Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə13/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

 
 
35
Dünyanın siyasi xəritəsində respublikamızın coğrafi mövqeyini şərh edərkən  şa-
girdlərin diqqətini ölkənin Avropa və Asiya arasında, “Böyük İpək yolu” üzərində 
yerləşməsinə yönəltmək lazımdır. Həmçinin Dünya okeanına çıxışa malik olması-
nın respublika iqtisadiyyatına və  mədəniyyətinə  təsiri barədə  məlumat vermək 
məqsədəuyğundur.  
 Sərhədyanı ölkələr haqqında ümumi təsəvvür yaratmaq üçün klaster (şaxələn-
dirmə) üsulundan istifadə etmək olar. Bu tapşırıq fərdi aparılır və sonda müəllimin 
lövhədə çəkdiyi klasterdə ümumiləşdirilir.  
Fəaliyyəti  kiçik qruplarda  təşkil etmək üçün hər qrupa bir dövlətin klasterini 
çəkmək tapşırıla bilər.  
Tapşırığı  bütün siniflə yerinə yetirmək üçün ölkələrə aid dərslikdə verilmiş suallar 
ətrafında müzakirələr aparıla bilər. Müzakirə zamanı şagirdlərə ölkələrin paytaxtları, 
coğrafi mövqeyinin özünəməxsusluğu, quru və su sərhədlərinin mövcudluğu, onların 
sahələrinin müqayisəsinə dair istiqamətləndirici suallar verilməsi tövsiyə olunur.  
İKT təchizatı olan siniflərdə Google Earth proqramının köməyi ilə Azərbaycanın 
coğrafi mövqeyini izləmək  şagirdlərdə daha dolğun təsəvvürlərin yaranmasına 
imkan verə bilər.  
Öyrəndiklərinizi tətbiq edin  
Rusiya Gürcüstan 
Ermənistan Türkiyə 
İran 
Samur çayı 
Böyük Qafqaz 
Qanıx çayı 
Qabırrı çayı 
Candar gölü 
Kiçik Qafqaz 
dağları 
Araz çayı Araz 
çayı  
Talış dağları  
Astara çayı 
Nə öyrəndiniz  
Azərbaycan quruda 5 ölkə ilə həmsərhəddir.  Ölkənin  şərqində  dünyanın ən böyük gölü 
Xəzər yerləşir. Ölkənin şimalında Böyük Qafqaz, qərbində Kiçik Qafqaz, cənubunda 
isə Talış  dağları uzanır.  Dağlar arasında Kür-Araz ovalığı geniş yer tutur. 
Öyrəndiklərinizi yoxlayın 
1. Bu tapşırığı yerinə yetirmək üçün şagirdlər  əvvəlcə hansı fikirlərin səhv və ya 
düzgün olduğunu müəyyən etməlidirlər. Sonra səhv fikirlərdəki səhvləri aşkar edib 
onların düzgün variantlarını yazmalıdırlar.  
Nümunə: Azərbaycan Qara dəniz  suları ilə  əhatələnir. 
Şagirdlər tapşırığı yerinə yetirərkən səhv fikirlərin sadəcə inkar edilməsi düzgün 
deyil; məsələn,  “Azərbaycan Qara dəniz  suları ilə  əhatələnmir” fikri tapşırığın 
düzgün həlli deyil. Düzgün həlli: “Azərbaycan Xəzər dəniz  suları ilə  əhatələnir”. 
1. Azərbaycan Avrasiya materikində yerləşir. 
2.  Avrasiya dünyanın ən  böyük materikidir. 
3. Azərbaycan Xəzər dəniz  suları ilə  əhatələnir. 
4.  Respublikamız şimalda və qərbdə  dağlarla əhatə olunub. 
5.   Samur çayı Azərbaycan və Rusiya Federasiyası sərhədi ilə axır. 
6.  Azərbaycanın ən yüksək zirvəsi Bazardüzüdür. 
2. İran–Araz çayı, Rusiya–Samur çayı, Türkiyə–Araz, Gürcüstan–Qabırrı, Qanıx. 
Dərsdən sonra  
Tapşırığı yerinə yetirməkdə məqsəd şagirdlərin müstəqil fəaliyyətini təşkil etmək-
dir. Onların arzularına uyğun bölmələri paylamaqla şagirdlər müxtəlif mənbələrdən 
sərbəst şəkildə material toplayır, onları ümumiləşdirir.  


 
36
Tapşırığı yerinə yetirməzdən öncə  şagirdlərə kitabın necə  tərtib edilməsi barədə 
tövsiyə verilməsi faydalı olardı. Səhifələrdə materialların yerləşdirilməsi ardıcıl-
lığının  şagirdlərlə müzakirədən sonra qəbul olması  məqsədəuyğundur; məsələn:             
1. Mövzunun adi; 2. Qısa məlumat; 3. Şəkil (sxem); 4. Məlumat mənbəyi. 
Tapşırığı uzunmüddətli layihə kimi də  həyata keçirmək olar. Şagirdləri həvəs-
ləndirmək üçün onların tərtib etdikləri kitabın sonradan müsabiqəyə təqdim oluna-
cağını, qocalar evinə  hədiyyə ediləcəyini və  məktəbin imkanlarından asılı olaraq 
digər tədbirlərdə nümayiş etdiriləcəyini elan etmək olar.  
Qiymətləndirmə meyarları: 
  Şərhetmə 
  Xəritədə mövqeyi müəyyənetmə 
  Dövlətləri kontur xəritədə qeydetmə  
Zəif Orta 
Yüksək 
Azərbaycanla həmsərhəd 
dövlətləri və onların müxtəlif 
əlamətlərini şərh etməkdə 
çətinlik çəkir. 
 
Azərbaycanla həmsərhəd 
dövlətləri tanıyır, amma 
onların əlamətlərini tam şərh 
edə bilmir. 
 
Azərbaycanla həmsərhəd 
dövlətləri və onların müxtəlif 
əlamətlərini ətraflı şərh edir.
 
Azərbaycanın qonşu dövlətlə-
rə nəzərən mövqeyini xəritədə 
müəyyən etməkdə çətinlik 
çəkir.  
Azərbaycanın qonşu dövlətlə-
rə nəzərən mövqeyini xəritədə 
müəyyən edərkən kiçik qeyri-
dəqiqliyə yol verir.  
Azərbaycanın qonşu 
dövlətlərə nəzərən mövqeyini 
xəritədə dəqiq müəyyən edir. 
 
Azərbaycanla həmsərhəd 
dövlətləri kontur xəritədə 
qeyd etməkdə çətinlik çəkir. 
 
 
Azərbaycanla həmsərhəd 
dövlətləri kontur xəritədə 
əsasən qeyd edir.
 
Azərbaycanla həmsərhəd 
dövlətləri kontur xəritədə 
düzgün qeyd edir.
 
 
İnternet resurslar: www.kayzen.az/blog/coğrafiya-tarixi/19/böyük-ipək-yolu.html  
 
Dərs 2 / Mövzu:
 COĞRAFİ ÜNVANLAR 
 
 
 
Alt 
STANDARTLAR
1.3.1 Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri  şərh 
edir. 
3.2.1 Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 paralel və meridianların xəritələrdə təyinatını izah edir; 
 xəritədə ölkələrin yerləşdiyi yarımkürələri müəyyən edir. 
 


 
 
37
 Motivasiyada “Hansı ünvanları bilirsiniz, ünvan nə üçün lazımdır” tipli suallar-
la şagirdlərdən ünvan haqqında məlumatları soruşmaq olar.
 
Müəllimin şagirdlərin 
yaşadıqları evin poçt ünvanını bildiyinə əmin olması üçün onlara suallarla müraciət 
etməsi məqsədəuyğundur.  
Tapşırığın müzakirəsi dərslikdə verilmiş sual əsasında qurula bilər.  Şagirdlər  
məktəbin yerləşdiyi İstiqlaliyyət və B.Sərdarov küçələrinin kəsişməsini təsvir edən 
sxemlə Bakının Yer kürəsində mövqeyini əks etdirən sxemi müqayisə etməlidirlər. 
Onlar Bakının 40 və 50-ci xətlərin kəsişməsində yerləşməsinə dair öz fərziyyələrini 
irəli sürürlər. Coğrafi ünvan ilə hər hansı tikilinin ünvanı arasında oxşar və fərqli 
cəhəti üzə çıxarmalıdırlar. 
 
“Paralel”, “meridian”, “ekvator”, “qütb”, “yarımkürə” anlayışların dərslikdə 
verilmiş mətn üzrə araşdırılması cütlərlə iş formasında təşkil oluna bilər. İş prosesi 
hazır kontur xəritə  vərəqləri və ya coğrafiya dəftərlərində yerinə yetirilə bilər. 
Müəllim şagirdləri işin yerinə yetirilməsi qaydası ilə tanış etməlidir: 
  dərslikdəki şəkildə olan elementi  nəzərdən keçirin; 
  yeni anlayışa aid məlumatı oxuyun; 
  anlayışı necə başa düşdüyünüzə dair yoldaşınızla müzakirə aparın; 
  fikirlərinizin uyğun olub-olmadığını müəyyən edin; 
  yaranan sualları araşdırın; 
  elementi dərslikdə verilmiş dünya xəritəsində təyin edin; 
  elementi kontur xəritədə, yaxud dəftərdə qeyd edin. 
Nəticələrin ümumi müzakirəsi zamanı  həmin elementlərin lövhədə asılmış dünya 
xəritəsində və qlobusda müəllim tərəfindən nümayiş etdirilməsi tövsiyə olunur. 
Şagirdlərin diqqətini hər paralel və meridianın rəqəmlə ifadə olunmasına yönəl-
tmək lazımdır. Nəzərə çatdırılmalıdır ki, bu rəqəmlər məntəqənin Yer kürəsində  
harada yerləşdiyini müəyyən etməyə imkan verir. Sonda dərslikdə, mətnin 
əvvəlində verilmiş şəkli nəzərdən keçirmək və Bakının hansı paralel və meridianın 
kəsişməsində yerləşdiyini müəyyən etmək arzuolunandır.  
Hər 
hansı
 bir ərazinin coğrafi mövqeyinin müəyyən edilməsi bacarığını formalaş-
dırmaq üçün müəllim  şagirdlərə  əlavə tapşırıq verə bilər: cütlükdə  şagirdin biri 
dünya xəritəsində  hər hansı bir dövləti tapıb onu adlandırır, ikinci şagird həmin 
dövlətin yerləşdiyi yarımkürəni müəyyən edir. Tapşırıq bir necə  dəfə yerinə 
yetirildikdən sonra şagirdlər rollarını dəyişir. Bu tapşırığın icrasını sinfi komanda-
lara bölməklə oyun kimi də təşkil etmək olar.  
 Öyrəndiklərinizi tətbiq edin 
Yarımkürə 
Ölkələr 
Şimal Cənub 
Şərq Qərb 
Yaponiya 
+  
+  
Braziliya 
 +   + 
Amerika Birləşmiş Ştatları 
+  
  + 
Qazaxıstan 
+  
+  
Türkiyə 
+  
+  
Avstraliya 
 +  + 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə