Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə17/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   13   14   15   16   17   18   19   20   ...   140

__________________________________________ 

59

 



 

 

MİSİR ƏRƏB RESPUBLİKASININ  



MİLLİ BAYRAMI – İYUL İNQİLABININ  

47-ci İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ  

MİSİRİN AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN  

TƏŞKİL ETDİYİ RƏSMİ QƏBULDA NİTQ 

 

Bakı, «Avropa» mehmanxanası 



 

23 iyul 1999-cu il 

 

Hörmətli cənab səfir! 



Hörmətli xanımlar və cənablar! 

Mən sizi Misir xalqının milli bayramı – Misir inqilabının 47-

ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm və Misir 

xalqına gələcəkdə uğurlar arzulayıram. 

Misir-Azərbaycan  əlaqələri qədim tarixə malikdir. Ancaq 

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra bu əlaqələr 

dövlətlərarası  əlaqələrə çevrililədir və Misir ilə Azərbaycan 

arasında dostluq və  əməkdaşlıq yaranıbdır. Qısa bir zamanda - 

bir neçə il ərzində Misir ilə Azərbaycan arasında siyasi sahədə, 

mədəniyyət sahəsində  əlaqələr genişlənib və iqtisadi sahədə 

müəyyən əlaqələr yaranıb, onlar da inkişaf edir. 

Misir Azərbaycan üçün dost, qardaş ölkədir. Misir dünyada 

özünəməxsus yer tutub, Afrika qitəsində,  ərəb aləmində böyük 

təsirə malikdir və bir çox beynəlxalq problemlərin həll 

olunmasında aparıcı rol oynayır. Azərbaycan xalqı Misirin 

Qədim, zəngin mədəniyyətinə, zəngin tarixinə böyük hörmət və 

ehtiram bəsləyir. Bizim üçün bugünkü Misir-Azərbaycan 

əlaqələri çox əzizdir. Biz Misir Ərəb Respublikası ilə beynəlxalq 

təşkilatlarda sıx əməkdaşlıq edirik və böyük məmnu- 

 

  




__________________________________________ 

60

niyyətlə deyə bilərəm ki, Birləşmiş Millətlər Təşkilatında İslam 



Konfransı  Təşkilatında və başqa beynəlxalq təşkilatlarda Misir 

Azərbaycanın haqq işini həmişə müdafiə edibdir, Ermənistanın 

Azərbaycana təcavüzünü pisləyibdir və Azərbaycanın  ərazi 

bütövlüyünü daim dəstəkbyibdir. Misirin belə bir mövqeyini biz 

yüksək qiymətləndiririk və əmin olduğurnu bildirmək istəyirəm 

ki, Misirlə  əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və 

genişlənəcəkdir, həm Misir, həm də Azərbaycan xalqları bundan 

bəhrələnəcəkdir. 

Son illər Misirdə aparılan islahatlar şübhəsiz ki, bizdə böyük 

maraq və  məmnuniyyət hissi doğurur. Bunların hamısı da 

Misirin inkişafını  təmin edibdir. Biz qardaş ölkə kimi buna 

sevinirik. 

Misir Yaxın  Şərqdə sülhün, əmin-amanlığın  əsasını qoyan 

ölkələrdən biridir. Misir xalqının daxili siyasətdə  və iqtisadi 

sahədə nailiyyətləri bizi sevindirir və mən bu münasibətlə Misir 

xalqını təbrik edirəm. 

Misir xalqının böyük nailiyyətlərinin səbəblərindən biri də bu 

ölkəyə ərəb xalqının, Misir xalqının çox görkəmli oğlu prezident 

Hüsni Mübarəkin uzun illər başçılıq etməsidir. Cənab Hüsni 

Mübarək öz gərgin fəaliyyəti ilə, beynəlxalq aləmdə gördüyü 

işlərlə dünyada hörmət qazanıb və xüsusi ərəb dünyasında, 

Afrika qitəsində böyük hörmətə malikdir. Böyük 

məmnuniyyətlə qeyd edirəm ki, prezident cənab Hüsni Mübarək 

ilə  mənim aramda dostluq əlaqələri yaranıb və bu dostluq 

əlaqələri də inkişaf edir, Misir ilə Azərbaycanın əməkdaşlığının 

inkişafına, genişlənməsinə yardım edir. 

Bu bayram günü Azərbaycan xalqının, Azərbaycan dövlətinin 

təbrikini, salamlarmı və ən xoş arzularmı Misir xalqına və Misir 

prezidenti Hüsni Mübarəkə göndərirəm. 

Misirin Azərbaycandakı  səfirliyi ölkəmizin dövlət orqanları 

ilə  sıx  əməkdaşlıq edir və ölkələrimiz arasında  əlaqələrin 

genişlənməsinə və inkişaf etməsinə sədaqətlə xidmət edir. 

  



__________________________________________ 

61

Biz qardaş Misir xalqı ilə  əlaqələrimizi bundan sonra da 



inkişaf etdirəcəyik, genişləndirəcəyik.  Əminəm ki, bu əlaqələr 

daha da yüksəklərə qalxacaqdır. 

Bu bayram münasibətilə sizi bir daha təbrik edirəm. Misir 

xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram. Sağ olun. 

 

  

 



  

 

  




__________________________________________ 

62

 



 

 

MƏRAKEŞİN KRALI ƏLAHƏZRƏT 



MƏHƏMMƏD İBN HƏSƏNƏ  

 

Əlahəzrət, Mərakeşin kralı II Həsənin vəfatı  xəbəri məni 



dərindən sarsıtdı. 

Sizin atanız və mənim əziz dostum II Həsən dünyada sülhün 

və  əmin-amanlığın möhkəmləndirilməsində, islam ölkələri 

arasında dostluq və 

əməkdaşlıq münasibətlərinin 

dərinləşdirilməsində və inkişaf etdirilməsində misilsiz xidmətlər 

göstərmişdir. 

İslam Konfransı  Təşkilatının yaradıcılarından biri kimi 

fədakar fəaliyyəti və müsəlman xalqlarının rifahı naminə  nəcib 

işləri ilə II Həsən öz xalqının və bütün Şərq aləminin dərin 

hörmət və ehtiramını qazanmışdır. Onun parlaq xatirəsi 

qəlbimizdə daim yaşayacaqdır. 

Bu ağır itki ilə  əlaqədar Sizə, ailənizə  və bütün Mərakeş 

xalqına dərin hüznlə başsağlığı verirəm. 

Allah rəhmət eləsin! 

 

HEYDƏR ƏLİYEV  



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 24 iyul 1999-cu il 




__________________________________________ 

63

  



 

 

BAKIDA MƏŞHUR İSPANİYA MÜĞƏNNİSİ  

XULİO İQLESİASIN KONSERTİNDƏN SONRA 

ONUNLA GÖRÜŞDƏKİ



 SÖHBƏT 

 

Respublika sarayı 

 

24 iyul 1999-cu il 

 

H e y d ə r  Ə l i y e v: Uğurlu keçən konsert münasibətilə 

Sizi təbrik edirəm. Bu gün çox gözəl konsert verdiniz. Musiqiniz 

də çox gözəldir. Səsiniz də heç dəyişməyibdir. Amma iki saat 

yarımdır oxuyursunuz. 

Xulio  İqlesias: Gördüm ki, Siz salonda oturmusunuz, ona 

görə axıradək oxudum. 



H e y d ə r  Ə l i y e v: Əgər siz oxuyub qurtarmasaydınız, 

mən də gedə bilməzdim. Mən bilsəydim, bir az durardım ki, sizə 

çox əziyyət verməyim. 

X u l i o  İ q l e s i a s: Cənab prezident, gözəl gözləriniz var. 

H e y d ə r  Ə l i y e v: Çox sağ olun. 

X u l i o  İ q l e s i a s: Siz özünüz və qızınız konsertə vaxt 

ayırdığınıza görə minnətdaram. 



H e y d ə r  Ə l i y e v: Çox sağ olun. Mən çox təşəkkür 

edirəm ki, siz dünən getdiniz, qaçqınları gördünüz. Bu, sizin 

tərəfinizdən çox böyük insanpərvərlikdir. Bilirəm ki, burada 

sizin proqramınız gərgindir, işiniz çoxdur. Amma dünən öz 

xahişinizlə gedib qaçqınları görməyiniz məni çox məmnun etdi. 

  

 



  

 

                                                 



 

Görüşdə Heydər Əliyevin qızı Sevil Əliyeva da iştirak etmişdir. 




Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə