Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə281/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   277   278   279   280   281   282   283   284   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
CƏMİYYƏT
– şüurlu fərdlərdən və xüsusilə aralarında təşkilatlanma əlaqələri 
və qarşılıqlı əməllər olan insanlardan ibarət topluluq. Ərəb dilindən keçmişdir, kö-
kü cəmə`a felidir, toplaşmaq, cəm olmaq, yığışmaq deməkdir. İnsanların birgə fəa-
liyyətinin tarixən qərarlaşmış formalarının məcmusu. Dar mənada ümumi, xüsusi 
və təkcə əlamətlərinin vəhdəti halında götürülmüş konkret cəmiyyət kimi və ayrıca 
region, ölkə kimi nəzərdən keçirilə bilər. Tarixən müəyyənləşmiş iqtisadi quruluş 
və ona uyğun üstqurum. İbtidai cəmiyyət. Sosializm cəmiyyəti. Kapitalizm cəmiy-
yəti. Bir yerə yığışan insanlara və dini terminologiyada məscidə namaz qılmaq 
üçün bir yerə yığışan insanlara da camaat deyilir. 

 
DEDUKSİYA 
- əldə etmə, hasil etmə, çıxarma. Latın mənşəlidir. Əsas müha-
kimə [əqli nəticə] üsullarından və tədqiqat metodlarından biri. Deduksiya öz meto-
doloji üslubuna görə induksiyadan fərqlənir. İnduksiyanın əksidir, mühakimə pro-
sesində ümumi müddəalardan xüsusi nəticə çıxarmaq, hər hansı bir ümumi fikirdən 
məntiqi yola çıxmaq, prinsip yaxud təklif ortaya qoymaq. 
DEMİURQ
– hərfən usta, sənətkar, məcazi mənada isə yaradıcı, xaliq. Plato-
nun idealist fəlsəfəsində və neoplatonçuların təlimində dünyanın yaradıcısı, kaina-
tın xaliqi; Allahın sifətlərindən biri.
DEMOQRAFİYA 
demos – xalq, qrafo – çəkirəm deməkdir. İnsanların təkrar 
istehsalının qanunauyğunluqlarını öyrənir.
DEMOKRATİYA
– xalqın özü-özünü idarə etməsi, yaxud da onu idarə etməsi 
üçün xalqın öz təmsilçilərini seçməsi. hakimiyyət formalarından biri; vətəndaşların 
azadlıq və hüquq bərabərliyinin tanınması ilə səciyyələnir. 
Demokratiya 
– yüksək 
səviyyədə inkişafı təmin etmək nöqteyi-nəzərindən, ən mürəkkəb və effektiv siyasi 
rejimdir və planetimizdə gündən günə geniş yayılmaqdadır. Məşhur amerikan poli-
toloqu Samuel Xayzinqton qeyd edir ki, XIX əsrin əvvəlində başlamış demokratik-
ləşmənin birinci uzun dalğası 1920-ci ildə demokratiyanın 30 ölkədə qələbəsi ilə 
nəticələnmişdir. Sonraki dövrdə avtoritarizmin və faşizmin yaranması 1942-ci ildə 


305
demokratik ölkələrin sayının 10-a qədər azalmasına səbəb olmuşdur. 
DEİZM 
[lat. Deus – Tanrı;] - Yunan dilindən əmələ gəlmişdir, yunancada De-
us – Tanrı; izm isə fəlsəfi təlimlərdə müşahidə olunan son şəkilçidir. Tanrıya inan-
maqla birlikdə, müəyyən bir dinin doqmalarını və ideyalarını mənimsəməyən. Tan-
rının kainatı yaratdıqdan sonra onu öz qaydasına görə işləmək üzrə öz başına bu-
raxdığını önə sürən təlim. Vəhyi və vəhyin bildirdiyi Allahı və dini inkar edərək, 
tək ağıl ile idrak edilən bir Tanrının varlığını qəbul edən fəlsəfi bir görüşdür. De-
izm ilk səbəb kimi Allahın mövcudluğunu qəbul edən təlimdir. Deizmə görə bütün 
varlıqlara həyat verən Tanrıdır. Lakin Tanrı ilkin xəlq edəndir, sonradan yaratdıqla-
rının işinə qarışmır. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə