Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
92
guyruğunnan bi gel alıp getiri; Bi gün patşah hanım
sultana diyir (A.Caferoğlu).
İndiki zaman Azərbaycan
dilinin dialekt və şivələ-
rində ən azı altı qrammatik formal əlamətə malikdir. İn-
diki zaman şəkilçilərinin və əmələgəlmə vasitələrinin
bu cür müxtəlifliyi Azərbaycan xalqının formalaşması-
nın tarixi qanunauyğunluqlarından, onun etnik tərkibin-
dən, Azərbaycan dilinin tarixindən irəli gəlir
1
.
Azərbaycan dilinin Şərur şivəsində indiki zaman
formasını əmələ gətirmək üçün
-ır
4
/-yır
4
şəkilçilərindən
istifadə olunsa da, Qarabağlar kəndində birinci şəxsin
tək və cəmində
-ıy, -iy, -y, ikinci şəxsin
tək və cəmində
-ı,-i şəkilçilərinin istifadəsi müşahidə olunur:
qavıyam,
gēyəm, baxıyux, qaçısan, dēsiz, tapısız və s
2
. Azərbay-
can dilinin Lerik rayonu şivələrində indiki zaman I şəx-
sin tək və cəmində
-iy//-ay, II və III şəxslərdə
-ey zaman
şəkilçilərindən
istifadə olunur; məs.:
gəliyəm//gəlayəm,
gəliyoğ, bileysən, bileysuz,biley,bileylər və s
3
-İ şəkilçisinin indiki zaman yerində işlənməsinə
Azərbaycan dilinin dialekt və şivələrində də rast gəlinir.
-I, -i, -u, -ü şəkilçisi şivələrimizdə indiki zamanı ifadə
etməklə bərabər, bəzən qeyri-qəti gələcək zaman yerin-
də də işlənir. T.Hacıyev
-ır/-ar, -ıy/-ay, -ıd/-ad şəkilçilə-
1
Рустамов Р.А.Формы настоящего времени в диалектах и говорах азербайджанского
языка.//Вопросы диалектологии тюркских языков.Т.IV.Баку,1966, с.35.
2
Имамкулиева К.Г.Шарурские говоры азербайджанского языка. АКД. Баку,
1991, с. 19
3
Binnətova G.Azərbaycan dilinin Lerik rayonu şivələri. Bakı, 2007,s.77
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
93
rinin eyni şəkilçinin sonrakı inkişaf
təzahürləri olduğu-
nu hesab edir
1
.
Türk ağızlarında müşahidə olunan
-ıy və
-iri şəkilçi-
ləri Cənubi Azərbaycan dialektlərində də istifadə olu-
nur.
Axısqa türklərinin dilində indiki zamanın, eyni za-
manda
-iyer şəkilçisi ilə düzəldiyi müşahidə olunur:
Pəncərədən
baxiyer, Almış məndil
toxiyer
2
. İndiki za-
manın bu morfoloji göstərici ilə ifadə olunmasına qa-
qauz dilinin dialektlərində də rast gəlirik.
Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələ-
rində
indiki zaman -er, -or, -ör şəklində özünü göstərir.
Bu forma Kars tərəkəmələrinin dilində də işlənir. Bun-
dan başqa, M.Ergin tərəkəmə və qarapapaq ağızlarında
da indiki zaman
-êr,-or,-ör şəklində müşahidə olundu-
ğunu vurğulayır
3
.
Maraqlıdır ki, bu şəkilçi bulqar qrupu türk dillərin-
dən olan başqırd ədəbi dilində də müşahidə olunur. La-
kin o bu dildə indiki zamanı deyil, gələcək zaman for-
masını əmələ gətirməyə xidmət edir.
Azərbaycan dilinin Quba dialektində indiki zaman
formasını əmələ gətirmək üçün
-adu, -ədü şəkilçisindən
istifadə edilir.Məs.:
aladu, gələdü və s
4
.
Görkəmli dialektoloq akademik M.Şirəliyev
-adu,-
ədü indiki zaman şəkilçisinin bütünlüklə Quba dialek-
1
Hacıyev T.İ.-dürür/-türür şəkilçisinin mənşəyinə dair.Türk dillərinin
tarixi morfo-
logiyasına dair araşdırmalar.Bakı, Universiteti 1990, s. 64.
2
Kazımov İ. Axısqa türklərinin dili. Bakı, 1999, s. 217.
3
Ergin M.Azeri Türkçesi. İstanbul,Edebiyat Fakültesi Basımevi,II baskı, 1981,s. 144
4
Rüstəmov R.Ə.Quba dialekti.Bakı,Azərb.SSR EA nəşriyyatı,1961,s.148
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
94
tində müşahidə olunduğunu qeyd etməklə yanaşı, həmin
şəkilçiyə eyni zamanda, səpələnmiş halda Bakı, Mərəzə,
Əli Bayramlı
*
rayonlarının bəzi kənd şivələrində rast
gəlindiyini də yazır
1
.
Bildiyimiz kimi, indiki zamanın bu forması qıp-
çaq, bulqar, uyğur-oğuz qrupu türk dilləri üçün xarakte-
rikdir.
Naxçıvan dialektinin Nehrəm kənd şivəsində indi-
ki zamanın II şəxs tək və cəmində bəzən
r səsinin düş-
düyü, inkarda
I şəxs tək və cəmində isə r səsinin assi-
milyasiya nəticəsində
n səsinə keçdiyi müşahidə olun-
muşdur.Bu xüsusiyyəti
(r>n) Nuxa dialektinin Baş Göy-
nük, Baş Layısqı, Aşağı Göynük
kənd şivələrində də
görə bilirik:
deyisən, deyisiz, gəlisən, gəlisiz, yeminəm,
yeminıx, yazmınam, yazmınıx
2
.
Müasir Azərbaycan ədəbi dilində indiki zamanın in-
karının ifadəsi ilə bağlı bir cəhəti də nəzərə çatdırmaq
istərdik.
Belə ki, felə inkar şəkilçisindən sonra zaman şəkilçi-
si artırıldıqda iki saitin yanaşı işlənməməsi üçün
-ma,
-mə şəkilçisinin saiti düşür.Məsələn:
getmirəm, getmir-
sən, getmir, getmirik, getmirsiniz, getmirlər və s.
- Bu sizin öz işinizdir.
Lakin bunun bir fayda verə
biləcəyinə
inanmıram(M.Qacar, Metroda terror); -Ay
dədə, neçə dəfə sənə demişəm, yenə yadında
qalmır
*
Əli Bayramlı şəhərinə 2008-ci ildən Milli Məclisin qərarı ilə “Şirvan” adı verilmişdir.
1
Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962,s.220.
2
Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962,
s.228.