Microsoft Word gomruk-huququ docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/97
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21570
1   2   3   4   5   6   7   8   9   ...   97


 
xüsusiyyətlərinə  görə  müxtəlif  hüquq  sahələrini  əhatə  edən  aşağıdakı  3  qrupa  bölmək 
olar: 
1)
 konstitusiya (dövlət) hüquqları; 
2)
 üstünlük təşkil edən inzibati və inzibati-prosessual hüquqlar; 
3)
 mülki, cinayət, əmək və digər hüquq sahələri, habelə qismən bеynəlxalq hüquq; 
Ə
gər gömrük işi sahəsindəki ictimai münasibətlər gömrük işinin strukturuna uyğun 
təsnif olunarsa, onda aşağıdakı qruplar alınar: 
1) Gömrük siyasəti sahəsindəki ictimai münasibətlər; 
2)
  Mal  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhəddindən  kеçirilməsi  ilə  əlaqədar 
prinsiplər və münasibətlər; 
3)
  Gömrük rejiminin statusunu xaraktеrizə edən münasibətlər; 
4)
  Gömrük-tarif tənzimlənməsi sahəsindəki münasibətlər; 
5)
  Gömrük ödənişlərinin toplanması sahəsindəki münasibətlər; 
6)
  Gömrük rəsmiləşdirilməsi ilə əlaqədar münasibətlər; 
7)
  Gömrük nəzarəti sahəsindəki münasibətlər; 
8)
  Gömrük  statistikası  və  xarici  iqtisadi  fəaliyyətin  mal  nomenklaturası 
sahəsindəki münasibətlər; 
9)
  Qaçaqmalçılıq  və  gömrük  işi  sahəsindəki  digər  cinayətlərlə  əlaqədar 
münasibətlər; 
10)
  Gömrük qaydalarının pozulması və ona görə məsuliyyətlə bağlı münasibətlər; 
11)
  Gömrük  qaydalarının  pozulması  ilə  əlaqədar  işlərin  icraatı  ilə  bağlı 
münasibətlər; 
12)
  Gömrük  qaydalarının  pozulması  ilə  bağlı  işlərə  baxılması  ilə  əlaqədar 
münasibətlər.  
Azərbaycan  Respublikasının  Gömrük  Komitəsi  qonşu  dövlətlərlə  və  beynəlxalq 
təşkilatlarla məhz yuxarıda sadalanan münasibətlər əsasında öz işini aparır.  
Yuxarıda  qeyd  olunan  ictimai  münasibətlər  təkcə  hüquqi  normalarla  deyil, 
Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsində  və  «Gömrük  tarifi  haqqında» 
qanununda da öz əksini tapmışdır. Bu münasibətlər içərisində daha çох mal və nəqliyyat 
vasitələrinin  kеçirilməsi,  gömrük  rejiminin  statusu,  gömrük  rəsmiləşdirilməsi,  gömrük 
nəzarəti, gömrük ödənişlərinin alınması və gömrük orqanının vəzifəli şəхslərinin hüquqi 
vəziyyəti  ilə  əlaqədar  olan  ictimai  münasibətlər  daha  üstünlüyə  malikdirlər.  Bu 
münasibətlər  idarəеtmə  xaraktеrinə  malik  olub,  daha  çох  inzibati-hüquqi  tənzimlənmə 
sahəsinə aiddir. Lakin münasibətləri təkcə bu sahə ilə məhdudlaşdırmaq olmaz. Belə ki, 
qaçaqmalçılıq  və  gömrük  sahəsindəki  digər  cinayətlər  GM-də  göstərildiyi  kimi  Cinayət 
Məcəlləsinin  nоrmaları  ilə  tənzimlənir.  Əgər  bu  sahədə  olan  pozuntular  gömrük 
orqanlarının səlahiyyətinə aid edilmişdirsə, onda bu işlər Cinayət-Prosessual Mə-cəllənin 
normalarına uyğun həyata kеçirilir.  



 
Gömrük  qaydalarının  pozulması  ilə  əlaqədar  GM-nin  X  bölməsindəki  «Gömrük 
qaydalarının pozulması və bu pozuntulara görə məsuliyyət» xüsusi əhəmiyyət kəsb edir. 
Belə  ki,  bu  qaydaların  tənzimlənməsinin  hüquqi  normaları,  əgər  bir  tərəfdən,  inzibati 
hüquq sahəsinə aiddirsə, digər tərəfdən inzibati-prosessual hüquq sahəsinə aiddir.  
Gömrük  işi  sahəsində  gömrük  tarifi  və  gömrük  ödənişlərinin  alınması  ilə  bağlı 
münasibətlərin tənzimlənməsi zamanı inzibati, maliyyə, bank və vergi hüquqları, habelə 
valyuta qanunvericiliyi ilə əlaqədar hüquqi normalardan da istifadə olunur.  
Bu  halları  konkret  olaraq  Gömrük  Məcəlləsinə  uyğun  araşdiraq.  Məcəllədə 
göstərilir  ki,  «Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gətirilən  və  bu  ərazidən 
aparılan  mallara  əlavə  dəyər  vergisinin  tətbiqi  bu  Məcəlləyə  və  «Ə1avə  dəyər  vergisi» 
haqqında Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir» (1 yanvar 2001-
ci  ildən  «Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi»  qüvvəyə  mindiyinə  görə  bütün 
vergilər  bu  Məcəllə  ilə  tənzimlənir):  Göründüyü  kimi  bu  zaman  münasibətlərin 
tənzimlənməsi vergi hüququnun normaları əsasında həyata keçirilir.  
Başqa  bir  misal.  Məcəllədə  göstərilir  ki,  «Azərbaycan  Respublikasının  gömrük 
işini  aparan  icra  hakimiyyəti  orqanının,  Azərbaycan  Respublikasının  müvafiq  icra 
hakimiyyəti orqanı ilə razılaşdırmaqla, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan 
ayrı-ayrı malların sadələşdirilmiş, güzəştli qaydada Azərbaycan Respublikasının gömrük 
sərhədindən  keçirilmsi  üçün  miqdar  və  dəyər  məhdudiyyətlərini  müəyyən  etmək 
hüququna  malikdir»  .  Gömrük  Komitəsinin  Maliyyə  Nazirliyi  ilə  razılaşdıraraq  həyata 
keçirdiyi bu madd inzibati və maliyyə hüquqlarının hüquqi normaları ilə tənzimlənir.  
Məcəllənin  119-cu  maddəsinə  uyğun  olaraq  gömrük  ödənişlərinin  möhlət 
verilməsinə və ya vaxtının uzadılmasına görə Milli Bankın verdiyi kreditlər üzrə, həmin 
bankın  müəyyən  etdiyi  dərəcələrə  uyğun  olaraq  faizlərin  alınıb  dövlət  büdcəsinə 
keçirilməsi zamanı bank hüququnun normativ qaydalarından istifadə olunur.  
Gömrük orqanlarında calışan vəzifəli şəxslərin statusu ilə bağlı münasibətlər əmək 
hüququnun normalarına uyğun həyata keçirilir.  Gömrük  Məcəlləsinin  maddələrinə görə 
gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  əmək  haqqı,  iş  vaxtı,  əlavə  işləməyə  görə 
ödənişlərin  miqdarı,  pensiya  təminatı,  sosial  müdafiə  və  s.  habelə  оnların  hüquq-
mühafizə  orqanlarında  çalışan  dövlət  məmurları  ilə  eyni  statusa  malik  olmaları  ilə 
ə
laqədar olan bütün münasibətlər əsasən əmək hüququ normaları ilə tənzimlənir.  
Məcəllədə  nəzərdə  tutulan  «milli  valyuta,  milli  valyutada  qiymətli  kağızlar  və 
xarici  valyutaların  kеçirilməsi»  ilə  əlaqədar  olan  münasibətlər  isə  Azərbaycan 
Respublikasının valyuta qanunvericiliyinin hüquqi normalarına uyğun həyata keçirilir.  
Bütün  deyilənləri  yekunlaşdırmaq  istəsək,  gömrük  işində  ictimai  münasibətlərin 
tənzimlənməsi üçün Konstitusiya (dövlət), inzibati, inzibati-prosessual, maliyyə, cinayət, 
ə
mək,  bank,  pensiya,  mülki,  habelə  qismən  beynəlxalq  hüquq  sahələrinin  normaları, 
eləcə  də  valyuta  və  girov  qanunvericiliyinin  normalarından  istifadə  edilməsi,  gömrük 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə