Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
112
-sız, -siz, -suz, -süz şəxs sonluqlarından isə yalnız
-sınız,
-siniz yaxud
-sız, -siz şəxs şəkilçiləri işlədilir.
Bu xüsu-
siyyətə bəzi türk dillərində hətta II şəxsin təkində də
rast gəlmək mümkündür. Belə ki, Azərbaycan, qazax,
noqay, qaraqalpaq, özbək, uyğur, xakas, şor dillərində
-ar,-ər şəkilçili zaman forması II şəxsin təkində qapalı
damaq saitli şəxs sonluqları qəbul etdikləri üçün, sada-
ladığımız türk dillərində II şəxsin
təkində də şəxs son-
luqlarının yalnız iki variantına təsadüf olunur. Bunlar-
dan fərqli olaraq karaim dilinin Trakay dialektində iki
variantlı
-ar, -ər şəkilçili zaman forması II şəxsdə dörd
variantlı şəxs sonluğu qəbul edə bilir:
Tək Cəm
I şəxs:Azərb.: baxaram baxarıq
türk: bulurum buluruz
qaqauz: qalarım qalarız
qazax: bararmın bararmız
qumuq: ałärman ałärbïž
karaim: ketirirmin ketirirbiz
özbək: bilarman bilarmiz
sarı-uyğur:
men tutar mys tutar
başqırd: kalırmın kalırbız
şor: kelerim kelerbis
II şəxs:Azərb.: baxarsan baxarsınız
türk: bulursun bulursunuz
qaqauz: qalarsın qalarsınız
qazax: bararsıŋ(dar) bararsızdar
qumuq: ałärsan ałärsïz
karaim: ketirirsin ketirirsiz
özbək: bilarsan bilarsiz
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
113
sarı-uyğur: sen tutar siler tutar
başqırd: kalırhıŋ kalırhığıž
şor: kelerzinъ kelerzar
III şəxs:Azərb.: baxar baxarlar
türk: bulur bulurlar
qaqauz: qalar qalarlar
qazax: barar barar
qumuq: ałär ałärlär
karaim: ketirir ketirirler
özbək: bilar bilarlar
sarı-uyğur: goł tutar gołar tutar
başqırd: kalır kalır(žar)
şor: keler kelerler
Azərb.:Ürək döyünməsə vətənçin, elçin,
Bir ovuc
torpağa
döndərrəm onu;
Dünyaya gəlmişəm, bilirsiz neçin?
Zirvədən-zirvəyə
aşmaq istərəm (M.Mirzəliyeva);
Türk:Adın ne?-diye sorsalar adımı
unuturum (A.
Nesin, Parola); türkmən:Hoşlukma, oglum, basym
gö-
terer, senem öz arzuwyňa
ýetersiň(Göroglynyn dörey-
şi); kazan-tatar:Miŋa berne yasap birçe, bik maturlap.
Min siŋa qarmun kıçkırtırqa
birermen (Q.Bəşirov);
qırğız:Bular kazqan çunkurlar, Özdörü
tüşöör
çunkurlar
1
;
Türk dillərində fel sonunun saitlə və ya samitlə bit-
məsindən, təkhecalı və ya çoxhecalı olmasından asılı
olaraq eyni zaman formasını ifadə etdiyinə görə
-ar, -ər,
-ır,-ir,-ur,-ür,-r şəkilçilərindən yalnız müvafiq olanı fel
1
(www.geocities.com/ makaldar/palapage. htm)
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
114
sonuna artırılır. Bu xüsusiyyət
qeyri-qəti gələcək zaman
formasının müşahidə olunduğu əksər türk dillərinə şa-
mil olunur:
a)Əgər fel saitlə bitərsə, bu zaman felin sonuna
-r
şəkilçisi əlavə olunur; məs.:türk,qaqauz:
başla-r-ız, bek-
le-r, tanı-r-sın; karaim:
tele-r, kara-r; başqırd:
ukı-r;
qumuq:
qara-r-man, kazan-tatar:
eşlə-r, ukı-r və s.
Haqqında danışdığımız bu xüsusiyyət müasir Azər-
baycan dilinə aid edilmir.Çünki digər türk dillərində ey-
ni zaman formasını formalaşdıran
-ar, -ər, -ır, -ir, -ur,
-ür,-r morfoloji əlamətləri
Azərbaycan dilində iki müx-
təlif zaman formasını əmələ gətirir.
Ona görə də Azərbaycan dilində qeyri-qəti gələcək
zamanı ifadə edən
-ar, -ər şəkilçisi felin sonunun saitlə
və ya samitlə bitməsindən, təkhecalı və ya çoxhecalı
olmasından asılı olmayaraq bütün fellərə artırılır.Yalnız
fel saitlə bitərsə, bitişdirici
y samitindən
istifadə olu-
nur.Məs.:-Sən get evə, mən qayıdım. Onu tək qoya bil-
mərəm. İlanlar bilsələr ki, heç kəs yoxdur, gəlib göz-
lərini
yeyərlər (İ.Şıxlı,Qızıl ilanlar).
Lakin qeyd etməliyik ki,bu xüsusiyyət Azərbaycan
ədəbi dilində bəzi fellərdə özünü göstərir. Əgər
fel saitlə
bitərsə, bu zaman ya qeyri-qəti gələcək zamanın şəkil-
çisindən əvvəl
y samiti artırılır, ya da qeyri-qəti gələcək
zamanın şəkilçisində olan sait düşür:
Mən aşıq yara
bağlar,
Yar meylin yara
bağlar
Yaralı yar bağlasın,
Yar yaxşı yara
bağlar (Sarı Aşıq)