Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
89
tiyatromda bir karışıklık
ünsürü olduğunu biliyorsunuz
(N.Hikmet,Her şeye rağmen);-Darılma ama, sen ihtiyar-
ladıkça tuhaflaşıyorsun; Evde oturmaktan sıkıldığı vakit
onu tertemiz
giydiriyorlar, açık bir arabaya bindirerek
hava almağa gönderiyorlar(R.N.Güntekin,Yaprak dökü-
mü); türkmən: -Ay, Annaqulu xan
gelyär, gelinler, qız-
lar, serediŋ, görüŋ(A.Durdıev, Saylanan eserler); - Ata,
yanki dor atam galdy gelin, indi başga bir ýyldam atly
yzymyzdan
koşyar(Göroglunuň döreýşi); qaqauz:-Neçin
aalээrsın,küsersin bana mı?– sordu Varaklı(D.Kara Ço-
ban, Unudulmaz yortu); -
Giderim,- dedim xızlı işlerimi
toplayarak.–Yırakta mı yaşээrlar?;
Büük umutlan bek-
leerim, kalın saalıcaklan!(N.Babaoqlu, Legendanın izi).
Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələ-
rində səsli ilə bitən fellərdə
-yor/-yör şəkilçisi də işlədi-
lir. Bu şəkilçilər onuncu hecasında dodaqlanan qapalı
u,
ü səsliləri olan fellərdədə işlədir. Məs.:
oxuyorsaŋ, oxu-
yorsuŋuz, üşüyör, üşüyörsüŋüz və s.
Həmin şəkliçilərə qərb qrupu dialekt və şivələrində
nisbətən az təsadüf edilir
1
.
Türk
dilinin Eskişehir, Trabzon, Trakya ağızların-
da ədəbi dil üçün xarakterik olan
-yor şəkilçisinin ixti-
sar olunmuş
-yo variantından istifadə olunur. Məs.:Garı-
sı da, benim evlenmem yakışmaz, amma senin evlen-
men yakışır.Ve herif gediyo birine dünür. Allahın em-
riynen gızını isdiyo.O da veriyo(A.Caferoğlu).
1
Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələri.I c.,Bakı,Azərb.SSR.
EA nəşri,1967, s.118.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
90
Türkmən dilinin Qaradaşlı dialektində felin indiki
zamanı
-ya/-ye,-ya:/-ye:, -yar/-yer, -ya:r/-ye:r, -yor/-yör
formalarına malikdir.
Bunlardan -ya/-ye, -yo/-yö aktiv
işlənir, digərlərinə isə fakultativ rastlanır
1
.
Müasir Azərbaycan, türk, qaqauz dillərində indiki
zamanın bir forması olduğu üçün
indiki zaman, türkmən
dilində isə indiki zamanın daha çox forması olduğundan
-yar, -yər şəkilçili əsas indiki zaman formasını
ümumi
indiki zaman adlandırırlar.
“-
yar/-yer ekinin sonundaki
r sesinin düşürülerek
ekin
–ya/-ye şeklinde kullanıldığı örnekler
de oldukça
yaygın kullanılmaktadır:Ayperi men saña
diyyen; Ag-
şam giç yatanıñ üçin kelleñ dağı
agırya mı?; Biz şe-
herde
yaşayas ”.
2
-Yar, -yər şəkilçisi ilə düzələn indiki zaman türkmən
dilində əsas zaman forması hesab olunur. F.Zeynalov bu
haqda yazır:“Türkmən dilində işlənən indiki zaman for-
ması ancaq bu dilə xasdır. Digər türk dillərinin heç bi-
rində bu şəkilçilərə rast gəlinmir”
3
.
Türkmən dilində indiki zaman formalarının sayının
müəyyənləşməsi məsələsində qrammatika kitablarında
fikir ayrılığına rast gəlirik. A.V.Starçevski indiki zaman
feli kimi
barayormen, barayorsin, barayor paradiqma-
1
Акмамедов М.Карадашлинский диалект туркменского языка. АКД.
Ашхабад,1975,с. 25
2
Türk Vahit. Türkçede Şimdiki Zaman Kavramı, Çekimlei ve Ekleri. //
Türk Dili
Araştırmaları Yıllığı Belleten 1996, Ankara, 1999, s. 315.
3
Zeynalov F. Türkologiyanın əsasları. Bakı, Maarif, 1981, s. 147.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
91
sını misal gətirir və onu qeyri-müəyyən indiki zaman
adlandırır
1
.
Müasir Azərbaycan dilində indiki zamanı əmələ
gətirən
-ır, -ir, -ur, -ür
şəkilçisi və qeyri-qəti gələcək za-
manı əmələ gətirən
-ar, -ər şəkilçisi müasir türk dilində
geniş zaman formasını yaratmağa ximət edir.
Ümumiyyətlə, Azərbaycan dilində indiki zamanı
əmələ gətirən
-ır, -ir, -ur, -ür
şəkilçisi Azərbaycan di-
lindən başqa bizə məlum olan bütün türk dillərində
qeyri-qəti gələcək zaman formasının morfoloji əlaməti
kimi çıxış edir. Əlbəttə, burada
qeyri-qəti gələcək za-
man termini şərti xarakter daşıyır. Çünki hər bir türk
dilində bu forma müxtəlif terminlərlə adlandırılır.
Türk dilinin dialektlərinə nəzər salsaq,
-yor şəkilçi-
sindən başqa indiki zaman formasının digər rəngarəng
variantlarına rast gəlmiş olarıq.
Azərbaycan ədəbi dilin-
dəki
-ır, -ir, -ur, -ür
indiki zaman şəkilçisi türk dilinin
dialektlərində indiki zaman şəkilçisi kimi geniş yayıl-
mışdır.
Van eli ve yörəsində
-i,-ir,-iri, Qaziantepe, Ma-
latya, Elazığ vilayeti şivələrində
-iy zaman şəkilçilərin-
dən istifadə olunur. Məsələn:
Mekdübün alam da sürem üzüme
Dünya malı görünmiy gözüme.
Gızım, her hal sana içgi içiriyler,
seni serhoş ediy-
ler; -Nere gidiysin? Oğlan da: -Gidem babamıŋ elini
öpem, soyna gelem,dedi; Anası hemen goşi siyah atın
1
Акмамедов М.Карадашлинский диалект туркменского языка.АКД. Ашха-
бад, 1975, с.31