Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə285/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   281   282   283   284   285   286   287   288   ...   307
333 felsefe muhazireler toplusu eyani

EMPİRİOKRİTİSİZM 
və yaxud maxizm – Avenarius və Max tərəfindən 
əsaslandırılmış subyektiv idealist cərəyan. Empirio və kritika sözlərinin birləşmə-
sindən əmələ gəlmişdir. 
ENTİMEMA 
- ənənəvi formal məntiqdə deduktiv əqli nəticə; bu əqli nəticədə 
hər hansı bir hissə ya müqəddimələrdən biri, ya da nəticə aydın ifadə olunmur. 
ESKATALOGİYA 
[yun. Eschaton – son, sonuncu; loqos – təlim, doktrina. 
Yunanca έσχατος yəni "son"kəlməsindən törəmiş teologiya və fəlsəfənin bir hissə-
sidir. İnsanlığın son taleyi və ya dünya tarixini nəticələndirən hadisələr, daha kobud 
bir təbirlə dünyanın sonu ilə məşğul olur. Bir çox din, təlim və ya kultta dünyanın 
sonu gələcəkdə olacaq bir hadisə kimi müqəddəs mətn, mif və ya folklorda göstəri-
lir. Daha geniş bir baxımdan, eskatologiyada Məsih, Məsih Çağı, axirət və ruh kimi 
mövzuları da əhatə edə bilər. Fərqli inanışların eskatolojik inancları və düşüncələri 
fərqli olsa da müəyyən oxşarlıqlar var ola bilər. 
ESTETİKA
– [həssaslıq haqqında təlim] – insan tərəfindən aləmin estetik mə-
nimsənilməsi qanunauyğunluqları, gözəllik qanunları əsasında yaradıcılığın mahiy-
yəti və forması haqqında elm. Kanta görə transandental estetika hissiyyatın ilkin 
ideyalarının elmidir. Əslində gözəl və sənət Platondan indiyə qədər fəlsəfi fikirlərin 
mövzusu olmuşdur. 
ETATİZM
– Dövləti bütün ictimai işlərdən xüsusilə də iqtisadi və mədəni hə-
yatın sistemindən üstün görən məfhum. Ümumiyyətlə dövləti ənənə, mədəniyyət, 
hüquq və digərlərinin qaynaq və daşıyıcısı olaraq görmə təlimi. Dövlət fəlsəfəsi 
dövlətin və ictimai həyatın özü, ortaya çıxması, mənası, əsas ideyaları və əsas for-
maları üzərində inkişaf etdirilən fəlsəfə təlimləri [Dövlət fəlsəfəsini ilkin Platon ilə 
Aristotel qurmuşdur]. 
EVDOMANİZM 
– həyatın mənasını xoşbəxtlikdə görən, insanın bütün fəaliy-
yətlərinin son elementi olaraq xoşbəxtliyi görən əxlaqi təlim. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə