Microsoft Word gomruk-huququ docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə95/97
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21570
1   ...   89   90   91   92   93   94   95   96   97

222 
 
12.
 xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını aparırlar;  
13.
 idarələrin, müəssisələrin, təşkilatların və fiziki şəxslərin xarici iqtisadi əlaqələrinin 
inkişafına kömək edirlər;  
14.
 dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin mənəviyyatının, insanların həyat 
və sağlamlığının, heyvan və bitkilərin, ətraf mühitin qorunması, gətirilən malların 
Azərbaycan  istehlakçılarının  mənafeyinin  müdafiəsi  sahəsində  tədbirlər  həyata 
keçirilməsinə kömək edirlər;  
15.
 öz səlahiyyətləri daxilində valyuta nəzarətini həyata keçirirlər;  
16.
 Azərbaycan  Respublikasının  gömrük  işinə  aid  beynəlxalq  öhdəliklərinin  yerinə 
yetirilməsini  təmin  edir;  Azərbaycan  Respublikasının  gömrük  işi  ilə  əlaqədar 
beynəlxalq müqavilələrinin işlənib hazırlanmasında iştirak edir; xarici dövlətlərin 
gömrük  işinə  aid  məsələlərlə  məşğul  olan  gömrük  və  başqa  səlahiyyətli  orqanlar 
ilə, beynəlxalq təşkilatlarla əməkdaşlıq edirlər;  
17.
 gömrük  işi  sahəsində  elmi-tədqiqat  işləri  aparır  və  məsləhətlər  verirlər;  dövlət 
orqanları,  idarələr,  müəssisələr  və  təşkilatlar  üçün  bu  sahədə  mütəxəssislərin 
hazırlanmasını və onların ixtisaslarının artırılmasını həyata keçirirlər;  
18.
 müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinə, Azərbaycan 
Respublikası Prezidentinə başqa dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara, 
vətəndaşlara gömrük məsələləri üzrə məlumatlar verilməsini təmin edirlər;  
19.
 dövlətin  vahid  maliyyə-təsərrüfat  siyasətinin  həyata  keçirilməsində  iştirak  edir, 
gömrük  orqanlarının  maddi-texniki  bazasını  inkişaf  etdirir,  bu  orqanların  işçiləri 
üçün lazımi əmək və sosial şərait yaradırlar ( GM, m. 10 ).  
 
Gömrük nəzarətinin təşkilinin hüquqi tənzimlənməsi 
Azərbaycan  Respublikası  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  gömrük 
sərhədi  boyunca,  gömrük  rəsmiləşdirilməsi  yerlərində,  gömrük  orqanlarının  olduğu 
yerlərdə və Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi digər yerlərdə gömrük nəzarəti 
zonaları  yaradılır  və  rejim  qaydaları  müəyyən  edilir.  Azərbaycan  Respublikası  gömrük 
orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı formalarda həyata keçirirlər
:  
gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların yoxlanılması;  


223 
 
gömrük  yoxlaması  (malların  və  nəqliyyat  vasitələrinin  yoxlanması,  gömrük 
nəzarətinin müstəsna forması kimi şəxsi yoxlama); 
malların və nəqliyyat vasitələrinin uçotu;  
fiziki və vəzifəli şəxslərin şifahi sorğusu; 
uçot və hesabat sisteminin yoxlanılması;  
müvəqqəti  saxlanc  anbarlarının,  gömrük  anbarlarının,  sərbəst  anbarların,  sərbəst 
gömrük zonalarının, rüsumsuz ticarət mağazalarının və gömrük nəzarətindən keçirilməli 
olan  malların  və  nəqliyyat  vasitələrinin  ola  biləcəyi  digər  yerlərin  ərazi  və  binalarına, 
həmçinin  icrasına  nəzarət  Azərbaycan  Respublikası  gömrük  orqanına  həvalə  edilmiş 
fəaliyyətlərin həyata keçirildiyi digər yerlərə baxış keçirilməsi;  
Gömrük  Məcəlləsində  və  gömrük  işinə  dair  Azərbaycan  Respublikasının  digər 
qanunvericilik aktlarında nəzərdə tutulan və Azərbaycan Respublikasının qanunvericilik 
aktlarına zidd olmayan digər formalarda.  
Gömrük  nəzarəti  həyata  keçirilərkən,  insanların  həyat  və  sağlamlığı,  heyvanlar  və 
bitkilər üçün təhlükəsiz olan, həmçinin mallara və nəqliyyat vasitələrinə zərər vurmayan 
texniki vasitələr tətbiq edilə bilər.  
Gömrük  nəzarətinin  həyata  keçirilməsi  qaydalarını  Azərbaycan  Respublikasının 
gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanı  [Azərbaycan  Respublikasının  Dövlət 
Gömrük Komitəsi] müəyyən edir.  
Gömrük  nəzarətinin  həyata  keçirilməsi  zamanı  şəxslərə,  onların  mallarına  və 
nəqliyyat vasitələrinə qanunsuz zərər vurulmasına yol verilmir.  
Qanunsuz  zərər  vurmuş  Azərbaycan  Respublikasının  gömrük  orqanları  və  onların 
vəzifəli  şəxsləri  Azərbaycan  Respublikası  qanunvericiliyinə  müvafiq  olaraq  məsuliyyət 
daşıyırlar.  
Azərbaycan  Respublikası  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  qanunauyğun 
hərəkətləri ilə vurulmuş zərər ödənilmir.  
Narkotik  vasitələrin  və  psixotrop  maddələrin  qanunsuz  beynəlxalq  dövriyyəsinin 
qarşısını  almaq  və  dövriyyədə  iştirak  edən  şəxsləri  aşkar  etmək  məqsədi  ilə  gömrük 
orqanları  ayrılıqda  götürülmüş  hər  bir  halda  xarici  dövlətlərin  gömrük  və  başqa 
səlahiyyətli  orqanları  ilə  razılaşmalara  uyğun  olaraq  və  ya  Azərbaycan  Respublikasının 


224 
 
beynəlxalq müqavilələri əsasında nəzarət altında göndərilmə metodundan istifadə edirlər, 
yəni  qanunsuz  dövriyyəyə  daxil  edilmiş  narkotik  vasitələrin,  psixotrop  maddələrin  öz 
nəzarəti altında Azərbaycan Respublikasına gətirilməsinə, respublikadan aparılmasına və 
ya onun ərazisindən tranzitlə keçirilməsinə yol verirlər.  
Gömrük  orqanları  gömrük  nəzarətinin  həyata  keçirilməsinə  kömək  göstərilməsi 
üçün  digər  hüquq  mühafizə  və  nəzarət  orqanlarının,  mülkiyyət  formasından,  idarə 
mənsubiyyətindən  və  tabeçiliyindən  asılı  olmayaraq  idarələrin,  müəssisələrin  və 
təşkilatların mütəxəssislərini, həmçinin ekspertləri cəlb etmək hüququna malikdirlər.  
 
 
AR Dövlət Gömrük Komitəsinin fəaliyyətinin hüquqi əsasları 
Gömrük orqanlarına rəhbərliyi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi 
həyata  keçirir.  Dövlət  Gömrük  Komitəsi  Azərbaycan  Respublikasında  gömrük  işi 
sahəsində  dövlət  siyasətini  həyata  keçirən  mərkəzi  icra  hakimiyyəti  orqanıdır.  Dövlət 
Gömrük  Komitəsi  ona  həvalə  edilmiş  vəzifələri  bilavasitə  özü  və  ya  tabeliyində  olan 
gömrük orqanları, idarə və təşkilatlar vasitəsilə həyata keçirir.  
Dövlət  Gömrük  Komitəsi  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının 
Konstitusiyasını,  Azərbaycan  Respublikasının  1997-ci  ildə  qəbul  edilmiş  Gömrük 
Məcəlləsini,  “Gömrük  orqanlarında  xidmət  haqqında  Əsasnamə”ni  və  digər  qanunları, 
“Dövlət  Gömrük  Komitəsi  haqqında  “  Əsasnaməni,  Azərbaycan  Respublikası 
Prezidentinin  digər  fərman  və  sərəncamlarını,  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin qərar və sərəncamlarını rəhbər tutur.  
Dövlət  Gömrük  Komitəsinin  strukturu  və  Əsasnaməsi  Azərbaycan  Respublikası 
Prezidentinin 1998-ci il 27 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.  
Ə
sasnamə  ilə  Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsinin  əsas 
funksiyalarına  Azərbaycan  Respublikasında  gömrük  işini  təşkil  etmək  və  onu 
təkmilləşdirmək;  gömrük  siyasətini  həyata  keçirmək;  respublikanın  iqtisadi  mənafeyini 
və  təhlükəsizliyini  qorumaq;  gömrük  ərazisinin  vahidliyini  təmin  etmək;  qabaqcıl 
gömrük  tənzimlənməsi  vasitələrinin  tətbiqini  təşkil  etmək;  gömrük  işinə  dair  və  digər 
qanunvericiliyə əməl olunmasını təmin etmək aid edilmişdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə