__________________________________________
64
Siz otuz iki il bundan öncə də çox populyar olmusunuz və bu
gün də populyarsınız. Gördünüz, insanlar sizi necə qarşılayırlar?
X u l i o İ q l e s i a s: Boğazım bir qədər tutulmuşdu, ona
görə də bir az narahat idim. Lakin Sizin ölkənizin xalqının,
insanların münasibəti mənə ruh verdi və oxumağa başladım.
H e y d ə r Ə l i y e v: Mən hiss etmədim ki, sizin boğazınız
tutulubdur. Mən sizin səsinizi şəxsən yox, lent yazıları vasitəsilə
iyirmi il bundan öncə də eşitmişəm. Amma indi heç bir
dəyişiklik görmədim. Bu həqiqətdir. Mənim qızım 70-ci illərdən
sizin səsinizə valeh olubdur. Bir mənim qızım deyil, gördünüz
ki, salonda oturanların hamısı.
X u l i o İ q l e s i a s: Çox şadam ki, dünən imkanım oldu,
Sizin qızınızın musiqisinə qulaq asdım. Onun müsiqisindən çox
xoşum gəldi. Artıq bununla bəlkə də biznes eləmək olar.
H e y d ə r Ə l i y e v: O, heç vaxt biznes məqsədi
daşımayib. Sadəcə, ürəyindən gələn mahnıları yazıbdır.
X u l i o İ q l e s i a s: Hər halda çox gözəl mahnılardır.
H e y d ə r Ə l i y e v: Çox məmnunam. Onun mahnılarına
verdiyiniz qiymət, əlbəttə ki, çox yüksək qiymətdir.
X u l i o İ q l e s i a s: Böyük musiqidir və həqiqətən şirin
musiqidir.
__________________________________________
65
ŞƏKİ ŞƏHƏRİ, GƏRAY ƏSƏDOV KÜÇƏSİ, ev 24
MƏZAHİR VEYSƏL OĞLU MUSTAFAYEVƏ
Hörmətli Məzahir Mustafayev!
Sizin böyük zəhmət və ustalıqla yaratdığınız əl işini –
«Mücrü kitabə»ni aldım. Bu sənət əsərindən göründüyü kimi,
sizin müstəqil Azərbaycan dövlətinə və şəxsən mənə böyük
hörmət və məhəbbətiniz vardır. Biləndə ki, siz həkimsiniz,
peşəniz insanlara şəfa verməkdir, belə gözəl əl qabiliyyətiniz
məni heyrətə gətirdi.
Xalqımızın mədəniyyət tarixində Şəki sənətçilərinin həmişə
öz dəst-xətti olmuşdur. Yaratdığınız əsərlə siz bir daha
göstərdiniz ki, şəkililər bu gözəl ənənəni qoruyub saxlamış və
bu gün də davam etdirməkdədirlər.
Təbiidir ki, mən həmin hədiyyəni bütün Şəki camaatının
töhfəsi kimi qəbul edir və sizə öz təşəkkürümü bildirirəm.
İnanıram ki, böyük həssaslıqla, yüksək humanist düşüncə ilə
yaratdığınız və mənə həsr etdiyiniz «Mücrü kitabə» tariximizin
mühüm bir dönümünü əks etdirən sənət nümunəsi kimi
xalqımızın və mənim yaddaşımda daim yaşayacaqdır.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyul 1999-cu il
__________________________________________
66
MƏŞHUR İSPANİYA MÜĞƏNNİSİ
XULİO İQLESİAS İLƏ
GÖRÜŞDƏKİ SÖHBƏT
Prezident sarayı
25iyul l999-cu il
H e y d ə r Ə l i y e v: Hörmətli cənab Xulio İqlesias!
Hörmətli qonaqlar!
Mən sizi Azərbaycanda bir daha səmimi-qəlbdən
salamlayıram. Mən çox məmnunam ki, siz – dünyanın ən böyük
ulduzlarından biri, nəhayət, Azərbaycana da gəlmisiniz və
burada Azərbaycanın musiqisevərləri ilə görüşmüsünüz.
Allah sizə çox gözəl səs veribdir və çox gözəl istedad
veribdir. Gözəl səsinizlə, gözəl istedadınızla siz həqiqətən,
dünyanın ən məşhur, ən sevimli, ən gözəl müğənnilərindən biri
olmusunuz. Bunu dünyanın hər yerində bilirbr. O cümlədən
Azərbaycanda da bilirlər və sizin sənətinizi çox yüksək
qiymətləndirirlər. Ona görə də sizin Azərbaycana ziyarətiniz,
Azərbaycan musiqisevərlərinə sevinc gətirməyiniz və
Azərbaycanla tanış olmağınız bizim üçün çox əhəmiyyətlidir.
Mən xüsusən onu qeyd etmək istəyirəm ki, siz ölkəmizə
gələn kimi ilk növbədə, Azərbaycanın ağır vəziyyətdə yaşayan
insanları ilə, yəni Ermənistan-Azərbaycan münaqişəsi
nəticəsində doğma yurdlarından zorla çıxarılıb indi çadırlarda
yaşayan insanlarla görüşə getdiniz. Bu onu göstərir ki, siz nəinki
böyük sənətkar, müğənni, musiqiçi, eyni zamanda böyük ictimai
xadimsiniz və dünyada hər bir ölkədə
__________________________________________
67
olan ictimai, siyasi, sosial məsələlər də sizi maraqlandırır. Bu,
məni çox sevindirir.
Mən şəxsən sizi neçə illərdir ki, tanıyıram. Eləcə də, demək
olar ki, dünyanın insanlarının çoxu sizi sənətinizə görə tanıyır.
Ancaq sizin bir şəxsiyyət kimi bu qədər çoxşaxəli bir insan
olduğunuzu mən burada öz gözlərimlə gördüm.
Siz dünən mənə dediniz ki, 32 ildir oxuyursunuz. 32 ildir
böyük zəhmətlər çəkirsiniz. Mən şəxsən, ümumiyyətlə,
incəsənət aləminin insanları ilə, musiqi, teatr sənətkarları ilə
həmişə çox maraqlanmışam və onların çoxunun həyatı ilə
tanışam. Yaxşı bilirəm ki, səhnədə öz sənətini axşam bir-iki-üç
saat nümayiş etdirən sənətkar, demək olar ki, bir gecədə on
günlük iş görür. İnsanların çoxu teatra, konsertə gəlir,
müğənnini dinləyir, zövq alır. Elə bilir ki, asan bir şeydir: gəldi,
səhnəyə çıxdı, oxudu və bununla da iş qurtardı. Ancaq şəxsən
mən bilirəm, - bir dəfə səhnəyə çıxmaq üçün ən böyük artist, ən
böyük müğənni, ən böyük sənətkar nə qədər hazırlaşır, nə qədər
gərgin saatlar keçirir və öz sənətini nümayiş etdirir.
Ona görə də, mənim fikrimcə, sizin müğənniliyinizin 32 illik
tarixini ikiyə, üçə vurmaq lazımdır. Yəni, ola bilər, 64 il olsun,
yaxud daha çox olsun.
Bir şey də çox qəribədir və çox da sevindiricidir ki, siz 32 il
oxuyaraq, - özü də məlumdur ki, siz o müğənnilərdən deyilsiniz
ki, ayda bir dəfə, iki dəfə oxuyasınız. Məsələn, opera
müğənniləri vardır, ayda onların iki-üç çıxışı olur və ondan
sonra istirahət edirlər. Amma siz daim oxuyursunuz, - 32 il
oxuyaraq səsinizi bu qədər gözəl saxlamısınız və səhhətinizi bu
qədər gözəl saxlamısınız. Mən buna görə sizə çox heyranam və
sizi həyatınız boyu əldə etdiyiniz nailiyyətlər münasibətilə
ürəkdən təbrik edirəm.
Sizin dünən Azərbaycan tamaşaçılarına verdiyiniz konsert ən
yüksək qiymətə layiqdir. Mən salonda oturmuşdum, fikir -
Dostları ilə paylaş: |