Microsoft Word gomruk-huququ docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/97
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21570
1   2   3   4   5   6   7   8   9   ...   97


 
normalarından geniş istifadə olunur. Bu tendensiya GM-nin müvafiq maddələrində də öz 
ə
ksini tapmışdır.  
Məcəllədə 
yazılmışdır: 
«Azərbaycan 
Respublikası 
beynəlxalq 
iqtisadi 
inteqrasiyanın inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün digər dövlətlərlə gömrük 
ittifaqları,  sərbəst  iqtisadi  zonalar  yaradır,  gömrük  məsələləri  üzrə  beynəlxalq  hüquq 
normalarına  uyğun  sazişlər  bağlayır»  .  6-ci  maddədə  isə  qeyd  olunur  ki,  dövlətlərarası 
müqavilələrdə müəyyən edilən qaydalar, rcspublika qanunvеriciliyində müəyyən olunan 
qaydalardan fərqlənərsə, onda dövlətlərarası müqavilələrin qaydaları tətbiq olunur.  
Gömrük  işi  öz  tərkibinə  və  strukturuna  görə  çox  mürəkkəb  olub,  kompleks 
xarakter daşıyır. Ona görə də gömrük işi sahəsindəki ictimai münasibətləri, tənzimlənmə 
xüsusiyyətlərinə  görə  müxtəlif  hüquq  sahələrini  əhatə  edən  aşağıdakı  3  qrupa  bölmək 
olar: 
1.
  konstitusiya (dövlət) hüquqları; 
2.
  üstünlük təşkil edən inzibati və inzibati-prosessual hüquqlar; 
3.
  mülki,  cinayət,  əmək  və  digər  hüquq  sahələri,  habelə  qismən  bеynəlxalq 
hüquq; 
Ə
gər gömrük işi sahəsindəki ictimai münasibətlər gömrük işinin strukturuna uyğun 
təsnif olunarsa, onda aşağıdakı qruplar alınar: 
1)
 Gömrük siyasəti sahəsindəki ictimai münasibətlər; 
1.
  Mal  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhəddindən  kеçirilməsi  ilə  əlaqədar 
prinsiplər və münasibətlər; 
2.
  Gömrük rejiminin statusunu xaraktеrizə edən münasibətlər; 
3.
  Gömrük-tarif tənzimlənməsi sahəsindəki münasibətlər; 
4.
  Gömrük ödənişlərinin toplanması sahəsindəki münasibətlər; 
5.
  Gömrük rəsmiləşdirilməsi ilə əlaqədar münasibətlər; 
6.
  Gömrük nəzarəti sahəsindəki münasibətlər; 
7.
  Gömrük  statistikası  və  xarici  iqtisadi  fəaliyyətin  mal  nomenklaturası 
sahəsindəki münasibətlər; 
8.
  Qaçaqmalçılıq  və  gömrük  işi  sahəsindəki  digər  cinayətlərlə  əlaqədar 
münasibətlər; 
9.
  Gömrük qaydalarının pozulması və ona görə məsuliyyətlə bağlı münasibətlər; 
10.
   Gömrük  qaydalarının  pozulması  ilə  əlaqədar  işlərin  icraatı  ilə  bağlı 
münasibətlər; 
11.
   Gömrük  qaydalarının  pozulması  ilə  bağlı  işlərə  baxılması  ilə  əlaqədar 
münasibətlər.  
Azərbaycan  Respublikasının  Gömrük  Komitəsi  qonşu  dövlətlərlə  və  beynəlxalq 
təşkilatlarla məhz yuxarıda sadalanan münasibətlər əsasında öz işini aparır.  
Yuxarıda  qeyd  olunan  ictimai  münasibətlər  təkcə  hüquqi  normalarla  deyil, 
Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsində  və  «Gömrük  tarifi  haqqında» 


10 
 
qanununda da öz əksini tapmışdır. Bu münasibətlər içərisində daha çох mal və nəqliyyat 
vasitələrinin  kеçirilməsi,  gömrük  rejiminin  statusu,  gömrük  rəsmiləşdirilməsi,  gömrük 
nəzarəti, gömrük ödənişlərinin alınması və gömrük orqanının vəzifəli şəхslərinin hüquqi 
vəziyyəti  ilə  əlaqədar  olan  ictimai  münasibətlər  daha  üstünlüyə  malikdirlər.  Bu 
münasibətlər  idarəеtmə  xaraktеrinə  malik  olub,  daha  çох  inzibati-hüquqi  tənzimlənmə 
sahəsinə aiddir. Lakin münasibətləri təkcə bu sahə ilə məhdudlaşdırmaq olmaz. Belə ki, 
qaçaqmalçılıq  və  gömrük  sahəsindəki  digər  cinayətlər  GM-də  göstərildiyi  kimi  Cinayət 
Məcəlləsinin  nоrmaları  ilə  tənzimlənir.  Əgər  bu  sahədə  olan  pozuntular  gömrük 
orqanlarının səlahiyyətinə aid edilmişdirsə, onda bu işlər Cinayət-Prosessual Mə-cəllənin 
normalarına uyğun həyata kеçirilir.  
Gömrük  qaydalarının  pozulması  ilə  əlaqədar  GM-də  «Gömrük  qaydalarının 
pozulması  və bu  pozuntulara görə  məsuliyyət»  xüsusi  əhəmiyyət  kəsb  edir.  Belə ki,  bu 
qaydaların tənzimlənməsinin hüquqi normaları, əgər bir tərəfdən, inzibati hüquq sahəsinə 
aiddirsə, digər tərəfdən inzibati-prosessual hüquq sahəsinə aiddir.  
Gömrük  işi  sahəsində  gömrük  tarifi  və  gömrük  ödənişlərinin  alınması  ilə  bağlı 
münasibətlərin tənzimlənməsi zamanı inzibati, maliyyə, bank və vergi hüquqları, habelə 
valyuta qanunvericiliyi ilə əlaqədar hüquqi normalardan da istifadə olunur.  
Bu halları konkret olaraq Gömrük Məcəlləsinə uyğun araşdiraq. Məcəllənin 110-cu 
maddəsində göstərilir ki, «Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu 
ə
razidən  aparılan  mallara  əlavə  dəyər  vergisinin  tətbiqi  bu  Məcəlləyə  və  «Ə1avə  dəyər 
vergisi»  haqqında  Azərbaycan  Respublikasının  Qanununa  uyğun  həyata  keçirilir» 
Göründüyü  kimi  bu  zaman  münasibətlərin  tənzimlənməsi  vergi  hüququnun  normaları 
ə
sasında həyata keçirilir.  
Başqa  bir  misal.  Məcəllədə  göstərilir  ki,  «Azərbaycan  Respublikasının  gömrük 
işini  aparan  icra  hakimiyyəti  orqanının,  Azərbaycan  Respublikasının  müvafiq  icra 
hakimiyyəti orqanı ilə razılaşdırmaqla, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan 
ayrı-ayrı malların sadələşdirilmiş, güzəştli qaydada Azərbaycan Respublikasının gömrük 
sərhədindən  keçirilmsi  üçün  miqdar  və  dəyər  məhdudiyyətlərini  müəyyən  etmək 
hüququna  malikdir»  .  Gömrük  Komitəsinin  Maliyyə  Nazirliyi  ilə  razılaşdıraraq  həyata 
keçirdiyi bu madd inzibati və maliyyə hüquqlarının hüquqi normaları ilə tənzimlənir.  
Məcəlləyə  uyğun  olaraq  gömrük  ödənişlərinin  möhlət  verilməsinə  və  ya  vaxtının 
uzadılmasına görə Mərkəzi Bankın verdiyi kreditlər üzrə, həmin bankın müəyyən etdiyi 
dərəcələrə  uyğun  olaraq  faizlərin  alınıb  dövlət  büdcəsinə  keçirilməsi  zamanı  bank 
hüququnun normativ qaydalarından istifadə olunur.  
Gömrük orqanlarında calışan vəzifəli şəxslərin statusu ilə bağlı münasibətlər əmək 
hüququnun  normalarına  uyğun  həyata  keçirilir.  Məcəllənin  maddələrinə  görə  gömrük 
orqanlarının  vəzifəli  şəxslərinin  əmək  haqqı,  iş  vaxtı,  əlavə  işləməyə  görə  ödənişlərin 
miqdarı,  pensiya  təminatı,  sosial  müdafiə  və  s.  habelə  оnların  hüquq-mühafizə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə