Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə301/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   297   298   299   300   301   302   303   304   ...   307
333 felsefe muhazireler toplusu eyani

SOFİSTİKA 
[yun. Sophistike – mübahisəni fəndgirliklə aparmaq bacarığı] – 


320
mübahisədə və ya sübutlarda səhv dəlillərin, sofizmlərin, yəni xarici, formal düz-
günlüklə pərdələnmiş hər cür fəndlərin şüurlu tətbiqi. 
SOFİSTLƏR 
[yun. Sophistes – mahir, aqil, müdrik adam] – müdriklik və na-
tiqlik sahəsində peşəkar müəllimlər rolunda çıxış etmiş qədim yunan filosoflarını 
belə adlandırmışlar [e.ə. V əsr]. 
STOİKLƏR 
– e.ə. IV əsrin sonunda Ellin mədəniyyəti zəminində kosmopolit 
və fərdiyyətçilik ideyalarının və riyazi biliklər əsasında texnikanın inkişafı ilə əla-
qədar meydana gəlmiş fəlsəfi təlimin nümayəndələri. 
STRUKTUR
– sistemin təşkilinin ünsürləri arasındakı sabit qarşılıqlı əlaqələ-
rin, bu əlaqələrin qanunlarının vəhdəti kimi çıxış edən quruluşu və daxili forması. 
STRUKTURALİZM 
[lat. Structura – struktur, bünövrə] – Son illərdə xüsusi-
də Fransada inkişaf edən, əsas bir həqiqət olaraq sturktura əsaslanan struktur 
üzərində qurulan elm qaydası. Obyektlərin strukturun aşkara çıxarılmasını elmi təd-
qiqatın vəzifəsi kimi irəli sürən konkret elmi-metodoloji istiqamət. 
SUFİLİK (
Təsəvvüf )–— İslamda geniş yayılmış ezoterik, mistik-tərkidünya 
xarakterli dini və fəlsəfi cərəyan. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxla-
qi dəyərlərin adıdır. Bu fəlsəfi – dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu 
islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması 
məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul 
olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini axtar-
maq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zərif-
lik və təmizlik olaraq qiymətləndirilir. 
SXOLASTİKA
– iman ilə elmi, kilsə təlimi ilə Aristotel fəlsəfəsini bir-birinə 
uyğun formada birləşdirməyə çalışan orta əsrlər fəlsəfəsi. 
Sxolastika 
tərəfdarları 
bir tezisdən çıxış edirlər ki, inam ağıldan üstündür. [yun. Scholasticos – məktəb, 
məktəbə aid] orta əsr məktəb fəlsəfəsi. Sxolastlar xristianlıq dini etiqadını rasional-
lıqla əsaslandırmağa və sistemləşdirməyə çalışmışlar. 
SUBYEKT 
termini Aristoteldə sonra da Orta əsrlərdə cövhər mənasında işlə-
dilirdi. Bugünkü mənasında isə XVII əsrdən sonra işlədilir. Fəlsəfi kateqoriya. Sub-
yekt anlayışı ilk əvvəl [məs., Aristoteldə] xassələrin, vəziyyətlərin, hərəkətlərin da-
şıyıcısını bildirmişdir və bu mənada substansiya anlayışı ilə eyniyyət təşkil etmiş-
dir. 
SUBSTANSİYA 
[lat. substantia – mahiyyət] – bax: cövhər; özünün bütün for-
malarının, insan və onun şüuru da daxil olmaqla təbiət və tarix hadisələrinin daxili 
vəhdətində götürülmüş obyektiv reallıq və buna görə də elmi idrakın, konkretin nə-
zəri inikasının əsaslı kateqoriyası [Mücərrəd və konkret]. 
SUBSTRAT 
[lat. sub – altında və stratum – tikinti, tikili, qurğu] – müxtəlif 
predmetlərin və ayrıca, təkcə predmetin, şeyin müxtəlif xassələrinin və onların 
məcmusunun vəhdətinin, eyniyyətinin əsası [bax həmçinin Substansiya]. 
SÜNNƏ 
[ər. Adət, ənənə, qanun] – Məhəmməd Peyğəmbər (s.ə.s) və onun kə-
lamları haqqındakı hədisləri təşkil edən müqəddəs rəvayətlər məcmusu, sünnilik 
məzhəbinə etiqad edən müsəlmanların müqəddəs kitabları. 
SÜNNİLİK 
– islam dinində ən geniş yayılmış ortodoksal təriqət. VII-VIII əsr-


321
lərdə xilafət daxilində gedən dini-siyasi mübarizə şəraitində meydana gəlmiş, IX 
əsrdə tam formalaşmışdır. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   297   298   299   300   301   302   303   304   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə