Microsoft Word gomruk-huququ docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/97
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21570
1   2   3   4   5   6   7   8   9   ...   97


 
hüququnun  sərbəst  bir  sahə  kimi  fəaliyyət  götərməsinə  nəinki  mane  olur,  əksinə  onu 
vacib edir.  
Bütünlükdə,  gömrük  işinin  hüquqi  cəhətdən  tənzimlənməsi  mexanizmini  yalnız 
gömrük  hüququnun  sərbəst  hüquq  sahəsi  olması  nəticəsində  hayata  keçirtmək 
mümkündür.  
Gömrük hüququnun əsas məqsədləri aşağıdakılardır: 
1)  gömrük  işini  həyata  keçirmək,  onun  inkişafını  və  təkmilləşdirilməsini  təmin 
etmək  üçün,  gömrük  və  digər  müvafiq  dövlət  orqanlarına  səmərəli  fəaliyyət  şəraiti 
yaratmaq; 
2)
  gömrük  siyasətinin  həyata  keçirilməsi  üçün  optimal,  elmi  cəhətdən 
ə
saslandırılmış və daha çox demokratik dəyərlərə söykənmiş gömrük sistemi yaratmaq; 
3)
  ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qanuni təminatı, onların birləşdiyi 
ictimai birliklərin gömrük işi ilə əlaqədar fəaliyyətləri zamanı, habelə, xarici vətəndaşlar 
və  vətəndaşlığı  olmayan  fiziki  şəxslərin,  həmçinin  hüquqi  şəхslərin  gömrük 
qanunvericiliyində  nəzərdə  tutulan  bütün  hüquqlarının  qorunması  üçün  möhkəm,  sabit 
hüquqi təminat yaratmaq; 
4)  Azərbaycan  Respublikasının  sosial-iqtisadi  üstünlüklərini  və  maraqlarını 
qorumaq  (ilk  növbədə  burada  söhbət  ölkəmizin  iqtisadi  suverenliyi  və  iqtisadi 
təhlükəsizliyindən,  daxili  bazarın  qorunmasından,  milli  iqtisadiyyatın  inkişafının 
stimullaşdırılmasından,  həmçinin  Azərbaycan  iqtisadiyyatının  beynəlxalq  əlaqələrindən 
getməlidir).  
Gömrük hüququnun prinsiplərinə isə aşağıdakılar aiddir: 
1)
  qanunçuluq; 
2)
  demokratiklik; 
3)
  əhatəli və aydın gömrük tənzimlənməsi; 
4)
  gömrük hüququnun vasitə və alətlərinin səmərəli təminatı; 
5)
  gömrük  işi  sahəsində  beynəlxalq-hüquqi  əməkdaşlıq  və  təcrübədən 
yararlanmaq.  
Qanunçuluq-gömrük sisteminin fəaliyyət göstərməsi və gömrük hüququ üçün əsas 
prinsip  sayilır.  Bu  prinsip  digər  sahələrdə  olduğu  kimi,  Konstitusiya  ilə  təsbit 
olunmuşdur.  1995-ci  ildə  qəbul  olunmuş  «Azərbaycan  Rеspublikası  Konstitusiyasının» 
7-ci  maddəsinin  IV  bəndində  yazılır:  «Bu  Konstitusiyanın  müddəalarına  əsasən 
qanunvericilik, icra (Gömrük  Komitəsi  dövlət  icra  orqanı  sayılır-  müəllif)  və  məhkəmə 
hakimiyyətləri  qarşılıqlı  fəaliyyət  göstərir  və  öz  sə-lahiyyətləri  çərçivəsində 
müstəqildirlər»  .  Konstitusiyanın  bu  maddəsi  Dövlət  Gömrük  Komitəsinə  öz 
səlahiyyətləri  çərçivəsində  müstəqillik  verməsi  bir  daha  Azərbaycan  Respublikasında 
sərbəst gömrük siyasəti aparmaq üçün gömrük hüququnun vacibliyini gündəmə gətirir.  



 
Azərbaycan  Rеspublikası  Gömrük  Məcəlləsində  gömrük  siyasətinin  əsas 
məqsədlərindən biri də məhz Konstitusiya və Azərbaycan Respublikasının qanunvericilik 
aktlarından irəli gələn tələblərin icra edilməsidir.  
Məcəllənin  243-cü  maddəsi  bilavasitə  gömrük  qaydalarının  pozulması  zamanı 
qanunçuluğun təmin edilməsi ilə əlaqədardır.  
Maddədə deyilir: «Gömrük qaydalarının pozulması haqqında işlar üzrə icraat və bu 
işlərə  baxılma,  eləcə  də  tənbehetmə  barədə  Azərbaycan  Respublikası  Gömrük 
orqanlarının  qərarlarının  icrası  qıti  olaraq  qanunçuluq  əsasında  həyata  keçirilir. 
Azərbaycan  Respublikası  Gömrük  orqanları  və  onların  vəzifəli  şəxsləri  tərəfindən 
gömrük  qaydalarının  pozulmasına  görə  təsir  vasitələrinin  tətbiqi  onların  səlahiyyətləri 
daxilində  və  dəqiq  olaraq  Azərbaycan  Respublikası  qanunvericiliyinə  uyğun  həyata 
keçirilir» . Bizcə əlavə şərhə ehtiyac yoxdur.  
Demokratiklik  -  gömrük  hüququnun  prinsipi  kimi  özünü  bir  nеçə  cür  göstərir. 
Gömrük Məcəlləsinin Preambulasında öz əksini tapmış «gömrük işi sahəsində təsərrüfat 
subyektlərinin,  fiziki  şəxslərin  və  dövlət  orqanlarının  hüquqlarının  müdafiəsinin  təmin 
olunmasının» özü elə demokratikliyin bir formasıdır.  
GM-də  gömrük  orqanlarının  əsas  funksiyalarından  olan  ictimai  asayişin,  əhalinin 
mənəviyyatının,  insanların  həyat  və  sağlamlığının  heyvan  və  bitkilərin,  ətraf  mühitin 
qorunması, gətirilən malların istehlakçıların mənafeyinin müdafiəsi sahəsində tədbirlərin 
həyata  keçirilməsi  elə  dеmokratikliyin  nümunələridir.  GM-də  nəzərdə  tutulan 
məlumatlandırma  və  məsləhətvermə,  ilkin  qərarların  qəbul  еdilməsi  də  gömrük 
hüququnun  demokratik  hüquq  normalarına  əsaslanır.  Məcəllənin  40-cı  fəsili  əsasən 
gömrük qaydalarının  pozulmasında iştirak  edən şəxslərin hüquqlarına həsr olunmuşdur. 
Bеlə misalların sayını kifayət qədər artırmaq olar.  
Ə
hatəli  və  aydın  gömrük  tənzimlənməsi-gömrük  işi  sahəsindəki  ictimai 
münasibətlərin  hüquqi  tənzimlənməsini  tam  və  hərtərəfli  əhatə  edən  gömrük  hüququ 
prinsipidir.  Söhbət  bu  münasibətlərin  imkan  daxilində  maksimum  əhatə  oluna 
bilməsindən gedir.  
Gömrük-hüquq  vasitə  və  alətlərinin  səmərəliliyinə  təminat  və  onların 
səmərəliləşdirilməsi-dedikdə,  gömrük  nəzarəti  vasitələrinin  genişdəndirilməsi,  mal 
dövriyyəsində  müxtəlif  gömrük  rejimlərindən  istifadə,  gömrük  brokeri,  gömrük 
tərcüməçisi  və  s.  kimi  yeni  formalardan  istifadə  nəzərdə  tutulur.  Eyni  zamanda  mal  və 
nəqliyyat vasitələrinin keçirilməsi, gömrük nəzarəti, gömrük ödənişləri də gömrük-hüquq 
vasitə və alətlərindən hesab olunur.  
Gömrük  işi  sahəsində  beynəlxalq-hüquqi  əməkdaşlıq  və  bu  təcrübədən 
yararlanmaq.  Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin  beynəlxalq-hüquqi 
ə
məkdaşlıq  sahəsindəki  fəaliyyəti  təqdirəlayiqdir.  Belə  ki,  gömrük  işi  sahəsindəki 
dövlətlərarası  və  beynəlxalq  münasibətlərin  tənzimlənməsi  zamanı  beynəlxalq  hüquq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə