Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə19/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   15   16   17   18   19   20   21   22   ...   140

__________________________________________ 

68

ləşirdim, - siz iki saat yarım səhnədən çıxmadınız, iki saat yarım 



daim oxudunuz. Gör bu nə qədər böyük əməkdir! Özü də əvvəl 

oxumağa necə başladınız, sonda da elə bitirdiniz. Siz özünüz 

gördünüz ki, salondakılar sizi necə hərarətlə qarşılayırdılar, sizi 

necə sevinclə dinləyirdilər. 

Bəzən bizim böyük konsertlərimiz olur - bir saat otuz dəqiqə, 

bir saat iyirmi dəqiqə. Orada müxtəlif nömrələr göstərirlər. 

Amma bir saat iyirmi dəqiqədən sonra adamı yorur. Sizi isə iki 

saat yarım dinləyəndən sonra mən şəxsən yorulmadım. Əksinə, 

daha da ruhlandım, daha da çox enerji aldım. Güman edirəm, 

salondakıların hamısı belə idi. 

Sizin konsertiniz qurtarandan sonra biz dərhal görüşdük. Mən 

gördüm ki, siz bir az yorulmusunuz. Ancaq siz gördünüz ki, mən 

yorulmamışam. Nə üçün? Sizin musiqiniz o qədər gözəl ruh 

veribdir. Bunlara görə sizə təşəkkür edirəm və sizin dünənki çox 

gözəl konsertinizi, çıxışınızı ürəkdən təbrik edirəm. 

Mən məmnunam ki, siz bugünkü Azərbaycanı, Bakını da 

müəyyən qədər görə biləcəksiniz, ya görürsünüz. Biz öz 

vətənimizi çox sevirik. Hesab edirik ki, Bakı dünyanın ən gözəl 

şəhərlərindən biridir və xüsusən indi, Azərbaycan dövlət 

müstəqilliyi əldə edəndən sonra, azad, sərbəst olandan sonra biz 

özümüzün sahibiyik. Belə olan halda, əlbəttə ki, bizdə indi 

bütün iqtisadi, siyasi sistem dəyişildiyi halda Bakı çox yaxşı 

inkişaf edir. 

Siz dünən doğru buyurdunuz ki, Azərbaycanın bir müstəqil 

ölkə kimi çox böyük gələcəyi vardır. Bu həqiqətdir. Biz bunu 

bilirik. Amma sizin də bu ifadəni işlətməyiniz sizin nə  qədər 

dərin mənaya malik, müdrik adam olduğunuzu göstərir. Mən 

çox arzu edərdim ki, siz Azərbaycanı daha da yaxşı tanıyasınız. 

Dünən səhnədən Azərbaycan xalqı haqqında dəyərli sözlər 

dediniz və sizə bildirə bilərəm ki, sizin o sözləriniz də həqiqətə 

uyğundur. 

 

 



 


__________________________________________ 

69

Mən sizi bir də təbrik edirəm və bir daha sizinlə görüşüb tanış 



olmağımdan sevinc hissi duyuram. 

X u l i o  İ q l e s i a s: Çox sağ olun, cənab prezident. 

Mənim Sizə deyiləcək bir neçə sözüm vardır. Həmişə  mənim 

ürəyimdə  və beynimdə olubdur ki, bu ölkəyə  səfər edim. Mən 

bundan sonra öz həmkarlarıma, biznesdə olan dostlarımın 

hamısına deyəcəyəm ki, Azərbaycana səfər etmək çox maraqlı 

və çox gözəldir. Azərbaycanın həm xalqı, həm də prezidenti çox 

gözəldirlər. 

Siyasətçi olmayıb müğənni olmağım heç də o demək deyil ki, 

mən insanlar barədə düşünmürəm.  Əlbəttə ki, mən qaçqınların 

düşdüyü vəziyyəti, onların əzab-əziyyətlərini, onların günbəgün 

yaşadığı  çətinlikləri dərindən duyuram. Ümidimi itirmirəm ki, 

onlar çox tezliklə evlərinə qayıdacaqlar. Mən uşaqların 

sifətlərinə diqqətlə baxdım, hamının sifətini gördüm. Onların 

sifətlərində yalnız bir şey yazılmışdı: onlar o ümiddədirlər ki

tezliklə evlərinə qayıdacaqlar. Hara gedirəmsə-gedim, bu haqda 

hamıya deyəcəyəm. Çünki bu ölkədə oldum, bu ölkəni sevdim, 

bu ölkənin xalqını bəyəndim. Çox şadam ki, buraya gəldim. Çox 

şadam ki, cənab prezident, Sizinlə tanış oldum. 

Cənab prezident, Sizə, bu ölkəyə, bu ölkənin 

qonaqpərvərliyinə minnətdaram. Sizin gözəl, hər  şeyi görə 

biləcək gözləriniz vardır. 

H e y d ə r  Ə l i y e v: Siz bunu dünən də  mənə  dərhal 

dediniz. Mən özüm heç o qədər də  təsəvvür edə bilmirəm ki, 

nıənim siz dediyiniz kimi gözlərim vardır. Gözlərim itidir, ancaq 

gözəlliyini deyə bilmərəm. 



X u l i o  İ q l e s i a s: Cənab prezident, bilirsinizmi, əgər 

Prezidentin gözləri gözəl olmasa, onun üçün çox çətin olar. 

İnsanlar həmişə insanı gözündən oxuyurlar. 

Cənab prezident, mən də Sizi təbrik edirəm. Çox sağ olun ki, 

məni dəvət etdiniz. Bütün adamlara – nazirlərə, 

   


 

  



__________________________________________ 

70

mənim konsertlərimə  gələn  şəxslərin hamısına ayrı-ayrılıqda 



minnətdarlığımı bildirmək istəyirəm. Həqiqətən, Azərbaycana 

valeh oldum və insanların hamısını sevdim, onların gözlərini 

bəyəndim. Cənab prezident, ilk növbədə Sizin gözlərinizi 

bəyəndim. 



H e y d ə r  Ə l i y e v: Çox sağ olun, təşəkkür edirəm. 


__________________________________________ 

71

 



 

 

GÖRKƏMLİ MÜĞƏNNİLƏR - XALQ ARTİSTLƏRİ 



MÜSLÜM MAQOMAYEV VƏ ONUN XANIMI  

TAMARA SİNYAVSKAYA İLƏ  

GÖRÜŞDƏKİ SÖHBƏT 

 

Prezident sarayı 



 

27 iyul 1999-cu il 

 

H e y d ə r  Ə l i y e v: Siz çox gözəl təsir bağışlayırsınız. 

Konsertdə çox yaxşı oxudunuz, mən çox şadam.  Şadam ki, siz 

yaxşı formadasınız, yaxşı oxuyursunuz və öz işinizi davam 

etdirirsiniz. 

M ü s l ü m  M a q o m a y e v: Biz konsertə xüsusi olaraq 

gəlmişdik ki, Heydər Əliyeviçi təbrik edək. Qəflətən, hazırlıqsız 

gəlmişdik və məşq etmədən necə oxuyacağımız barədə həyəcan 

keçirirdik. 



H e y d ə r  Ə l i y e v: Nahaq yerə. Siz bu orkestrlə birinci 

dəfə deyil ki, oxuyursunuz, ona görə də hesab etmirəm ki, sizdə 

nə isə alınmaya bilərdi. Siz çox gözəl oxudunuz. Siz bilirsiniz, 

bu mahnı hamının çox xoşuna gəlir, xüsusilə də mənim. Mahnı 

həmin gün lap yerinə düşmüşdü. 

M ü s l ü m   M a q o m a y e v: Heydər Əliyeviç, kitaba 

görə çox sağ olun. Mən təkid etdim ki, Svyatoslav Belzanın 

haqqında yazdığı ön sözə  mənim də sözlərim düşsün. Orada 

mən respublikamıza münasibətimdən, respublikamızın, 

Azərbaycan prezidentinin məni indi də, Rusiyanın «Vaqrius» 

firması  tərəfindən bu kitab buraxılarkən də  dəstəklədiklərini, 

onun yaxşı kağızda nəşrinə kömək etdiklərini söyləmişəm. 

Nazirlər onu mənim ad günümə buraxmağa vəd etmişlər. Siz 

 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə