ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
99
neft və qaz resurslarının birgə işlənməsi və sərbəst yollarla
dünya bazarlarına ixrac edilməsini hədəfləyən “Əsrin müqa-
viləsi”ni imzalamağa nail oldu. Bu müqavilə Azərbaycanın ye-
ni neft strategiyasının əsasında dayanaraq, bir tərəfdən, ölkənin
milli inkişafı üçün lazımi maddi resursların əldə edilməsi və
istifadəsi yollarını müəyyənləşdirdi, digər tərəfdənsə onun bey-
nəlxalq aləm üçün geosiyasi və geoiqtisadi əhəmiyyətini artı-
raraq, dünyaya inteqrasiyasını şərtləndirdi. “Əsrin müqavilə-
si”ndən başlayaraq, Azərbaycan transmilli dünyanın və qlobal
dünya iqtisadiyyatının bir hissəsinə çevrildi, ölkənin inkişaf
etdirilməsi, bazar iqtisadiyyatı mexanizmlərinin formalaşdırıl-
ması, sahibkarlığın və özəl sektorun yaranması, fəal sosial si-
yasətin yürüdülməsi üçün həm daxildə, həm də xaricdə əlve-
rişli şərait yarandı. Azərbaycan dövləti və vətəndaşları, icti-
mai-siyasi və iqtisadi institutlar dünya ölkələrinin iqtisadi, ma-
liyyə və texnoloji imkanlarından istifadə etmək imkanı qa-
zandılar.
Heydər Əliyevin milli inkişaf siyasətinin əsasında hüquqi
dövlət, demokratik inkişaf və siyasi plüralizmə əsaslanan cə-
miyyətin yaradılması dayanırdı. Bu istiqamətdə 1993-cü ildən
həyata keçirilən tədbirlər, atılan ən mühüm addımlar – milli
qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması,
azad, plüralist cəmiyyət quruculuğu, qeyri-hökumət struktur-
larının və müstəqil mətbuatın yaradılması ilə bağlı görülən
çoxsaylı işlər, 1995-ci ildə demokratik normaları özündə əks
etdirən yeni Konstitusiyanın qəbulu, çoxpartiyalı sistemin bər-
qərar olması, onun əsasında ilk parlament seçkilərinin keçiril-
məsi və demokratik parlamentin yaradılması, mətbuat və infor-
masiya üzərindən bütün dövlət tənzimləyici mexanizmlərinin
yığışdırılması və senzuranın ləğvi və s. həm milli inkişafı sü-
rətləndirdi, həm də ölkənin dünyadakı demokratik imicini
formalaşdıraraq, beynəlxalq ictimaiyyəti onunla daha geniş
əməkdaşlığa ruhlandırdı. Bir neçə il ərzində hüquqi dövlət
ßËÈ ÙßÑßÍÎÂ
100
quruculuğu istiqamətdə reallaşdırılan məqsədyönlü siyasət öl-
kənin ictimai-siyasi, iqtisadi, mənəvi-ideoloji və sosial həyatını
kökündən dəyişdi, vətəndaş cəmiyyəti institutlarının yaradıl-
ması və inkişafına təkan verdi, ölkədaxili münasibətləri Av-
ropa standartlarına uyğunlaşdırdı ki, bu da 2001-ci ildə Azər-
baycanın Avropa Şurasına daxil olması, Avropa Birliyi ilə tə-
rəfdaşlıq münasibətləri yaratması, dünyanın demokratik təsi-
satlarına inteqrasiyası və s. ilə nəticələndi.
Heydər Əliyevin milli inkişaf siyasətində ədalətli cəmiy-
yət və sosial yönümlü dövlət, ölkə vətəndaşlarının sosial-
iqtisadi və mənəvi tələblərinin dolğun təminatı, sosial rifahının
yaxşılaşdırılması, mövcud maddi resursların ölkə daxilində
insan potensialının inkişafına yönəldilməsi prinsipi də mühüm
yer tuturdu. Sosialyönümlülük, ümumiyyətlə, onun həyatı bo-
yu yürütdüyü siyasətdə daimi prinsip olmuş, rəhbərlik etdiyi
dövlətin imkanları əhalinin rifah halının yaxşılaşdırılmasına
xidmət etmişdir. Bununla bağlı, Heydər Əliyev vurğulayırdı ki,
“xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”.
27
Məhz
Heydər Əliyevin təməlini qoyduğu fəal sosial siyasətin nəticə-
sidir ki, 20 ildə ölkədə yoxsulluğun səviyyəsi dəfələrlə aşağı
salınmış, əhalinin pul gəlirləri və həyat səviyyəsi dayanmadan
yüksəlmiş, sosial-iqtisadi vəziyyəti yaxşılaşmışdır.
Heydər Əliyevin milli inkişaf siyasəti Azərbaycanın Cə-
nubi Qafqaz və Xəzər hövzəsi, Avrasiya bölgəsi və dünyadakı
regional və beynəlxalq addımlarını, mövqelərini, onun dünya
birliyinə inteqrasiyasının prinsipial xəttini, əsas məqamlarını
dəqiq müəyyən etmişdir. Onun beynəlxalq və regional xarici
siyasət kursu Azərbaycanın geosiyasi maraqlarına müvafiq
olaraq, həm region ölkələri ilə, həm də dünya dövlətləri ilə
münasibətlərin praqmatik, ölçülüb-biçilmiş, düşünülmüş və
27
Bax: Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. Elektron külliyyat //
http://heydaraliyev.preslib.az
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
101
balanslı siyasi strategiyasını formalaşdırmışdır. Xüsusən, Azər-
baycanın malik olduğu enerji resurslarının, Qərblə Şərqi birləş-
dirən nəqliyyat-kommunikasiya imkanlarının və digər geosi-
yasi əhəmiyyətli üstünlüklərinin istifadəsində Heydər Əliyevin
yürütdüyü prinsipial kurs, tətbiq etdiyi optimal yanaşma dünya
dövlətləri içərisində Azərbaycanın güclü milli və regional fak-
tora çevrilməsini, beynəlxalq aləmlə uğurlu inteqrasiyasını və
əksər geosiyasi aktorlarla qarşılıqlı-faydalı əməkdaşlığını şərt-
ləndirmişdir. Heydər Əliyev tərəfindən düzgün təməli qoyul-
muş xarici siyasət kursu 2011-ci ol oktyabrın 24-də Azərbay-
cana dünyanın 150-dən çox ölkəsinin dəstəyini qazandırmış və
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilmə-
sinə şərait yaratmışdır. Bu addım, həm də keçən müddətdə
Heydər Əliyevin uzaqgörən siyasətinin ağıllı, səriştəli və
dönmədən həyata keçirilməsinin nəticəsi idi.
Göründüyü kimi, Azərbaycan Prezidenti kimi Heydər
Əliyevin 1993-2003-cü illərdə irəli sürdüyü ideya və fikirlər,
iqtisadi, siyasi və sosial-mənəvi sahədə reallaşdırdığı kurs və
praktiki tədbirlər milli inkişaf siyasətinin formalaşması və
həyata keçirilməsinin ikinci mərhələsində ölkədə bir ictimai-
siyasi sistemdən digərinə keçidin, yeni demokratik cəmiyyətin
və ictimai həyat normalarının əsaslarını yaratmışdır. Bu siyasət
bütün keçid dövrü ərzində imperiya və sosializm sistemindən
azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya
güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qal-
mış, getdikcə qloballaşan dünyada öz yerini axtaran, milli ma-
raqlarını və təhlükəsizliyini qorumağa çalışan gənc Azərbay-
can dövləti üçün praktiki fəaliyyət proqramına çevrilmişdir.
Heydər Əliyevin milli inkişaf siyasəti həm də uzun illər öz
dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış,
milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının
özünəqayıdış və özünütəsdiqində mühüm, səfərbəredici funk-
siya yerinə yetirmiş, dövlət strukturlarının rəsmi və praktiki
Dostları ilə paylaş: |