Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə298/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   294   295   296   297   298   299   300   301   ...   307
333 felsefe muhazireler toplusu eyani

PERSONALİZM 
[lat. persona – şəxsiyyət] – İnsanı ən yüksək kainat ideyası 
hesab edən metafiziki təlim. Fərd olan Tanrıya inam gətirmə.
PROBLEM 
– elmi metodlarla həll etmək şərti ilə ortaya atılan sual. Həllini tə-
ləb edən hər növ çətinlik, məsələ. 


318
PROQNOZ 
[yun. Prognosis – gələcək haqqında bilik, qabaqgörənlik] – elmi 
qabaqgörənliyin növlərindən biri. Hər hansı bir hadisənin perspektivlərinin xüsusi 
tədqiqi. 
PROSES 
[lat. processus – keçmə, hərəkətetmə] – müəyyən bir nəticəyə varan 
düşüncə axışı. Hadisələrin yaxud da prosesin müəyyən bir nəticəyə doğru yol alma-
sı. Hadisənin qanunauyğun, ardıcıl dəyişməsi: bu hadisənin digər hadisəyə keçməsi 
(inkişaf). 
PSİXOANALİZ 
[yun. Psykhe – ruh, analysis – həll etmək] - əsəb xəstəlikləri-
nin və psixi xəstə-liklərin Z.Freyd tərəfindən təklif olunmuş ümumi nəzəriyyəsi və 
müalicəsinin metodu, 
fr
eydizmin nəzəri əsaslarından biri. 

 
RADİKALİZM
– tədqiq etdiyi mövzunun son səbəblərinə, köklərinə qədər 
enən düşünmə forması. Həyat formalarını, həyat əlaqələrini tənqid edib kökdən də-
yişdirmə təmayülündə sonuna qədər gedib çıxan görüş. 
RASİONALİZM 
[lat. Ratio - əql] – əqli biliyə əsaslanan doğruluğun miqyası-
hisslərdə deyil, düşünmədə və nəticələrdə görən təlimin ümumi adı. Bilik təli-
mində rasionalizm biliyin əqlə, təfəkkürə, düşüncəyə əsaslandığını irəli sürür. Hər 
kəsdə bərabər dəyişməyən ağıl və məntiqi qanunların doğuşdan olduğunu, onların 
təcrübədən müstəqil olduğunu, beləcə bəzi apriori və açıq-aşkar həqiqətlərin var-lı-
ğını qəbul edən fəlsəfi görüş. 
REALİZM 
- Düşüncədən və ya bilən subyektdən ayrı, xarici aləmin və ob-
yektlərin varlığını, onlar haqqında obyektiv məlumatın inkişafını qəbul edən fəlsəfi 
görüş. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   294   295   296   297   298   299   300   301   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə