Microsoft Word Gulnara-kitab son doc



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə31/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   27   28   29   30   31   32   33   34   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
92
 
 
 
 
guyruğunnan bi gel alıp getiri; Bi gün patşah hanım 
sultana diyir (A.Caferoğlu). 
İndiki zaman Azərbaycan dilinin dialekt və şivələ-
rində ən azı altı qrammatik formal əlamətə malikdir. İn-
diki zaman şəkilçilərinin və  əmələgəlmə vasitələrinin 
bu cür müxtəlifliyi Azərbaycan xalqının formalaşması-
nın tarixi qanunauyğunluqlarından, onun etnik tərkibin-
dən, Azərbaycan dilinin tarixindən irəli gəlir
1

Azərbaycan dilinin Şərur  şivəsində indiki zaman 
formasını əmələ gətirmək üçün -ır
4
/-yır
4
 şəkilçilərindən 
istifadə olunsa da, Qarabağlar kəndində birinci şəxsin 
tək və cəmində -ıy, -iy, -y, ikinci şəxsin tək və cəmində 
-ı,-i  şəkilçilərinin istifadəsi müşahidə olunur: qavıyam, 
gēyəm, baxıyux, qaçısan, dēsiz, tapısız və s 
2
.  Azərbay-
can dilinin Lerik rayonu şivələrində indiki zaman I şəx-
sin tək və cəmində -iy//-ay, II və III şəxslərdə -ey zaman 
şəkilçilərindən istifadə olunur; məs.:gəliyəm//gəlayəm, 
gəliyoğ, bileysən, bileysuz,biley,bileylər və s 
3
 
-İ  şəkilçisinin indiki zaman yerində  işlənməsinə 
Azərbaycan dilinin dialekt və şivələrində də rast gəlinir. 
-I, -i, -u, -ü  şəkilçisi  şivələrimizdə indiki zamanı ifadə 
etməklə bərabər, bəzən qeyri-qəti gələcək zaman yerin-
də də işlənir. T.Hacıyev -ır/-ar, -ıy/-ay, -ıd/-ad şəkilçilə-
                                                 
1
Рустамов  Р.А.Формы  настоящего  времени  в  диалектах  и  говорах  азербайджанского 
языка.//Вопросы диалектологии тюркских языков.Т.IV.Баку,1966, с.35.  
2
Имамкулиева  К.Г.Шарурские  говоры  азербайджанского  языка.  АКД.  Баку, 
1991, с. 19 
3
Binnətova G.Azərbaycan dilinin Lerik rayonu şivələri. Bakı, 2007,s.77 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
93
 
 
 
 
rinin eyni şəkilçinin sonrakı inkişaf təzahürləri olduğu-
nu hesab edir
1

Türk ağızlarında müşahidə olunan -ıy və -iri şəkilçi-
ləri Cənubi Azərbaycan dialektlərində  də istifadə olu-
nur.   
Axısqa türklərinin dilində indiki zamanın, eyni za-
manda  -iyer  şəkilçisi ilə düzəldiyi müşahidə olunur: 
Pəncərədən  baxiyer, Almış  məndil  toxiyer
2
.  İndiki za-
manın bu morfoloji göstərici ilə ifadə olunmasına qa-
qauz dilinin dialektlərində də rast gəlirik. 
Azərbaycan dilinin Qərb qrupu dialekt və  şivələ-
rində indiki zaman -er, -or, -ör şəklində özünü göstərir. 
Bu forma Kars tərəkəmələrinin dilində də işlənir. Bun-
dan başqa, M.Ergin tərəkəmə və qarapapaq ağızlarında 
da indiki zaman -êr,-or,-ör  şəklində müşahidə olundu-
ğunu vurğulayır
3
.  
Maraqlıdır ki, bu şəkilçi bulqar qrupu türk dillərin-
dən olan başqırd ədəbi dilində də müşahidə olunur. La-
kin o bu dildə indiki zamanı deyil, gələcək zaman for-
masını əmələ gətirməyə xidmət edir.  
Azərbaycan dilinin Quba dialektində indiki zaman 
formasını əmələ gətirmək üçün -adu, -ədü şəkilçisindən 
istifadə edilir.Məs.:aladu, gələdü və s 
4
.  
Görkəmli dialektoloq akademik M.Şirəliyev -adu,-
ədü indiki zaman şəkilçisinin bütünlüklə Quba dialek-
                                                 
1
Hacıyev T.İ.-dürür/-türür şəkilçisinin mənşəyinə dair.Türk dillərinin tarixi morfo-
logiyasına dair araşdırmalar.Bakı, Universiteti  1990, s. 64.  
2
 Kazımov İ. Axısqa türklərinin dili. Bakı, 1999, s. 217.  
3
 Ergin M.Azeri Türkçesi. İstanbul,Edebiyat Fakültesi Basımevi,II baskı, 1981,s. 144  
4
Rüstəmov R.Ə.Quba dialekti.Bakı,Azərb.SSR EA nəşriyyatı,1961,s.148  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
94
 
 
 
 
tində müşahidə olunduğunu qeyd etməklə yanaşı, həmin 
şəkilçiyə eyni zamanda, səpələnmiş halda Bakı, Mərəzə, 
Əli Bayramlı
*
 rayonlarının bəzi kənd  şivələrində rast 
gəlindiyini də yazır 
1
.  
Bildiyimiz kimi, indiki zamanın bu forması  qıp-
çaq, bulqar, uyğur-oğuz qrupu türk dilləri üçün xarakte-
rikdir.  
Naxçıvan dialektinin Nehrəm kənd şivəsində indi-
ki zamanın II şəxs tək və cəmində bəzən r səsinin düş-
düyü, inkarda I şəxs tək və  cəmində isə  r  səsinin assi-
milyasiya nəticəsində  n  səsinə keçdiyi müşahidə olun-
muşdur.Bu xüsusiyyəti(r>n) Nuxa dialektinin Baş Göy-
nük, Baş Layısqı, Aşağı Göynük kənd  şivələrində  də 
görə bilirik: deyisən, deyisiz, gəlisən, gəlisiz, yeminəm, 
yeminıx, yazmınam, yazmınıx 
2
.    
Müasir Azərbaycan ədəbi dilində indiki zamanın in-
karının ifadəsi ilə bağlı bir cəhəti də  nəzərə çatdırmaq 
istərdik.  
Belə ki, felə inkar şəkilçisindən sonra zaman şəkilçi-
si artırıldıqda iki saitin yanaşı  işlənməməsi üçün -ma,    
-mə şəkilçisinin saiti düşür.Məsələn: getmirəm, getmir-
sən,  getmir,  getmirik, getmirsiniz, getmirlər və s. 
- Bu sizin öz işinizdir. Lakin bunun bir fayda verə 
biləcəyinə  inanmıram(M.Qacar, Metroda terror); -Ay 
dədə, neçə  dəfə  sənə demişəm, yenə yadında  qalmır 
                                                 
*
 Əli Bayramlı şəhərinə 2008-ci ildən Milli Məclisin qərarı ilə “Şirvan” adı verilmişdir. 
1
 Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962,s.220.  
2
 Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962, 
s.228.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə