Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
35
yerinə yetirən - qan şəkilçili keçmiş zaman forması tür-
kologiyada müxtəlif terminlərlə təqdim olunur.
A.N.Kononov türk dilində -mış şəkilçili keçmiş za-
man formasını subyektiv keçmiş, qeyri-məlum keçmiş
zaman
1
adlandırdığı halda,özbək dilində -qan şəkilçili
keçmiş zaman formasını o, perfektli keçmiş zaman
2
ad-
landırır. Müəllif özbək dilində subyektiv keçmiş zaman
adı altında isə -ıb şəkilçili keçmiş zaman formasını təq-
dim edir.
1960-cı ildə Azərbaycan SSR EA-nın nəşr etdirdi-
yi “Azərbaycan dilinin qrammtikası” kitabında felin
nəqli keçmiş zamanının iki forması göstərilir:
1) Nəqli keçmiş zamanın I forması,
2) Nəqli keçmiş zamanın II forması.
Nəqli keçmişin bu formaları ancaq morfoloji əla-
mətləri ilə bir-birindən fərqlənir
3
.
T.Əfəndiyeva namizədlik dissertasiyasında felin
keçmiş zaman formalarını 2 sadə və mürəkkəb formala-
ra ayırmışdır. Felin keçmiş zamanının sadə formalarına
şühudi və nəqli keçmişi, mürəkkəb formalarına I bitmə-
miş keçmiş, II bitməmiş keçmiş, gələcəkli keçmiş, uzaq
keçmiş, davamlı keçmiş, vacibli keçmiş, lazımlı keçmiş,
1
Кононов А.Н. Грамматика современного турецкого литературного
языка. М.-Л., Изд. АН СССР, 1956, с. 231.
2
Кононов А.Н. Грамматика современного узбекского литературного
языка. М.-Л., Изд. АН. СССР, 1960, с. 216.
3
Azərbaycan dilinin qrammatikası.I h.,Morfologiya,Bakı,1960,Azərb. SSR EA
nəşriyyatı, s.184.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
36
arzulu keçmiş, şərtli keçmiş formalarını aid etmişdir
1
. O,
2005-ci ildə bu mövzuya yenidən müraciət etmiş və
“Felin keçmiş zaman formaları” adlı kitabını nəşr etdir-
mişdir. Əsərdə felin zamanlarının sayı olduğu kimi qal-
sa da, mürəkkəb formaların adlarında bəzi dəyişikliklər
edilmişdir. Mürəkkəb formalar uzaq keçmiş, qəti-gələ-
cəkli keçmiş, bitməmiş keçmiş, qeyri-qəti gələcəkli keç-
miş, davamlı keçmiş, felin vacib şəklinin keçmiş zaman
forması, lazım şəklinin keçmiş zaman forması, arzu şək-
linin keçmiş zaman forması, şərt şəklinin keçmiş zaman
forması adlandırılmışdır
2
.
1980-cı ildə nəşr olunmuş “Müasir Azərbaycan di-
li” dərsliyində felin keçmiş zaman formasının bölgüsü
maraq doğurur. Burada felin keçmiş zaman forması sa-
də və mürəkkəb olmaqla iki hissəyə ayrılır. Keçmiş za-
manın sadə formalarına şühudi və nəqli keçmiş, keçmiş
zamanın mürəkkəb formalarına isə uzaq keçmiş, qəti
gələcəkli keçmiş, qeyri-qəti gələcəkli keçmiş, bitməmiş
keçmiş, davamlı keçmiş formaları daxil edilir
3
.
N.K.Dmitriyev qumuq dilində keçmiş zamanın bu
formasını perfekt
4
, D.Q.Tumaşeva barabin tatarlarının
1
Гаджиева Т.А.(Эфендиева). Система форм прошедшего времени глагола в
современном азербайджанском литературном языке. АКД. М., 1958,
с. 8-19.
2
Əfəndiyeva T. Felin keçmiş zaman formaları. Bakı, 2005, s. 29-85.
3
Müasir Azərbaycan dili.II cild.Bakı,“Elm” nəşriyyatı,1980,s.322-336.
4
Дмитриев Н.К. Грамматика кумыкского языка. Строй тюркских
языков. Москва, ИВЛ, 1962, с. 309.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
37
dilində, V.İ.Rassadin tofalar dilində perfektli keçmiş
1
,
N.P. Dırenkova şor dilində keçmiş zaman II
2
adı altında
verir. V.A.Qordlevski türk dilində -mış şəkilçili formanı
subyektiv keçmiş zaman
3
adlandırır. E.R.Tenişev bu for-
manı sarı-uyğur dilində keçmiş zaman II
4
, salar dilində
nəticəli keçmiş
5
, İ.X.Uruspiyev qaraqalpaq dilində, F.Q.
İsxakov tuva dilində keçmiş zamanın bu formasını qey-
ri-müəyyən
6
, L.A.Pokrovskaya isə qaqauz dilində qeyri-
qeyri-məlum keçmiş zaman
7
forması adlandırır.
Göründüyü kimi, türk dillərində bu zaman forması
müxtəlif adlarla təqim olunur. Bunlardan qeyri-müəyyən
keçmiş və perfektli keçmiş daha çox üstünlük təşkil edir.
Azərbaycan dilçiliyində keçmişdə icra olunmuş
işin indiki zamanda, yaxud söz söylənən vaxtda nəticə-
sini bildirən bu forma nəqli keçmiş zaman adlandırılır.
1
Рассадин В.И.Морфология тофаларского языка в сравнительном
освещении.Москва, «Наука»,1978,с.210;Тумашева Д.Г.Язык сибир-
ских татар. Ч.II. Изд. Казанского Университета, 1968, с.62.
2
Дыренкова Н.П.Грамматика шорского языка.Москва,Изд.АН
СССР, 1941, c. 182.
3
Гордлевский В.А.Грамматика турецкого языка.(морфология и син-
таксис) Москва.1928, с. 104.
4
Тенишев Э.Р.Строй сарыг-югурского языка.Москва,1976,«Наука»,
с.93.
5
Тенишев Э.Р. Саларский язык. Москва, 1963, ИВЛ, с. 34.
6
Исхаков Ф.Г.,Пальмбах А.А.Грамматика тувинского языка. Фоне-
тика и морфология.Москва,ИВЛ,1961,с.369;Уруспиев И.Х.Категория
времени глагола в современном карачаево-балкарском языке.
//Вопросы категорий времени и наклонения глагола в тюркских язы-
ках.Баку,«Элм», 1968, с. 44.
7
Покровская Л.А.Грамматика гагаузского языка. Фонетика и
морфология. Москва, «Наука», 1964, с. 196.
Dostları ilə paylaş: |