Microsoft Word gomruk-huququ docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/97
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21570
1   2   3   4   5   6   7   8   9   ...   97

11 
 
orqanlarında  çalışan  dövlət  məmurları  ilə  eyni  statusa  malik  olmaları  ilə  əlaqədar  olan 
bütün münasibətlər əsasən əmək hüququ normaları ilə tənzimlənir.  
Məcəllənin  maddəsində  nəzərdə  tutulan  «milli  valyuta,  milli  valyutada  qiymətli 
kağızlar və xarici valyutaların kеçirilməsi» ilə əlaqədar olan münasibətlər isə Azərbaycan 
Respublikasının valyuta qanunvericiliyinin hüquqi normalarına uyğun həyata keçirilir.  
Bütün  deyilənləri  yekunlaşdırmaq  istəsək,  gömrük  işində  ictimai  münasibətlərin 
tənzimlənməsi üçün Konstitusiya (dövlət), inzibati, inzibati-prosessual, maliyyə, cinayət, 
ə
mək,  bank,  pensiya,  mülki,  habelə  qismən  beynəlxalq  hüquq  sahələrinin  normaları, 
eləcə  də  valyuta  və  girov  qanunvericiliyinin  normalarından  istifadə  edilməsi,  gömrük 
hüququnun  sərbəst  bir  sahə  kimi  fəaliyyət  götərməsinə  nəinki  mane  olur,  əksinə  onu 
vacib edir.  
Bütünlükdə,  gömrük  işinin  hüquqi  cəhətdən  tənzimlənməsi  mexanizmini  yalnız 
gömrük  hüququnun  sərbəst  hüquq  sahəsi  olması  nəticəsində  hayata  keçirtmək 
mümkündür.  
Gömrük hüququnun əsas məqsədləri aşağıdakılardır: 
1)  gömrük  işini  həyata  keçirmək,  onun  inkişafını  və  təkmilləşdirilməsini  təmin 
etmək  üçün,  gömrük  və  digər  müvafiq  dövlət  orqanlarına  səmərəli  fəaliyyət  şəraiti 
yaratmaq; 
4)
  gömrük  siyasətinin  həyata  keçirilməsi  üçün  optimal,  elmi  cəhətdən 
ə
saslandırılmış və daha çox demokratik dəyərlərə söykənmiş gömrük sistemi yaratmaq; 
5)
  ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qanuni təminatı, onların birləşdiyi 
ictimai birliklərin gömrük işi ilə əlaqədar fəaliyyətləri zamanı, habelə, xarici vətəndaşlar 
və  vətəndaşlığı  olmayan  fiziki  şəxslərin,  həmçinin  hüquqi  şəхslərin  gömrük 
qanunvericiliyində  nəzərdə  tutulan  bütün  hüquqlarının  qorunması  üçün  möhkəm,  sabit 
hüquqi təminat yaratmaq; 
4)  Azərbaycan  Respublikasının  sosial-iqtisadi  üstünlüklərini  və  maraqlarını 
qorumaq  (ilk  növbədə  burada  söhbət  ölkəmizin  iqtisadi  suverenliyi  və  iqtisadi 
təhlükəsizliyindən,  daxili  bazarın  qorunmasından,  milli  iqtisadiyyatın  inkişafının 
stimullaşdırılmasından,  həmçinin  Azərbaycan  iqtisadiyyatının  beynəlxalq  əlaqələrindən 
getməlidir).  
Gömrük hüququnun prinsiplərinə isə aşağıdakılar aiddir: 
6)
  qanunçuluq; 
7)
  demokratiklik; 
8)
  əhatəli və aydın gömrük tənzimlənməsi; 
9)
  gömrük hüququnun vasitə və alətlərinin səmərəli təminatı; 
10) gömrük  işi  sahəsində  beynəlxalq-hüquqi  əməkdaşlıq  və  təcrübədən 
yararlanmaq.  
Qanunçuluq-gömrük sisteminin fəaliyyət göstərməsi və gömrük hüququ üçün əsas 
prinsip  sayilır.  Bu  prinsip  digər  sahələrdə  olduğu  kimi,  Konstitusiya  ilə  təsbit 


12 
 
olunmuşdur.  1995-ci  ildə  qəbul  olunmuş  «Azərbaycan  Rеspublikası  Konstitusiyasının» 
7-ci  maddəsinin  IV  bəndində  yazılır:  «Bu  Konstitusiyanın  müddəalarına  əsasən 
qanunvericilik, icra (Gömrük  Komitəsi  dövlət  icra  orqanı  sayılır-  müəllif)  və  məhkəmə 
hakimiyyətləri  qarşılıqlı  fəaliyyət  göstərir  və  öz  sə-lahiyyətləri  çərçivəsində 
müstəqildirlər»  .  Konstitusiyanın  bu  maddəsi  Dövlət  G.  mrük  Komitəsinə  öz 
səlahiyyətləri  çərçivəsində  müstəqillik  verməsi  bir  daha  Azərbaycan  Respublikasında 
sərbəst gömrük siyasəti aparmaq üçün gömrük hüququnun vacibliyini gündəmə gətirir.  
Azərbaycan  Rеspublikası  Gömrük  Məcəlləsinin  2-ci  maddəsində  gömrük 
siyasətinin  əsas  məqsədlərindən  biri  də  məhz  Konstitusiya  və  Azərbaycan 
Respublikasının qanunvericilik aktlarından irəli gələn tələblərin icra edilməsidir.  
Məcəllənin  müvafiq  maddəsi  bilavasitə  gömrük  qaydalarının  pozulması  zamanı 
qanunçuluğun təmin edilməsi ilə əlaqədardır.  
Məcəllədə deyilir: «Gömrük qaydalarının pozulması haqqında işlar üzrə icraat və 
bu  işlərə  baxılma,  eləcə  də  tənbehetmə  barədə  Azərbaycan  Respublikası  Gömrük 
orqanlarının  qərarlarının  icrası  qıti  olaraq  qanunçuluq  əsasında  həyata  keçirilir. 
Azərbaycan  Respublikası  Gömrük  orqanları  və  onların  vəzifəli  şəxsləri  tərəfindən 
gömrük  qaydalarının  pozulmasına  görə  təsir  vasitələrinin  tətbiqi  onların  səlahiyyətləri 
daxilində  və  dəqiq  olaraq  Azərbaycan  Respublikası  qanunvericiliyinə  uyğun  həyata 
keçirilir» . Bizcə əlavə şərhə ehtiyac yoxdur.  
Demokratiklik  -  gömrük  hüququnun  prinsipi  kimi  özünü  bir  nеçə  cür  göstərir. 
Gömrük Məcəlləsinin Preambulasında öz əksini tapmış «gömrük işi sahəsində təsərrüfat 
subyektlərinin,  fiziki  şəxslərin  və  dövlət  orqanlarının  hüquqlarının  müdafiəsinin  təmin 
olunmasının» özü elə demokratikliyin bir formasıdır.  
GM-nin  maddəsində  gömrük  orqanlarının  əsas  funksiyalarından  olan  ictimai 
asayişin, əhalinin mənəviyyatının, insanların həyat və sağlamlığının heyvan və bitkilərin, 
ə
traf  mühitin  qorunması,  gətirilən  malların  istehlakçıların  mənafeyinin  müdafiəsi 
sahəsində  tədbirlərin  həyata  keçirilməsi  elə  dеmokratikliyin  nümunələridir.  GM-də 
nəzərdə  tutulan  məlumatlandırma  və  məsləhətvermə,  ilkin  qərarların  qəbul  еdilməsi  də 
gömrük hüququnun demokratik  hüquq normalarına  əsaslanır. Məcəllənin  müvafiq fəsili 
ə
sasən  gömrük  qaydalarının  pozulmasında  iştirak  edən  şəxslərin  hüquqlarına  həsr 
olunmuşdur. Bеlə misalların sayını kifayət qədər artırmaq olar.  
Ə
hatəli  və  aydın  gömrük  tənzimlənməsi-gömrük  işi  sahəsindəki  ictimai 
münasibətlərin  hüquqi  tənzimlənməsini  tam  və  hərtərəfli  əhatə  edən  gömrük  hüququ 
prinsipidir.  Söhbət  bu  münasibətlərin  imkan  daxilində  maksimum  əhatə  oluna 
bilməsindən gedir.  
Gömrük-hüquq  vasitə  və  alətlərinin  səmərəliliyinə  təminat  və  onların 
səmərəliləşdirilməsi-dedikdə,  gömrük  nəzarəti  vasitələrinin  genişdəndirilməsi,  mal 
dövriyyəsində  müxtəlif  gömrük  rejimlərindən  istifadə,  gömrük  brokeri,  gömrük 
tərcüməçisi  və  s.  kimi  yeni  formalardan  istifadə  nəzərdə  tutulur.  Eyni  zamanda  mal  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə