Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


MONİZM  - [yun. Monos – tək, vahid] – bütün mövcudatın əsasında bir baş- lanğıcın dayandığını qəbul edən fəlsəfi təlim.  MÜTLƏQ



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə294/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   290   291   292   293   294   295   296   297   ...   307
333 felsefe muhazireler toplusu eyani

MONİZM 
- [yun. Monos – tək, vahid] – bütün mövcudatın əsasında bir baş-
lanğıcın dayandığını qəbul edən fəlsəfi təlim. 
MÜTLƏQ
– öz başına var olan, heç bir şeylə bağlı olmayan, müstəqil, şərtsiz. 
Heç bir şeylə məhdudlaşdırılmayan. Metafizikada olduğu kimi, düşüncədə də heç 
bir başqa şeylə bağlı olmayan və varlıq səbəbini özündə daşıyan şey. Heç nədən 


315
asılı olmayıb, sərhəd tanımayan, müstəqil olaraq baş verən hal və hadisələri ifadə 
edən məfhum. Həqiqətdə olan mütləqlik öz ifadəsini insan düşüncəsində tapır. 
MÜQAYİSƏ 
obyektlər arasındakı oxşarlıq və ya fərq əlamətini [yaxud hər 
ikisi birlikdə] müəyyən etmək məqsədi ilə onların bir-birilə tutuşdurulması, fərq-
ləndirilməsi. 

 
NATURALİZM 
[lat

natura – təbiət + ism] – hər şeyi təbiətə əsaslandıraraq 
tədqiq edən dünyagörüşü. Təbiətə verilən anlam baxımından fərqli anlamlar verir. 
Təbiətin xaricində heç bir həqiqət və dəyər olmadığını irəli sürən doktrina. 
NOMİNALİZM 
[nominalisme] – İsimcilik: Ümumi fikirlərin və küllülərin nə 
zehində, nə zehnin xaricində, özündən və ya təcrübənin məhsulu olaraq olmadıqla-
rını, onların bir xəyal və addan yəni, yalnızca əşyanın adları olduğunu və bir ter-
mindən ibarət olduğunu qəbul edən görüş. 
NAİTİVİZM 
– İdrakın mistik-dini xarakteri haqqında idealist təlim; təlimdə 
həqiqət realist-məntiqi yolda və ya diskursiv qay-dada deyil, guya qəflətən heç bir 
hazırlıq olmadan, təkcə qeyri-şüuri ilhamın, yəni ilhamlanmanın nəticəsində yaran-
mış, ilahi təlqin şəklində insana yuxarıdan söylənilmiş fikrin köməyi ilə açılır. 
NATURA 
– 1.Hər bir var olan şeyin sırf özünü təşkil edən şey yaxud struktur. 
2.Insanın əsasını qoyduğu sistemlər, formalarla [mədəni, sosial, texniki] əksliklər 
içərisində öz-özünə meydana gələn, formalaşan. 3.İnsanın qarşısında olan, ona yad 
olan və buna görə də məlum olmayan, naməlum qalan, öz qüdrətindən üstün olan, 
onun xaricində olan. 4.Hiss edilən və dərk edilən, qavranılan hər şey. 5.Kainat. 
6.Hər şeyi öz mahiyyətində ehtiva edən bütün həqiqətlər. 7.Yaradıcı, xəlq edici 
varlıq. 8. Dünyaya gətirən, formalaşdıran, inkişaf etdirən, qoruyub bəsləyən ana tə-
biət. 9.Təbiət elmlərinin mövzusu olan, dəyərlərin xaricində olan həqiqət – canlı, 
cansız təbiət mənasında. 
NƏZƏRİYYƏ
– gerçəkliyin bu və ya digər fraqmenti, parçası haqqında səhih, 
dürüst birliyin ümumiləşdirilmiş sistemi; həmin parçanı təşkil edən obyektlərin mü-
əyyən məcmusunu təsvir və izah edir. 
NİRVANA 
[sanskritcə, hərfən – sönmə] – buddizmin [həmçinin caynizmin] 
dini fəlsəfəsinin əsas anlayışı; bir növ xilas mənasını ifadə edir. İnsanın ruhi meyl-
lərinin yüksək halını, son məqsədini bildirir. Bu səbəbdən insan bütün növ maddi 
ləzzətlərdən, zövqlərdən uzaq düşməlidir. 
NİHİLİZM 
[lat. Nihil – heç nə, heç şey] – ümumi olaraq var olan dəyərlərə, 
görüşlərə, sistemə qarşı çıxan, heç bir dəyər tanımayan görüşlərə verilən addır. Heç 
bir müsbət ideala bağlı olmayan mütləq nöqteyi-nəzər. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   290   291   292   293   294   295   296   297   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə