Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə282/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   278   279   280   281   282   283   284   285   ...   307
333 felsefe muhazireler toplusu eyani

DEONTOLOGİYA 
[yun. deon – borc loqos – təlim, söz] – etik nəzəriyyənin 
bir sahəsi. Deontologiya, bir peşəni tətbiq edilməsi lazım olan əxlaqi dəyər və etik 
qaydaları araşdıran elm sahəsidir. İnsanın müəyyən tapşırıqları olduğunu fərz edən 
əxlaq təlimlərini əsas götürür və bu təlimlərdən qaynaqlanan vəzifə və qaydaların 
müxtəlif peşələrdəki konkret izlərini araşdırar.
DETERMİNİZM
– Hər hadisənin maddi və ya mənəvi bəzi səbəblərin zəruri 
nəticəsi olduğunu irəli sürən fəlsəfi görüşdür. Determinizm kainatda bütün olub-bi-
tənlərin səbəbiyyət əlaqəsi ilə müəyyənləşdiyini iddia edən nəzəriyyə. Səbəbiyyətin 
yeri və rolu məsələsində bir-birinə əks olan fəlsəfi konsepsiyalar. Bu nəzəriyyənin 
əksini iddia edən görüş isə indeterminizm. Ərəbcə səbəbiyyət demək olan determi-
nizm , bir-birini şərtləndirən anlamına gəlir.
 
DOQMATİZM
– Doqmatizm - ehkamlara, dəyişməz anlayışlara, dəqiq şərtlə-
ri nəzərə almayan düsturlara söykənən, həqiqətin konkretlilik prinsipini rədd edən 
idrak metodudur. Doqmatizm hansısa düşüncə başlanğıclarını aksioma kimi danıl-
maz edib sonra, tutalım, dinlə, fəlsəfə ilə bağlı bütün doğruların yalnız onların üs-
tündə durmasına inanmaqdır. Doqmalara (ehkamlara) əsaslanan qeyri-tənqidi təfək-
kür; ehkamçılıq. 
Doqma
- ehkam, bir fəlsəfə məktəbində mənimsənilən, doğru ehti-
malı ilə irəli sürülən ideya. Doğruluğu sınanmadan mənimsənilən təlim isə doqma-
tizm [yaxud ehkamçılıq] deyirlər. 
DUALİZM 
– bir-birindən müstəqil, bir-birilə əlaqəsi çıxmayan yaxud da qar-
şısında olan iki ideyanın varlığını qəbul edən görüş. Duo – iki deməkdir. Həm dini 
inanc sistemində [Xeyir və şər kimi], həm də fəlsəfi dünyagörüşdə [iki başlanğıc – 
aləmi Allahın yaratdığı görüş və aləmin təsadüfi yaranması görüşü] dualizm möv-
cuddur. Dualizm metafizikada varlıq və biliyin, ideya və təzahürün, bədən və ru-
hun, mən və mən olmayanın birliyi. Təbiətdə və ya hər hansı bir sistemin təməlində 
mütləq olaraq bir-birinə icra olunmayan iki prinsipin olduğunu qəbul edən görüş-
tür. Dualizm monizmin əksinə maddi və ruhi substansiyaları bərabər hüquqlu baş-
lanğıclar hesab edən fəlsəfi təlim kimi də xarakterizə edilir. Dualizmin əsas motivi 
çox vaxt materializmi və idealizmi barışdırmaq cəhdidir. Son nəticədə şüuru mate-
riyadan dualistcəsinə ayırmaq idealizmə gətirib çıxardır. Dualizm daha artıq dərə-
cədə Dekartın və Kantın fəlsəfəsi üçün səciyyəvidir. 
DƏYƏR
– İnsanın, istəyən, varlığına ehtiyacı olan, qiymət verən bir varlıq ola-
raq, obyekt ilə əlaqəsində ortaya çıxaran bir şey. Dəyər əxlaqı isə mövzusu dəyərlər 


306
olan əxlaq fəlsəfəsi, yaxud əxlaq fəlsəfəsinin bir fəsli olaraq ənənəvi dəyərlər siste-
midir. Dəyər fəlsəfəsi [alm. wertphilosophie] dəyərləri fəlsəfənin əsas mövzusu 
olaraq görən fəlsəfə anlayışı yaxud fəlsəfənin dəyərlərini araşdıran sahəsinə də de-
yilir.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə