Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə288/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   284   285   286   287   288   289   290   291   ...   307
333 felsefe muhazireler toplusu eyani

İ 
 
İDEYA 
[yun. Idea – anlayış, təsəvvür] – Məna, əhəmiyyət və mahiyyəti ifadə 
edən, təfəkkür və varlıq kateqoriyaları ilə sıx bağlı olan fəlsəfi termin. Platonda də-
yişməyən öz, əşyanın ilk nümunələri. Dilimizdə ideya sözü geniş işlənməkdədir
misal üçün: ağlıma bir ideya gəldi, yaxud fikir gəldi. 
İDEALIZM 
[yun. İdealisme] – fikirçilik-təsəvvürçülük: ideallıq, bir ideyaya 
bağlanmış olan və bu ideyadan fayda güdmədən bağlı qalan, düşüncənin əsl həqiqət 
olduğunu, bütün gerçəklərin əsası olduğunu, maddənin və əşyanın, zehin və düşün-
cənin bir məhsulundan ibarət olduğunu irəli sürən fəlsəfi bir baxımdır. İdealizm – 
fəlsəfi cərəyandır. İdealizm ruhi olanın, qeyri-maddinin birinciliyi və maddi olanın 
ikinciliyi prinsipindən çıxış edir ki, bu da onu aləmin zamanca və məkanca sonlu 
olması və Allah tərəfindən yaradılması haqqında dini ehkamlara yaxınlaşdırır. 
İMMANENT 
– Allahı aləmin içində, aləmlə birlikdə qəbul edən fəlsəfi görüş. 
İNDETERMİNİZM 
– sərhəd qoyma, hədd qoyma. Qeyri-müəyyənlik, deter-
minizmin ziddi olan bir fəlsəfi görüşdür.1. Ümumi olaraq səbəbiyyət qaydasına 
bağlı olmayaraq bir səbəbə bağlı olmayan hadisə və vəziyyətlərin də mövcudluğu-
nu irəli sürən görüş. 2. Xüsusi olaraq isə əxlaq fəlsəfəsində insan istəyinin heç bir 
qeydə - şərtə bağlı olmadığını, içində oldu-ğu şərtlərlə müəyyənləşmədiyini, insa-
nın müstəqil səbəbiyyət qaydasına bağlı olmadığını iddia edən görüş. İndeterminiz-
min kökü əslində ― determine kəlməsidir, kəlmənin əvvəlinə sözə inkarlıq verən –
in prefiksi, axırına da konsepsiyaları, nəzəriyyələri ifadə edən –ism suffiksi artırıl-
mışdır. 
İNTUİSİYA
– nəyinsə qəflətən açılması, bir əlaqənin birdən, birbaşa vasitəsiz 
kəşf edilməsi, yaxalanması. İntuisiya insandan əslində hisslərin fövqündə olan bir 
qabiliyyət tələb edir, çünki bəzən bəzi şeyləri duymaq və hiss edib qavramaq üçün 
intuisiyaya əsaslan-maq lazım gəlir. İntuisiya vasitəsiz qavramaq, ani olaraq başa 
düşmək, bir şeyin daxilini birbaşa görmək, həqiqəti bilavasitə anlamaq, dərk etmək 
qabiliyyəti kimi də xarakterizə etmək olar. İntuitiv isə hər şeyi bir anda ələ keçir-
məyə, qavramağa istiqamətlənən düşüncə tərzidir. İntuitivizm – imperializm dövrü-
nün burjua fəlsəfəsində geniş yayılmış idealist cərəyan. 
İŞRAQ 
– kəşf, işıqlanma, nurlanma, ilham gəlmə. Günəşin doğması [işraq] 
necə əşyanın görülməsini mümkünləşdirirsə, mənəvi bir kəşf, ilham və ya müşahi-
də olan İşraq ilə də insan bir çox bacarıq və məlumatı əldə ed
ə
r. İşraq fəlsəfəsinin 
Şərq fəlsəfəsində banisi İbn Sina hesab olunsa da, Seyid Yəhya Sührəvərdi əl-Məq-
tul işraqi filosof kimi dünyada tanınmış və bütün fəlsəfəsini bu yöndə qurmuş, özü-
nəməxsus şəkildə əsaslandırmışdır. İşraq termini ərəbcə işıqlanma, nurlanma, ziya-
lanma, qəlbinə nur doğma kimi tərcümə edilə bilər. Dili-mizdə günçıxan anlamına 
gələn cəhət adı, Şərq də bu kökdəndir. 
İDRAK– 
nəyəsə diqqəti yönəldib, onun mahiyyətinə varmaq; nəyinsə şüurlu 
surətdə fərqinə varmaqdır. İnsanların yaradıcılıq fəaliyyətinin ictimai-tarixi prosesi; 
bilikləri formalaşdırır və bunların əsasında insanın hərəkətlərinin məqsədləri və 
motivləri meydana gəlir. 


311

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə