Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə11/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   7   8   9   10   11   12   13   14   ...   140

__________________________________________ 

40

prezidentiyəm. Doğrudan, bəzən protokola tam əməl etməsəm 



də, yüz faiz uşaqların tərəfindəyəm.  

H e y d ə r  Ə l i y e v: Cənab prezident, dəyərli fikir lərinizə, 

təkliflərinizə görə  və Azərbaycanda görüləcək işlər barədə 

planlarınıza görə təşəkkür edirəm. 

İnsan cəmiyyətində  uşaqlara qayğı  hər bir vətəndaşın 

müqəddəs borcudur. Biz öz müstəqil ölkəmizdə bu prinsipi əsas 

tutaraq imkan dairəsində  uşaqlara qayğını artırır, xüsusən 

kimsəsiz uşaqlar haqqında çox düşünürük və onların həm 

yaşayış, həm də təhsil şəraitini lazımi səviyyəyə çatdırmaq üçün 

tədbirlərimizi görürük. Sizin təşkilatınız isə  cəmiyyətin bu 

problemi barəsində dünyada, demək olar, gözəl nümunələr 

göstərir. 50 il müddətində siz çox işlər görmüsünüz. Bu işlər - 

xeyirxah işlər, uşaqlara qayğı heç vaxt unudulmaz. Sizin 

təşkilatınız özünə elə bir böyük heykəl qoyubdur ki, o, əbədi 

yaşayacaqdır. Buna görə sizin təşkilatla yaxından tanış olmağı 

özüm üçün böyük xoşbəxtlik hesab edirəm. Sizin təşkilata 

bundan sonra da böyük-böyük uğurlar arzulayıram. 

Azərbaycanda görüləcək işlər haqqında verdiyiniz 

məlumatdan məmnunluğumu bildirirəm. Bu, şəxsən mənim 

ürəyimdən xəbər verən fikir  və təklifdir. Bəlkə də indiyə qədər 

bütün beynəlxalq təşkilatlardan aldığım təkliflərdən daha da çox 

sizin təklifinizi qiymətləndirirəm. Ona görə  də burada sizin 

planlarınızın yerinə yetirilməsini mən  şəxsən öz nəzarətimə 

götürəcəyəm. Siz dediniz ki, bu işə dünən başlamaq istəyirdiniz, 

olmadı, sabah başlayacaqsınız. Mən də bunu öz dəftərimə 

yazıram və hər gün nəzarət edəcəyəm ki, bu işlər necə başlandı 

və necə gedir. Sizin böyük təcrübəniz var, çox ölkələrdə 

olmusunuz, oradakı  şəraiti görmüsünüz. Bizim ölkəmizdə bu 

məsələyə, sizin təşəbbüsünüzə və görəcəyiniz işə o qədər yüksək 

qayğı  və münasibət göstəriləcək ki, bəlkə özünüz də 

düşünəcəksiniz ki, Azərbaycana niyə gec gəlmisiniz. 

  

  



__________________________________________ 

41

Siz gözəl sözlər dediniz ki, hər bir uşağa ata-ana, bacı-qardaş, 



ev vermək istəyirsiniz. Bundan gözəl nə ola bilər! Bizim buna 

olduqca çox ehtiyacımız var. Çünki bilirsiniz ki, Azərbaycan 

1988-ci ildən qonşu Ermənistan Respublikası ilə hərbi münaqişə 

şəraitindədir. Müharibə gedib, döyüşlər olub, qan tökülübdür. 

Çox uşaqlar yetim – ata-anasız, kimsəsiz qalıblar. Hətta 

müharibə zamanı xəsarət alan, əlil olan uşaqlar da var. Ona görə, 

yenə də deyirəm, bizim ölkəmizin bu qayğıya daha çox ehtiyacı 

var. 


Mənə dedilər və çox məmnunam ki, siz bizim nümayəndə-

lərimizlə birlikdə  uşaq  şəhərciyinin yerini müəyyən etmisiniz. 

Əgər o yer sizə münasibdirsə, hesab edin ki, oranı sizə verdik və 

dayanmadan işə başlayın. Biz sizinlə həmişə bir yerdə olacağıq, 

bütün işlərdə bərabər olacağıq. Siz deyirsiniz ki, uşaqlara baxan 

tapmaq lazımdır. Nəinki o da olacaq, bütün başqa işləri də bir 

yerdə edəcəyik. Mən buna öz xeyir-duamı verirəm və 

məmnunam ki, mənim qızım bu təşkilatın burada yaratdığı 

fonda başçılıq edir. Hesab edirəm ki, bu amilin özü də burada 

işlərin müvəffəqiyyətlə getməsinə kömək edəcəkdir. Sizə bir 

daha təşəkkür edirəm. 

H e l m u t  K u t i n: Çox sağ olun, cənab prezident! 

Uşaqların adından Sizə minnətdarlığımı bildirirəm. Çox 

xoşbəxtik ki, Sizinlə görüşdük, xeyir-duanızı aldıq.  İndi 

özümüzü tam rahat hiss edirik. Bir halda ki, Sizdən «irəli!» 

komandası almışıq, bizə heç bir kağız, heç bir sənəd lazım 

deyildir. Dünya uşaqları adından Sizə minnətdarıq. Azərbaycana 

gec də gəlsək, - Siz bunu bizə irad tutdunuz, - icazənizlə, buna 

bir ingilis atalar sözü ilə cavab verim: heç gəlməməkdənsə, gec 

gəlmək daha yaxşıdır. Ona görə də elə bu gündən etiləarən biz 

oz işimizə başlayırıq. 



H e y d ə r  Ə l i y e v: Çox gözəl, uğurlar olsun! 

   


 

  



__________________________________________ 

42

 



 

 

AZƏRBAYCAN RESPUBLİKASININ  



MƏTBUAT İŞÇİLƏRİNƏ 

 

Hörmətli mətbuat işçiləri! 



Sizi əlamətdar bayramınız – Milli mətbuat günü münasibətilə 

ürəkdən təbrik edir və hər birinizə səmimi arzularımı yetirirəm. 

Azərbaycan mətbuatı  zəngin və  şərəfli tarixi boyu həmişə 

böyük ictimai idealiarın carçısı olmuş, xalqımızın azadlıq 

istəyinin, müstəqillik amalının güclənməsində, mənəvi 

tərəqqisində, yüksək 

əxlaqi dəyərlərinin qorunub 

saxlanılmasında və daha da inkişaf etdirilməsində müstəsna 

xidmətlər göstərmişdir. 

Respublikamız dövlət müstəqilliyi qazandıqdan sonra milli 

və  bəşəri dəyərlərdən bəhrələnən mətbuatımız özünün ali 

məqsədlərini həyata keçirmək üçün daha geniş imkanlar əldə 

etmişdir. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu 

yolu seçmiş Azərbaycan Respublikasında mətbuat, söz və fikir  

azadlığının qorunmasına, siyasi plüralizmə dönmədən  əməl 

olunur. 


Hazırda Azərbaycanda güclü kütləvi informasiya sistemi 

yaradılmışdır. Azad surətdə fəaliyyət göstərən yüzlərlə mətbuat 

orqanı, agentliklər, teleradio şirkətləri cəmiyyətimizin çoxşaxəli 

və etibarlı media şəbəkəsini təşkil edir. Yaşadığımız informasiya 

əsrində ölkəmizdə  mətbuat vasitələrinin maneəsiz fəaliyyəti, 

dünya təcrübəsi ilə  zənginləşməsi, xüsusilə  də onların maddi-

texniki vəziyyətinin yaxşılaşdırılması, jurnalistlərin peşə 

səviyyəsinin yüksəldilməsi, hüquqlarının qorunması üçün bütün 

zəruri tədbirlər görülür. 

Mətbuat demokratiyanı  dərinləşdirən, siyasi inkişafa təkan 

verən qüdrətli vasitədir. Bu gün əsas vəzifə onun geniş imkan- 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə