Microsoft Word gomruk-huququ docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/97
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21570
  1   2   3   4   5   6   7   8   9   ...   97


MÜHAZ RƏ MƏTNLƏR  
«GÖMRÜK HÜQUQU»  
 
 
 
MÖVZU 1.  
 
GÖMRÜK HÜQUQU FƏNN N N PREDMET  
 
 
1. Gömrük işinin mahiyyəti va strukturu.  
2. Gömrük hüququnun predmeti  
3. Gömrük hüququnun hüququn digər sahələri ilə əlaqəsi 
4. Gömrük siyasəti və gömrük qanunvericiliyi 
5. Gömrük işi va bu sahədə qanunvericiliyin inkişaf tarixinə dair 
6. Gömrük işi sahəsində qanunvericiliyin formalaşması prosesi 
 
Gömrük işinin mahiyyəti va strukturu.  
Azərbaycan  iqtisadiyyatında  bazar  münasibəthrinin  inkisafı,  xarici  iqtisadi 
fəaliyyətin daha da liberallaşdırılması, sahibkarlıq və təsərrüfat fəaliyyəti ilə məşğul olan 
səxslər,  habelə  tələbələr,  aspirantlar  və  müəllimlər  tərəfindən  gomrük  işinə,  gomrük 
məsələləri  üzrə  qanunvericiliyə,  digər  tərəfdən  isə  gömrük  hüququnun  inkisaf 
problemlərinə  maraq  dairəsinin  kəskin  surətdə  artdığını  göstərir.  Bu  maraq  isə  gömük 
hüququ  üzrə  vəsaitin  olmaması,  dövri  nəsrlərdə  bu  sahəyə  dair  materialların  və  milli 
dildə kitab buraxılışının qismən az olması ilə əlaqədardır.  
Digər  tərəfdən  isə  qeyd  etmək  lazımdır  ki,  gömrük  hüququ  üzrə  sabiq  ittifaq 
dövründə nəşr olunmuş tədris vəsaitləri və suveren Rusiya Fеderasiyasına mənsub olan - 
Rusiya  Gömrük  hüququna  aid  dərsliklər,  habelə  K.  F.  Heydərovun  «Gömrük  işinin 
ə
sasları»  toplusu  (4  cilddə)  istisna  olmaqla  göstərilən  sahəyə  dair  stabil  bir  dərslik 
yoxdur.  
Məhz bu göstərilənlər gömrük problemlərinin həlli baxımından bu tədris vəsaitinin 
yaranmasına yaradıcılıq impulsu vermişdir.  
Müəllif tərəfindən bir sıra aktual gömrük-hüquq problemlərinin həllinə kifayət qədər 
istinad,  movcud  ədəbiyyat  mənbələrindən  istifadə  edilməsi,  normativ-hüquqi  aktların 
müqayisəli  və  hərtərəfli  təhlili,  nəticələrin  şərhi  «Gömrük  hüququ»  tədris  vəsaitinin 
işlənib hazirlanmasına səbəb olmuşdur.  
Gömrük  hüququnun  xarakteristikası  zamanı  Azərbaycan  hüquq  elminin  sərbəst 
kompleks bir sahəsi kimi onun təhlilinə xüsusi diqqət yetirilmişdir.  
Bir sira mühüm məsələlərin həlli konseptual elmi-nəzəri, praktiki xarakter daşiyir və 
tədris vəsaiti ümуmi strukturuna görə ümumi, əsas və xüsusi hissələrdən ibarətdir.  



 
Ümumi  hissədə  Azərbaycan  Respublikasında  gömrük  işinin  elmi-nəzəri,  hüquqi 
ə
sasları,  onun  strukturu  müfəssəl  şəkildə  öz  əksini  tapmışdır.  Bu  hissədə  gömrük 
hüququnun  predmeti,  sistem  və  mənbələri,  gömrük  hüquq  münasibətləri,  normaları, 
gomrük  hüquq  münasibətləri  və  gömrük  hüququnun  obyektləri  və  subyektləri,  hüquq 
pozulmasına  görə  məsuliyyət  məsələləri  şərh  olunmaqla  gömrük  hüququnun  kompleks 
hüquq sahəsinin yeni və sərbəst bir еlementi olduğu göstərilir.  
Ə
sas  hissədə  mal  və  nəqliyyat  vasitələrinin  sərhəddən  кеçirilməsinin  gömrük 
rəsmiləşdirilməsinin, nəzarətinin aparılmasının hüquqi tənzimlənməsi qaydaları, gömrük 
rejimləri, onlar üzrə gömrük proseduralarının tətbiqinin, gömrük nəzarəti formalarının və 
nəhayət  gömrük  tənzimlənmələrinin,  ödənişlərin  aпаrılmasının,  gömrük  güzəştlərinin, 
gömrük statistikasının və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılmasının 
qanunvericilik,  hüquqi-normativ  aktların  tətbiqi  ilə  əlaqadar  təhlili,  tafsiri-sarhi  hüquqi 
ə
saslarla müqayisəli surətdə verilmişdir.  
Xüsusi  hissədə  isə  hüquq-mühafizə  statusu  verilmiş  gömrük  orqanlarının  inzibati-
hüquqi,  inzibati-prosessual,  cinayat-hüquqi,  cinayat-prosessual,  əməliyyat-axtarış 
fəaliyyəti  formaları,  digər  tərafdən  isə  Аzərbаycаn  gömrük  təşkilatının  gömrük  işi 
sahəsində beynəlxalq - hüquqi əməkdaşlığına dair problemlər hərtərəfli və geniş surətdə 
təhlil olunaraq açıqlanmiş və bu sahədə fəaliyyət göstərən bəzi beynəlxalq təşkilatların, 
birliklərin xarakteristikaları verilmişdir.  
Bir  sözlə  gömrük  hüququ  gömrük-hüquq  münasibətlərini  tənzim1əyən  normativ-
hüquqi aktların məcmusu əsasınдa Аzərbаycаn qanunvericiliyinin bir sahəsi kimi, habelə 
gömrük-hüquq münasibətləri haqqında biliklərin məcmusu olan bir elm kimi xarakterizə 
olunmuşdur.  
Müəllifin  təqdim  etdiyi  vəsaitdə  qarşıda  qoyulan  məqsəd  вə  məsələlərə  nail 
olunmaqla bu sahədəki aidiyyatı problemlər öz həllini tapmışdır.  
Vəsait  gömrük  hüququnun  öyrənilməsinə  həsr  olunmuş  tədris  vəsaitlərindəndir  və 
ş
übhəsiz ki, iqtisadçılar, hüquqşünaslar, xarici iqtisadi fəaliyyatlə məşğul olan iş adamları 
və  onların  partnyorları,  tələbələr,  müdavimlər,  habelə  aspirantlar,  ümumilikdə  isə  geniş 
oxucu kütləsi üçün geniş maraq doğuracaqdır.  
Gömrük  işinin  mahiyyəti  va  strukturunun  izahı  va  əsaslandırılması  problemi 
konseptual-nəzəri deyil, eyni zamanda praktiki əhəmiyyətə malikdir.  
Azərbaycan  Respublikasinın  Gömrük  Məcəlləsinin  (GM) birinci  maddəsinə görə, 
Azərbaycan  Respublikasında  Gömrük  işini  malların  və  nəqliyyat  vasitələrinin 
Azərbaycan  Respublikasinın  Gömrük  sərhəddindən  keçirilməsinin  qaydaları  va  şərtləri, 
Gömrük ödənişlərinin alınması, Gömrük rəsmiləsdirilməsi, Gömrük nəzarəti və Gömrük 
siyasətinin  həyata  keçirilməsinin  digər  vasitələri  təşkil  edir.  Bu  qişa  va  səliş  tərif 
bütünluklə Gömrük işinin məğzini tam aça bilmasə da, əsasən onu xarakterizə edə bilir.  
Ilk  baxişda  Gömrük  işi  mahiyyət  etibari  ilə  sadə  gorünsə  da,  mürəkkəb  və 
kompleks xaraktеrli, həm də onun elementlərinin həmcins olmaması ilə diqqəti cəlb edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə