Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
122
Müasir Azərbaycan dilində qeyri-qəti gələcək za-
manın inkarında II və III şəxslərdə r səsi z səsi ilə əvəz
olunur. Türkmən dilində isə yalnız III şəxs tək və cə-
mində qeyri-qəti gələcək zamanın inkar formasında r
səsi z səsinə keçir.
Türkmən dilində inkarlıq əlaməti kimi I və II şəxs-
lərdə -mar//-mer, III şəxsdə isə -maz//-mez müstəqil in-
kar formaları kimi fərqləndirilir. F.Zeynalov bunu düz-
gün hesab etmir. O qeyd edir ki, - maz,-mez, eləcə də -
mar, -mer formalarını müstəqil inkar formaları kimi
vermək düzgün olmazdı.Burada -ma, -me inkarlıq şəkil-
çisi, -r qeyri-müəyyən zaman əlamətidir. Buradakı z isə
r samitinin z səsinə keçməsindən başqa bir şey deyil
1
.
Ancaq qeyd etməliyik ki, istər Azərbaycan dilində,
istərsə də digər türk dillərində hər hansı bir xüsusiyyəti
ifadə etmək üçün bir neçə şəkilçinin birləşməsindən
əmələ gələn onlarla şəkilçi vardır (-maqda
2
, -dığım
4
,
-dıqca
4
və s.) və bu şəkilçilər ayrı-ayrılıqda deyil, bir-
ləşərək xüsusi bir əlamət kəsb edirlər. Bu baxımdan
-mar, -mər və -maz, -məz də müstəqil inkar şəkilçiləri
kimi qəbul edilə bilər.
Azərbaycan dilinin bir sıra şivələrində qeyri-qəti
gələcək zamanın II şəxs inkar formasında r ünsüründən
istifadə olunur. Bu, Quba, Şamaxı, Ordubad, Şəki dia-
lektlərində, Sabirabad, Xaçmaz, Lənkəran, Astara, Za-
qatala, Gədəbəy, Daşkəsən başqa rayon şivələrində özü-
1
Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası. II. Bakı, ADU
nəşriyyatı, 1975, s. 113.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
123
nü göstərir. Quba və Şamaxı dialektlərində isə hətta
üçüncü şəxsdə də r ünsürü müşahidə edilir
1
.Məs.: yaz-
marsan, yazmar, doğramarsan, yazmarsuz, dimər və s.
Şəkinin Vərəzəd, Baş Zəyzid kəndlərində ikinci
şəxsdə qeyri-qəti gələcək zamanı ifadə edən -z şəkilçisi
tamamilə düşür
2
. Məs.: yazmásan, yazmásuz, otumásan,
otumásuz və s.
R.Eyvazova Kişvəri dilində -maz, -məz və -man,
-mən inkar formalarının daha çox işləndiyini yazır. La-
kin bununla yanaşı, Kişvəri əsərlərinin tədqiqatı zamanı
-maz, -məz şəkilçisinin -mas,-məs fonetik variantı qeydə
alınmışdır. Müəllif yazır ki, Kişvərinin dilində Azərbay-
can sözlərinin -mas,-məs qıpçaq-karluq qrupu şəkilçiləri
ilə işlənməsinə rast gəlmədik. Belə ki, bu tipli şəkilçilər
şairin dilinə söz kökü ilə birlikdə (məs.: bulmas,iməs)
keçmişdir. Ona görə də R.Eyvazova Kişvəri dilində
-mas, -məs inkarlıq formasını qədim türk dillərinin,
xüsusilə özbək dilinin təsirindən başqa bir şey hesab
etmir
3
.
Türkmən dilində birinci şəxs təkinin inkar forması,
eyni zamanda, -marın, -merin formasının ixtisar olun-
muş qısa saitli -man,-men variantı ilə də işlənə bilir.
Məs.: yazman, bilmen, gelmen və s.
1
Rüstəmov R.Ə.Azərbaycan dilinin dialekt və şivələrində fel. Bakı, 1965,
s.248.
2
İslamov M.İ. Azərbaycan dilinin Nuxa dialekti. Bakı, Azərb. SSR EA
nəşriyyatı, 1968, s. 132.
3
Eyvazova R. Kişvəri “Divan”ının dili (morfoloji xüsusiyyətlər). Bakı,
“Elm”, 2005, s. 142.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
124
Bu zamanın inkar forması birinci şəxs təkində -man,
-men (<-marın, -merin) və -am, -em ( xem) hissəcikləri-
nin birləşməsindən əmələ gələn -manam, -menem for-
ması ilə də işlədilir. Məs.: yazmanam, gelmenem və s.
Bu şəkilçiyə təsadüfi hallarda Azərbaycan şairlərinin
şeirlərində rast gəlirik:
Şikayət eyləmənəm dilbərin cəfasindən
Onun cəfası mana yekdurur vəfasindən
(Nəsimi)
Bəs bilmənəm ki, rəsmi-vəfa kimdən ökrənir
(Xətayi)
İndən belə ölsəm, arzu çəkmənəm
Şükr allaha, arzumana yetmişdim.
Dostun camalına nəzər eylədim,
Sanasan, tazədən cana yetmişdim
(Vaqif)
-manam, -menem formasının birinci şəxsin təkini
ifadə etməsinə Van eli və yörəsində yaşayan türklərin
dilində də rastlanır:
Sallanıram getemenem
Men seni unutmanam
(A.Caferoğlu)
Burada getemenem “getmərəm”, unutmanam
“unutmaram” mənalarını ifadə edir.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
125
M.Rəhimov bu şəkilçinin türkmən dilində çox ya-
yıldığına əsaslanaraq Azərbaycan dilinə onun türkmən
dilindən gəldiyini yazır
1
.
§6.Türk dillərində digər gələcək zaman formaları
Türk dillərində gələcək zamanı ifadə edən bir sıra
morfoloji əlamətlər vardır ki, bu şəkilçilər yalnız bir və
ya bir neçə türk dilində özünü göstərir. Bu qrammatik
göstəricilərdən biri -qalak, -kalak, -qelek şəkilçili gələ-
cək zaman formasıdır. Altay, tuva,xakas və şor dillərin-
də müşahidə olunur. Tuva dilində gözlənilən gələcək
zaman
2
, şor dilində həyata keşməmiş gələcək zaman
3
,
barabin-tatarlarının dilində gələcək zaman III (gözləni-
lən gələcək)
4
adlanır.
tuva şor
tək I şəxs aparqalak men kelqelekpim
II şəxs aparqalak sen kelqeleksiŋ
III şəxs aparqalak kelqelek
cəm
I şəxs aparqalak bis kelqelekpis
II şəxs aparqalak siler kelqeleksar
III şəxs aparqalaktar kelqelekter
altay barabin-tatar
1
Рагимов М. Формы выражения настоящих и будущих времен в письмен-
ных памятниках азербайджанского языка XIV–XVIII веков.АКД. Моск-
ва,1957,с.13
2
Исхаков Ф.Г.,Пальмбах А.А.Грамматика тувинского языка.Фонетика и
морфология. Москва, ИВЛ, 1961, с. 391.
3
Дыренкова Н.П.Грамматика шорского языка. Москва, Изд.АН СССР, 1941,
c.191
4
Тумашева Д.Г. Язык сибирских татар. Часть вторая. Изд. Казанского Уни-
верситета, 1968, с. 59.
Dostları ilə paylaş: |