Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
41
terminin işlənməsi kifayətdir:-mış şəkilçili olması üçün
perfekt I, -ıb şəkilçisi ilə əmələ gələn üçün perfekt II”
1
.
B.O.Oruzbayeva “Qırğız
dilində keçmiş zaman
formaları” adlı monoqrafiyasında felin keçmiş zamanı-
nın aşağıdakı formalarını göstərir:
a)
qəti keçmiş zaman
b) qeyri-müəyyən keçmiş zaman
ç) subyektiv keçmiş zaman
c) davamlı keçmiş zaman
d) uzaq keçmiş zaman
e) davamlı uzaq keçmiş zaman.
2
O.Allanazarov 1953-cü ildə “Müasir türkmən ədə-
bi dilində keçmiş zaman” adlı dissertasiyasını yazmış və
1975-ci ildə müəllifin eyniadlı monoqrafiyası nəşr olun-
muşdur.O.Allanazarov türkmən dilində keçmiş zamanın
on iki formasını göstərmişdir:
qəti keçmiş zaman, müəyyən
imperfekt, qeyri-müəyyən imperfekt, məqsədli keçmiş I, məq-
sədli keçmiş II, qeyri-müəyyən nəqli keçmiş zaman, uzaq
keçmiş, şərt şəklinin keçmiş zamanı, arzu şəklinin keçmiş
zamanı, vacib şəklinin keçmiş zamanı, keçmiş zamanın
modal formaları, subyektiv keçmiş zaman
3
.
K.Ubaydullayev qaraqalpaq dilinin materialları əsa-
sında felin keçmiş zamanını 3 hissəyə - müəyyən keç-
miş, nəticəli keçmiş və uzaq keçmiş zaman formalarına
ayırır və hər bir hissənin də müxtəlif zaman formalarını
1
Əfəndiyeva T.Felin keçmiş zaman formaları.Bakı,“Nurlan”,2005,s. 35.
2
Орузбаева Б.О. Формы прошедшего времени в киргизском языке.
Фрунзе, Изд. АН. Киргизской ССР, 1955, с. 7-54.
3
Алланазаров О. Прошедшее время в современном туркменском
литературном языке. Ашхабад, “Ылым”, 1975, с. 51-118.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
42
göstərir. Onun keçmiş zamanla bağlı bölgüsünü aşağı-
dakı cədvəldə ümumiləşdirmək olar:
Keçmiş zaman
müəyyən keçmiş nəticəli keçmiş uzaq
keçmiş
müəyyən qəti keçmiş
uzaq keçmiş
bitməmiş müəyyən keçmiş subyektiv uzaq
keçmiş
müəyyən bitməmiş
qeyri-müəyyən keçmiş
gələcəkli keçmiş
adi keçmiş
E.Qacarova XVIII-XIX əsr türkmən dilinin yazılı
abidələrində xəbər şəklinin dörd keçmiş zaman forması-
nın olduğunu yazır:
qəti keçmiş(-dı/-di), perfekt(-mış/-
miş, -ıb/ib,-an/-en<-qan/-qen), imperfekt(-ur/-ür,-ır/-ir,
-ar/-er +эрди), plyuskvamperfekt(-mış/-miş+erdi, -ıb/ -
ib+erdi, -an/-en<-qan/-qen+erdi)
1
.
İndiki zaman. Məlum olduğu üzrə, türk dillərində
felin digər zamanlarından fərqli olaraq indiki zaman
formasının morfoloji əlamətləri öz rəngarəngliyi ilə
seçilir. Müasir türk dillərinin əksəriyyətində indiki za-
manın ifadəsi üçün yalnız bir morfoloji göstəricidən is-
tifadə olunduğundan indiki zamanın formaları keçmiş
zaman formaları qədər çox deyil. Bu
həm də keçmiş za-
manın indiki zamana nisbətən daha geniş zaman kəsi-
1
Каджарова Э.Прошедшее время изъявительного наклонения в письменных
памятниках туркменского языка XVIII-XIX вв. АКД, Ашхабад,1964,с.3.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
43
yini əhatə etməsi ilə əlaqədardır. Lakin buna baxmaya-
raq keçmiş zamanın əsas morfoloji göstəriciləri əksər
türk dillərində sabit olduğu halda, indiki zamanın göstə-
riciləri haqqında bunu söyləmək çətindir.
Bildiyimiz kimi, oğuz
qrupu türk dillərinə daxil
olan dillərin hər birində indiki zaman özünəməxsus şə-
kilçilər qəbul etməklə – Azərbaycan dilində
-ır, -ir, -ur,
-ür, türk dilində
-(ı
4
)yor, türkmən dilində
-yar, -yər,
qaqauz dilində
-er,-эr şəkilçiləri vasitəsilə düzəlir. Qıp-
çaq və bulqar
qrupu türk dillərində, yakut, çuvaş dillə-
rində isə əsasən,
-a, -e, -y şəkilçiləri ilə formalaşır.
Karluq qrupu türk dillərində də vəziyyət bir qədər
fərqlidir. İndiki zaman formasını əmələ gətirmək üçün
özbək dilində
-a,-y, salar dilində
-por, sarı-uyğur və ye-
ni uyğur dillərində
-ppar şəkilçilərindən istifadə olunur.
Bir
cəhəti də qeyd edək ki, oğuz qrupu türk dillərindən
başqa (türkmən dili istisna olmaqla) digər türk dilləri in-
diki zaman formalarının sayının daha çox olması ilə
diqqəti cəlb edir. Türk dillərində indiki zamanın da
müxtəlif terminlərlə ifadəsi mövcuddur. Belə ki, yalnız
bir indiki zaman formasının işləndiyi türk dillərində bu
zaman forması indiki zaman adı altında təqdim olunur.
İki və daha artıq indiki zaman forması olan türk
dillərində isə müxtəlif terminlərlə ifadə edilir.
A.N.Kononov türk dilində
-(ı
4
)yor şəkilçili zamanı
indiki zaman
1
, özbək dilində
-a, -y şəkilçisi
ilə formala-
1
Кононов А.Н. Грамматика современного турецкого литературного языка.
М.-Л., Изд. АН СССР, 1956, с. 223.