Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə27/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   307
333 felsefe muhazireler toplusu eyani

Buddizm. 
Qeyri – ortodoksal məktəblərə aid olan buddizm e.ə. VII– VI əsrlər-
də meydana gəlmişdir. Buddizm, bərabərsizlik və quldarlığı doğuran kasta sistemi-
ni müdafiə edən brahmanizmə alternativ bir təlim kimi yaranmışdır. Rəvayətə görə 
buddizmin əsası şahzadə Siddihartha Hautama olmuşdur.
Əfsanəyə görə hind Şakya qəbiləsinin padşahının oğlu Qautama xoşbəxt, kə-
dər, dərd nə olduğunu bilmədən yaşayırdı. Lakin bir gün o, sarayın darvazasını tərk 
edib insanlar arasına düşür. O, indiyədək bilmədiyi dərdli adamlarla, qocalarla, ma-
təm mərasimi və s. qarşılaşır. 6 il asket həyatı sürüb şərin, dərdin səbəblərini, törə-
dicilərini axtarır. O, maariflənmış Buddaya (“budda”-həqiqətlə nurlanmış demək-
dir) çevrilir. Ona aydın olur ki, həyat əzab-əziyyətdir, dərd-ələmdir, dərdin isə sə-
bəbləri var, həmin kədərdən xilas olmağın yolu da vardır. Bu yol şərdən xilas olma-
ğa can atmaqdan, ondan uzaqlaşıb budda asketizminə keçməkdən, rahibliyə yetiş-
məkdən ibarətdir. 
İlkin budda mətnləri sanskritcə “Tripitana” və yaxud “Tripitaka” (üç zənbil) 
adlanır. 
Buddizmdə əsas yeri dörd müqəddəs həqiqət göstərişi tutur: «yaşamaq əzab 
çəkməkdir», «əzabların səbəbi arzulardır», «əzablardan xilas olmaq üçün arzular-
dan çəkinmək lazımdır», «arzulardan çəkinməyin çarəsi Buddanın təliminə riayət 
edilməsidir». Buddizm müdriklərinə görə idrakın məqsədi – iztirablardan azad ol-


32
maqdır. Buddizm etikasına görə, insan əzabdan, iztirabdan o dünyada deyil, bu 
dünyada xilas olmalıdır. Buna yalnız hər bir buddistin öz mövcudluğunun başlıca 
məqsədinə– Nirvanaya (“yoxa çıxmaq”, “sönmək”) çatmaqla, yəni həyata bağlılıq-
dan tamamilə ayrılıb, ilahi ilə qovuşub əbədi səadətə nail olmaq və mütləq sakitlik 
vəziyyətinə düşə bilməklə müyəssər olmaq olar.
Gündəlik həyatla əlaqədar nə varsa o buddizmdə iztirab hesab olunur. Iztirab 
varlığın qanunudur. Buddizmdə fəlsəfi– nəzəri və mifoloji planda münasibətdə də 
spesifiklik özünü göstərir. Abstrakt– nəzəri və mifopoetik təfəkkür arasındakı fərqi 
görən buddist filosoflar da mifopoetik təfəkkürün vacibliyini inkar etməmişlər. Elə 
buna görə də buddist fəlsəfəsinin və psixologiyasının nəzəri ideya və konsepsiyala-
rı mifoloji məzmunla zənginləşdirilmişdir. Digər tərəfdən, mifologiyanın bir sıra 
xüsusiyyətləri bəzi nəzəri müddəaların simvolik təsvirində köməkçi rolunu oyna-
mağa əsas vermişdir. Buddizmdə ümumi dəyişkənlik haqqında, ruhun mövcudlu-
ğunun inkarı haqqında fikirlər fəlsəfi cəhətdən maraqlıdır. Bizim eranın əvvəllərin-
də hazırlanmış buddizm kitablarından olan «Dxammanada»da maraqlı fəlsəfi fikir-
lərə rast gəlmək mümkündür.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə