__________________________________________
56
1997-ci ilin sonunda və 1998-ci ilin əvvəlində biz bu
problemin həll olunmasına artıq yaxınlaşırdıq. Prezident cənab
Jak Şirak da bu barədə çox gərgin fəaliyyət göstərirdi.
Görüşlərdən başqa mən onunla telefon əlaqələri də saxlayırdım.
I Ancaq yaranmış vəziyyət sonra pozuldu, Ermənistanda
hakimiyyət dəyişikliyi baş verdi. Beləliklə, biz yenidən
danışıqlar I aparıb yenidən nəyəsə nail olmağa çalışıııq.
Mən aprel ayında Vaşinqtonda prezident cənab Jak Şirakla
görüşdüm və bu barədə danışıqlar apardım, ona bir daha
müraciət etdim ki, bu məsələnin həll olunmasına daha da çox
diqqət yetirsin və yardım etsin. Aprel ayında Vaşinqtonda və bu
yaxın günlərdə Cenevrədə Ermənistan prezidenti Robert
Koçaryanla mənim təkbətək görüşlərim də məhz bu məqsədi
daşıyır. Bu görüşlər müəyyən ümidlər verir, ancaq biz hələ çox
iş görməliyik. Güman edirəm ki, bu görüşlər davam
etdirilməlidir, - biz prezident Koçaryanla belə fıkrə gəlmişik.
Şübhəsiz, gərək hər iki tərəfdən səylər qoyulsun ki, biz
həqiqətən məsələni həll edə bilək və Qafqazda, Cənubi
Qafqazda Ermənistanla Azərbaycan arasında həqiqi sülh
yaradaq. Biz bu səylərimizi davam etdirəcəyik və hesab edirəm
ki, Ermənistanla Azərbaycan arasında sülh yaranandan sonra,
Azərbaycanın ərazi bütövlüyü təmin olunandan sonra, şübhəsiz
ki, Cənubi Qafqazda iqtisadi əlaqələri tamamilə genişləndirmək
və yaxşı inkişaf etdirmək olar. Bu da hərbir Cənubi Qafqaz
ölkəsi üçün çox faydalı olar. Mən buna inanıram və şübhə
etmirəm ki, vaxt gələcək, Cənubi Qafqaz ölkələri Avropanın
Şərqdə böyük bir hissəsi kimi Avropa dəyərlərini özündə tətbiq
edərək Avropanın ayrılmaz bir hissəsi kimi yaşayacaqlar. Sizə
təşəkkür edirəm.
K r i s t i a n P o n s e l e: Cənab prezident, mən də öz
növbəmdə, bizə ünvanladığınız bu ümidverici sözlərinizə görə
Sizə təşəkkür edirəm. Cənab prczident, mən əminəm ki, Sizin bu
müdrik və cəsarətli fəaliyyətiniz nəticəsində bu regionun
__________________________________________
57
ölkələri də gün problemlərini və münaqişələrini həll edib Sizin
dediyiniz səviyyəyə gəlib çatacaqlar. Əgər hər hansı bir
fəaliyyətə başlayanda iradə və məsuliyyət hiss edilərsə, bilirəm
ki, onda məsələnin həllinə, onun sonuna gəlib çatmaq hərnişə
mümkün olur.
Cənab prezident, mən belə başa düşürəm ki, dövlətlər
arasında birlikdə müəyyən bir layihə irəli sürülərsə, - tutaq ki,
kommunikasiya, ərazi problemi ilə bağlı, - yəni hər hansı
müqavilənin irəli sürülüb həyata keçirilməsi birlikdə, hamı
tərəfindən qəbul edilirsə, onda dünya ictimaiyyətinin də buna
diqqəti artar, dünya bankları - Avropa Yenidənqurma və İnkişaf
Bankı, Dünya Bankı da bundan yan keçməz. Bu işin özü də
qarşıya qoyduğumuz məqsədimizə çatmağımıza, yəni Sizin
burada sülh və əmin-amanlıq təmin etmək məqsədinizə çox
kömək olar. Siz indicə dediniz ki, ölkənizin qanuni istəyi, arzusu
Avropa Şurasına daxil olmaqdır. Keçən illərdə olduğu kimi,
Fransa bu işdə də Sizin həqiqi vəkiliniz olacaq və tezliklə
Avropa Şurasına qəbul edilməyinizə öz dəstəyini verəcəkdir.
Əlbəttə, indiyə qədər etdiyiniz - Siz bu haqda danışdmız - və
bundan sonra edəcəkləriniz Avropa Şurasına daxil olmağınız
üçün doğrudan da Sizə tutarlı dəlillər verir. Bu tutarlı dəlillərzin
əlinizdə var və bu yolda Fransa, onun prezidenti, bütün
qurumları Sizi dəstəkləyəcək və Avropa Şurasına daxil
olmağınıza köməyini göstərəcəkdir.
Cənab prezident, bu görüşə, bizə göstərdiyiniz diqqət və
qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Demək istəyirəm
kı, bundan sonra hamımız bir məqsədə, bir arzuya çatmaq uçün
çalışarıqsa və bu arzunun da əsas mahiyyəti insanın istər erməni,
istər gürcü, istərsə də fransız, yaxud belçıkalı olsun, mahiyyətcə
mənası yoxdur - yaşayış, - yaşayış şəraitinin yaxşılaşdırılması
olarsa, qarşımızda belə məsuliyyət durarsa, biz buna çatarıqsa,
onda gələcək nəsillərə gözəl miras
__________________________________________
58
qoyarıq. Əlbəttə, elə miras ki, onlar bundan çox gözəl və
məharətlə istifadə edərlər.
Cənab prezident, nitqimin sonunda sadəcə bir söz demək
istəyirəm: Sizinlə söhbətlərimizdə nə ediriksə, inanın ki, hər şeyi
ürəkdən edirik, bunlar bizim ürəyimizdən gəlir. Sizə bir daha
«çox sağ olun, minnətdaram» deyirəm.
H e y d ə r Ə l i y e v: Təşəkkür edirəm, cənab prezident,
Sizin təklifiniz ki Azərbaycan, Gürcüstan, Ermənistan
parlamentlərinin sədrləri Fransada, Parisdə görüşsünlər - mən
bununla razıyam. Sizi bir daha əmin edirəm ki, biz Ermənistanla
Azərbaycan arasında sülh yaratmağa çalışacağıq, Cənubi
Qafqazda əmin-amanlıq yaratmağa çalışacağıq. Bu işləri görmək
üçün Fransaya çox böyük ehtiyacımız var. Əminəm ki, - burada
dəfələrlə dediyiniz kimi, - Fransa bu işlərdə həmişə bizimlə
bərabər olacaq, bizim yanımızda olacaqdır. Xahiş edirəm
mənim hörmətimi, ehtiramımı, salamlarımı prezident Jak Şiraka
çatdırasınız. Xahiş edirəm mənim salamlarımı, hörmət
ehtiramımı Fransanın Senatına, parlamentinə çatdırasınız. Bir
daha təşəkkür edirəm.
K r i s t i a n P o n s e l e: Cənab prezident, belə bir qayda
var ki, bütün hədiyyələr insanlar arasında dostluq hisslərini
artırır. Mən də bizə göstərdiyiniz qayğı, diqqət üçün Sizə kiçik
bir hədiyyə vermək istəyirəm. Bunu Fransa zavodlarının birində
əl ilə hazırlayıblar. Bu, Mariya Antuanettanın dövrünə aid, onun
istifadə etdiyi servizlərdən birinin reproduksiyasıdır. Bunu qəbul
etməyinizdən çox xoşbəxt olardım. Bununla Sizə öz hörmət və
məhəbbətimi bildirmək istəyirəm.
H e y d ə r Ə l i y e v: Hədiyyəyə görə təşəkkür edirəm. Sağ
olun.
Dostları ilə paylaş: |