Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə279/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   275   276   277   278   279   280   281   282   ...   307
333 felsefe muhazireler toplusu eyani

ARXETİP 
– hər şeyin ona görə həyata keçirildiyi düşünülən əsas ideya. Mun-
dus archetypus: həqiqət dünyasında hər şeyin onlara görə həyata keçirildiyi ideya-
lar, ilk prinsiplər dünyası. 
ASKETİZM
(tərkidünyalıq) – Ümumi olaraq ənənəvi, ayinlərdə təbii fəaliy-
yətləri, hissiyyatları imkan olduğu qədər azaltmağa çalışmaq şərti ilə özünün və 
nəfsinin öhdəsindən gəlmə vərdişlərinin aşılanmsı. Asketizmi bəzən dünyəvi olan-


303
lardan uzaqlaşmaq kimi də xarakterizə edirlər. Asketik həyat formasını sufizmlə 
eyniləşdirənlər də vardır. 
ATRİBUT
– qalıcı, əsas xüsusiyyətlər, sifətlər. Söz latın mənşəlidir, hərfi mə-
nada verirəm, bəxş edirəm deməkdir. Müasir anlamda çox işlənir. Misal üçün, döv-
lətin atributları, təşkilatın atributları və s. Azərbaycan dövlətinin himninin atributla-
rını onun sözləri və musiqisi təşkil edir. Atributlar elə şeylərdir ki, onlarsız həmin 
varlıq, şey yaxud predmet nə düşüncədə nə də reallıqda mövcud ola bilməz. 
AVERROİZM – 
Orta əsrlərdə Qərbdə ortaya çıxmış fəlsəfi təlim. Sözün kö-
kündə dayanan Averroes müsəlman aləmində İbn Rüşd kimi tanınır. Orta əsr fəlsə-
fəsində İbn Rüşdün ideyalarını tədris edən və yayanlara averroistlər adını verirdilər. 
Qərbin ənənəvi kilsə fəlsəfəsi Orta əsrlər Avropa Universitetlərinə nüfuz edən və 
tədris edilən averroizmin qarşısını alır, bu təlimin ardıcılını isə lənətləyib yandırır-
dılar. 
AVESTA – 
Zərdüştiliyin müqəddəs kitablar külliyyatı. Bəzi tədqiqatlara görə 
bu kitab Makedoniyalı İsgəndərin səfəri əsnasında onun tərəfindən yararlı hesab 
edilməmiş və yandırılmışdır. Tarixçilər Avestanın inək dərilərinə yazıldığını iddia 
edirlər. Lakin sonrada onun vedalar adlanan müxtəlif parçaları bərpa edilmişdir. 
AVROPASENTRİZM
– avropasayağılıq. Sözün kökündən də göründüyü ki-
mi, bu dünyagörüşü formasında Avropa elmi-mədəni məkan olaraq önə çəkilir. Ta-
rixi etibarı ilə daha müasir olan bu təlimdə cəmiyyətdə mövcud olan bütün yaxşı 
dəyərlərin, elmin, incəsənətin, fəlsəfənin, ədəbiyyatın və s. Avropadan qaynaqlan-
dığı və ya oradan təsirləndiyi qeyd olunur. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə