Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə287/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   283   284   285   286   287   288   289   290   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
 

 
FATALİZM 
- [fatalis – tale, qismət] – anti-dialektik dünyagörüşü konsepsiya-
sı. Hər şeyin alın yazısına əsasən əvvəlcədən təyin olunmuş olduğuna, insanın bu 
əvvəlcədən müəyyən olunmuş olan alın yazısını dəyişdirə bilməyəcəyinə inanan 
dünyagörüşü. Bu konsepsiyaya görə aləmdə baş verən bütün proseslər azadlığa, ya-
radıcılığa imkan verməyən zərurətə tabedir və əzəldən müəyyən edilmişdir. 
FENOMEN
– ümumiyyətlə hisslərlə dərk edilən hər şey. Hadisə olan, zahir 
olan, yaxud müşahidəsi mümkün olan, idrak edilə bilən, mövcud olana müqabil gö-
rünən şey. 
Fenomen
– təcrübədə bizə verilmiş, hisslərin köməyi ilə dərk olunan ha-
disəni ifadə edən anlayış. Fenomenalizm – idrak haqqında təlim; duyğuların bilava-
sitə idrakın obyektindən ibarət olması tezisini əsas tutur. 
FENOMONEOLOGİYA
– təzahürlər haqqında təlim, əslində fenomenologi-
ya. Yunanca Phainomenon – görüntü, təzahür, logos – təlim, doktrina. Husserd və 
şagirdləri tərəfindən [L.Landqrebe, E.Fink və b.] əsaslandırılmış və müasir fəlsəfə-
yə təsir göstərmiş subyektiv idealist cərəyan. 
FETİŞİZM 
(cadugərlik) – maddi şeylərə səciyyəvi sosial keyfiyyətlər aid 
edən, mədəniyyətin yaratdığı xassələri isə təbiətə aid bir şey kimi nəzərdən keçirən 
ictimai [iqtisadi, ideoloji və i. a.] münasibət və buna uyğun baxış. 
FİDEİZM
– elmi dinə tabe etməyə, elmi biliklərdən dini ehkamların müdafiə-
sində istifadəyə çalışan mürtəce təlim. Fideizm – inanma, möminlik: Məlumatı ila-
hi vəhyə və imana dayandıran fəlsəfi görüş. Daha çox irrasional bilikləri və infor-
masiyanı əsaslandırmaq üçündür. Fideistlərə görə insanın qəbul etdiyi rasional bi-
liklərə irrasional biliklər də daxil edilməlidir. Bu səbəbdən 
v
ə
hy 
ilahi biliyi təmsil 
edir və bizə həm bilmədiyimiz həm də əldə edilməsi qeyri-mümkün olan məlumat-
ları çatdırır. 
FUNKSİYA 
– Mövcud münasibətlər sistemində hər hansı bir obyektin xassə-
lərinin xarici təzahürü; məs., orqanizmdə hiss orqanlarının funksiyaları, pulun 
funksiyaları, cəmiyyətdə dövlətin funksiyaları və i.a. 
FUTUROLOGİYA 
[lat. futurum – gələcək, logos – təlim, söz] – bəşəriyyətin 
gələcəyi haqqında təsəvvürlər, sosial proseslər perspektivlərini əhatə edən biliklər 
sahəsi. 


310

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   283   284   285   286   287   288   289   290   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə