Microsoft Word gomruk-huququ docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/97
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21570
1   2   3   4   5   6   7   8   9   10   ...   97

13 
 
nəqliyyat vasitələrinin keçirilməsi, gömrük nəzarəti, gömrük ödənişləri də gömrük-hüquq 
vasitə və alətlərindən hesab olunur.  
Gömrük  işi  sahəsində  beynəlxalq-hüquqi  əməkdaşlıq  və  bu  təcrübədən 
yararlanmaq.  Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin  beynəlxalq-hüquqi 
ə
məkdaşlıq  sahəsindəki  fəaliyyəti  təqdirəlayiqdir.  Belə  ki,  gömrük  işi  sahəsindəki 
dövlətlərarası  və  beynəlxalq  münasibətlərin  tənzimlənməsi  zamanı  beynəlxalq  hüquq 
normalarından geniş istifadə olunur. Bu tendensiya GM-nin müvafiq maddələrində də öz 
ə
ksini tapmışdır.  
Məcəllənin  müvafiq  maddəsində  yazılmışdır:  «Azərbaycan  Respublikası 
beynəlxalq iqtisadi inteqrasiyanın inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün digər 
dövlətlərlə  gömrük  ittifaqları,  sərbəst  iqtisadi  zonalar  yaradır,  gömrük  məsələləri  üzrə 
beynəlxalq  hüquq  normalarına  uyğun  sazişlər  bağlayır».  Müvafiq  maddədə  isə  qeyd 
olunur  ki,  dövlətlərarası  müqavilələrdə  müəyyən  edilən  qaydalar,  rcspublika 
qanunvеriciliyində  müəyyən  olunan  qaydalardan  fərqlənərsə,  onda  dövlətlərarası 
müqavilələrin qaydaları tətbiq olunur.  
Gömrük hüququnun sistemi 
Hüquq  təhsili  sahəsində,  hər  hansı  bir  hüquq  sahəsinin  müstəqilliyi  barədə  fikir 
yürüdülərkən,  təkcə  onun  mövzu  və  tənzimlənmə  mеtodlarının  xarakteri  və  özünə 
məxsusluğu  deyil,  eyni  zamanda,  həmin  müstəqil  hüquq  sahəsinin  məqsədəuyğunluğu, 
bütövlüyü (tamlığı), əsaslılığı (bazasının olması), xüsusiliyi və kompleksliliyi də nəzərə 
alınır.  Bu  qayda  bütünlüklə  gömrük  hüququna  da  şamil  olunur.  Bu  halda  gömrük  işinə 
xas  olan  ictimai  münasibətlərin  komplеks  xarakteri  və  onların  bütövlükdə  hüquqi 
tənzimlənməsi sistemi yaradıcıı amillər kimi özünü göstərir.  
GM-ə  daxil  edilmiş,  hüquqi  normalar,  hər  şeydən  öncə  gömrük  sisteminin 
bütövlüyünü, quruluşunu, məqsədəuyğunluluğunu və ardıcıllığını əks etdirir. Məhz elə bu 
yöndə  gömrük  hüququnu  başa  düşmək  lazımdır.  Gömrük  hüququnun  bütövlüyü  və 
sistеmli xarakterə malik olması, gömrük işinin vahid və bütöv olmasını şərtləndirir.  
Digər hüquq sahələrində olduğu kimi, gömrük hüququnu da şərti olaraq ümumi və 
xüsusi hissələrə bölmək olar.  
Gömrük işinin məğzi və tərkibi, gömrük siyasəti və onun məqsədləri, Azərbaycan 
Respublikasının  Gömrük  sərhədləri  və  gömrük  əraziləri,  habelə  gömrük  işində  istifadə 
olunan və gömrük qanunvericiliyində öz əksini tapan digər ümumi termin və anlayişlar 
gömrük hüququnun ümumi hissəsinə aid edilə bilər.  
Gömrük  işi  sahəsində  ayrı-ayrı  blokların  xüsusiyyətinə  uyğun  olaraq,  onların 
hüquqi  tənzimlənməsi  gömrük  hüququnun  xüsusi  sahəsinə  aid  edilir.  Buraya  mal  və 
nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi qaydaları, gömrük tarifi, gömrük 
ödənişlərinin  alınması,  gömrük  rəsmiləşdirilməsi,  gömrük  nəzarəti,  xarici  iqtisadi 
fəaliyyətin  mal  nomenklaturasının  aparılması  (XIF  MN)  və  sairlərinin  hüquqi 
tənzimlənməsi daxildir.  


14 
 
Eyni  zamanda  gömrük  orqanlarının  əməliyyat-axtarış  fəaliyyəti,  işin  icraata 
götürülməsi və ona baxılması qaydaları və s. də gömrük hüququnun xüsusi sahəsinə aid 
edilir.  
Gömrük siyasəti və gömrük qanunvericiliyi 
Gömrük işinin ümumi səviyyəsi, mahiyyəti və strukturunu daha ətrafli izah etmək 
ücün, Gömrük işindo daha çох iştifado olunan «Gömrük», «gomrük ərazişi», «Gömrük 
sərhədi»,  «Gömrük  orqanları»,  «Gömrük  sistemi»,  «Gömrük  xidməti»,  «Gömrük 
siyasəti»,  «Gömrük  qanunvericiliyi»  və  s.  kimi  terminlərin  izahını  verməyə  calışaq. 
Gömrük  işində  iştifadə  olunan  digər  anlayişların  mallar,  Azərbaycan  malları,  xarici 
mallar, hüquqi şəxslər, və s. mənasi işə GM-in müvafiq maddəsində geniş, şəkildə izah 
olunmuşdur.  
Yuxarıda  adları  çəkilən  terminlərə  daha  çох  rast  gəlindiyi  üçün  onların  izahı 
vеrilir.  
Gömrük  -  «tamоjna»  sozü  ərəb  mənşəlidir.  Maraqlıdır  ki,  rus  dilində  işlənən 
«tamоjna» türk dilindəki «tamqa» sozündon goturulmuşdur. Mənasi «damga», «möhür» 
deməkdir.  Malların  üstündə  olan  işarə,  yarlik  vəya  şam5a,  bazarda  vəya  yarmarkalarda 
satilacaq mallardan vеrgi və rusumların artiq tutulduğunu bildirirmiş. «Tamqa» sozü fеl 
formasina  düşərək  «tamjit»  olmusdur.  Mallann  tamjitildiyi  yer  işə  «tamоjna» 
adlandinlmaga başlanilmişdir. Lakin, türk dövlətlərinin çохu (Turkiyə, Azərbaycan və s. 
) türk mənşəli «tamоjna sözünü deyil, ərəb sözü «gömrüyü» qəbul ediblər.  
Gömrük ərazişi - Azərbaycan Respublikasinın quru ərazişi, daxili suları və оnların 
üstündəki hava məkanından ibarətdir.  
Gömrük  sarhəddi  -  Azərbaycan  Respublikasimn  Gömrük  ərazişinin  hüdüdları, 
həmçinin sərbəst Gömrük zоnalarının və sərbəst anbarlarnın perimetrləridir.  
Gömrük оrqanları - Azərbaycan Rеspublikasında gömrük işini bilavasitə həyata 
keçirən icra hakimiyyəti hüquq-mühafizə оrqanıdır. Bu vəhid sistеmə Azərbaycan Dövlət 
Gömrük  Kоmitəsinə  tabe  оlan  bölgə  gömrük  оrqanları,  Kоmitə  (Naxçıvan  MR),  Baş 
Gömrük  Idarələri  (Baki,  Hava  Nəqliyyatı)  gömrükxanalar  (Astara,  Xaçmaz  və  s.  )  və 
Gömrük pоstları daxildir.  
Gömrük  sistemi - ümumi anlayış оlub, yalnız Gömrük siyasətini həyata keçirən 
dövlət  və  digər  icra  strukturlarını  deyil,  habelə  оnların  praktiki  fəaliyyət  fоrmalarıdır. 
Praktiki fəaliyyət fоrmaları isə gömrük qanunvericiliyi nоrmaları, о cümlədən nоrmativ 
hüquqi aktlar ilə tənzimlənir.  
Gömrük  xidməti  -  ümumi  halda,  gömrük  оrqanlarında  dövlət  xidmətinin  təşkil 
edilməsini  ifadə  cdir.  Gömrük  xidmətini  geniş  və  qısa  anlayış  kimi  iki  qrupa  ayırmaq 
о
lar: 
1) gömrük оrqanlarında və оna xidmət edən digər strukturlarda bilavasitə gömrük 
işini  həyata  keçirən,  habelə  gömrük  оrqanının  vəzifəli  şəxslərinin  hüquqi  statusunun, 
dövlət  xidmətinin  həyata  keçirilməsinin  qaydaları  və  hüquqi  şəraitin  (gömrük 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə