxildir.  HİLOZOİZM



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə291/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   287   288   289   290   291   292   293   294   ...   307
333 felsefe muhazireler toplusu eyani

HƏRƏKƏT 
– Materiyanın mühüm atributu, mövcudluq üsulu. Hərəkətə təbiət 
və cəmiyyətdə baş verən bütün proseslər daxildir. 
HİLOZOİZM 
[yun. Hyle – maddə, cisim, materiya və zoe – həyat] – kainatın 
əsası olan Hilozoizm termini ilk dəfə 17 əsrdə işlədilmişdir. Duyğu və təfəkkür qa-
biliyyətini materiyanın bütün formalarına aid edir. Əslində duyğu yalnız yüksək in-
kişaf etmiş materiyanın xassəsidir. 
HİSS
– Xəbərdarlığı almaq qabiliyyəti. Əsas hiss orqanları olan görmək, eşit-
mək, dadmaq, qoxu bilmək və toxunmaq hissləri, duyğu orqanları vasitəsilə qəbul 
edilir. İnsanın ətraf gerçəkliyə [adamlara, onların davranışına, hər hansı hadisəyə] 
özünə münasibətini hiss etməsi, yanaşması. 
HÜLULİLİK 
[ər. daxil olma sözündəndir] – ilahinin insanda həll olması, tə-
cəssüm etməsi haqqında dini-fəlsəfi təlim. 
HÜRUFİLİK 
[ər. ―hərflər sözündəndir] – şiəlikdə təriqət.14 əsrin sonlarında 
yaranmışdır. Banisi Fəzlullah Nəimidir. 
 

 
KABALA 
[ibranicə. Kabbalah – alınma şeylər, adət, ənənə] – yəhudilərin ya-
zılı olaraq qorunub saxlanan dini ayinləri və qanunları özündə əks etdirən qanunna-
mələrlə birlikdə ağızdan – ağıza keçən dini buyruqlar. İbrani fəlsəfəsinin və deyilən 
mitos yazıların cəmi. Tarixləri dəqiq olaraq bilinmir. 
KƏMİYYƏT 
- Ölçülüb sayıla bilən böyüklük. 
KEYFİYYƏT 
- nəyinsə yaxşı və ya pis olma xüsusiyyətidir. Hansısa obyektə 
dəyər verdirən, xarici görünüş , rəng və dad kimi ona aid obyektiv xüsusiyyətlərin 
hamısına birgə verilən addır. Burada ifadə edilən, hər hansı bir baxımdan, üstünlük 
və əskiklikdir. Xalq dilində keyfiyyət, üstünlüyü, yaxşılığı bildirir. Fəlsəfi anlamda 
isə keyfiyyət fəlsəfi kateqoriya kimi şeyin onun mahiyyətindən olmayan lakin son-
radan ona əlavə olunan forma və xüsusiyyətlərin məcmusuna deyilir. Başqa sözlə, 


313
keyfiyyət bir şeyin quruluşunu göstərən, bir obyekti özünün var olduğu kimi edən 
xüsusiyyətdir. Keyfiyyətə Orta əsrlər Şərq fəlsəfə-sində daha çox ərəz deyidilər. 
Misal üçün, bir stul taxtadandır, onun taxtalığı onun mahiyyətidir, sakin onun for-
ması, rəngi, görünüşü, sərtliyi onun forma və keyfiyyətlərini təşkil edir. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə