Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə25/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   21   22   23   24   25   26   27   28   ...   140

__________________________________________ 

87

qaçdı. Baş nazir, Ali Sovetin - Milli Məclisin sədri istefa verdi. 



Məni dəvət edib iyunun 15-də Ali Sovetə - Milli Məclisə  sədr 

seçdilər. İki gündən sonra prezident öz kürsüsünü qoyub qaçdı. 

Ölkəmizin cənubunda bir dəstə Azərbaycanı parçalamaq 

istəyirdi. Bilirsən ki, Surət Hüseynov və başqaları  Gəncədə 

hakimiyyəti  əllərinə almışdılar. Azərbaycanın  şimalında artıq 

ölkəmizi çalxalayırdılar. Azərbaycan vətəndaş müharibəsi 

dövrü, çətin bir dövr keçirirdi. 

Ondan sonra biz vəziyyəti xırda-xırda normallaşdırmağa, 

sabitlik yaratmağa başladıq. Ancaq daxildə olan qüvvələr, 

xaricdən istiqamətləndirilən qüvvələr - şübhəsiz ki, onlar 

xaricdən istiqamətləndirilənlərdir - yenə  də Azərbaycanı 

parçalamaq, dağıtmaq istədilər. Xatirindədir, 1994-cü ilin 

oktyabr ayında burada dövlət çevrilişinə  cəhd oldu. Bu zaman 

həmin o daxili, - hakimiyyət uğrunda mübarizə aparan, - həm də 

xarici qüvvələrin hamısı bir yerdə idi. Qaçib Moskvada oturan 

azərbaycanlılar da bu işin içində idilər. Təsadüfi deyildir ki, biz 

o məsələni yatırandan sonra həmin hadisənin günahkarları Surət 

Hüseynov, Rəhim Qazıyev və başqaları – hamısı qaçıb 

Moskvada gizləndilər. Onlara Moskvada sığınacaq verdilər. 

Amma yenə  də haqq-ədalət özünü göstərdi, onlar orada 

yaxalandılar, gətirildilər və  ədalət məhkəməsinin qarşısında 

durdular. 

Yaxud, ondan altı ay keçməmiş, 1995-ci ilin mart hadisələri. 

Cinayətkar bir qrup, OMON dəstəsində cinayətkar qrupa 

çevrilmiş omonçular tək deyildilər. Onlar tək deyildilər, onları 

da xarici ölkələrin xüsusi xidmət orqanları istiqamətləndirirdi. 

Amma təkcə onlar yox. Həmin o mart hadisələrinə görə  həbs 

olunanların içərisində Mütəllibovun da emissarı, Mütəllibovun 

da göndərdiyi adam vardı, gəlib onlarla hakimiyyət bölüşməsi 

aparırdı; Əbülfəz Elçibəyin də nümayəndələri vardı və Müsavat 

Partiyasının da nümayəndələri vardı. Yenə  də Azərbaycanı 

dağıtmaq istəyirdilər. 

  

 



__________________________________________ 

88

Amma Azərbaycan artıq o Azərbaycan deyildi. Azərbaycan 



öz qüdrətini müəyyən qədər toplamışdı, - biz bunların qarşısını 

aldıq. Sonra da Azərbaycanın daxilində sabitliyi pozmağa 

çalışan qüvvələr oldu. Terror etmək cəhdləri oldu. Məsələn, indi 

bizim üçün tam aşkar olub, - əvvəl də  aşkar idi, - amma indi 

tamamilə sübut olunubdur ki, 1995-ci ilin avqust, ya sentyabr 

ayında mən rəsmi səfərdən - Rumıniyadan, Bolqarıstandan 

qayıdarkən təyyarəni raketlə vurmaq istəyirdilər. Bəli, bu, 

daxildə yenə hakimiyyət uğrunda mübarizə aparanlar, eyni 

zamanda, xarici ölkələrin xüsusi xidmət orqanlarının göslərişi 

ilə idi. Onlar gözləyirmişlər ki, təyyarə vurulandan sonra bir 

neçə saatın içərisində ayrı-ayrı qüvvələr xaricdən Azərbaycana 

dolacaqlar. Bu, artıq sübut edilibdir. Başa düşürsənmi? 

Ona görə  də  mən sənə deyirəm ki, Azərbaycanın bu 

müstəqillik yolu çox ağır, çətin olubdur. Ancaq biz bu yolu 

şərəflə keçmişik. Şübhəsiz ki, itkilər vermişik, çox əzab-əziyyət 

çəkmişik. Amma bu yolu şərəflə keçmişik və xalqımıza sübut 

etmişik, xalqımızı inandırmışıq ki, bizim yolumuz müstəqillik 

yoludur və Azərbaycan müstəqil dövlət kimi yaşayır, 

yaşayacaqdır. Heç bir xarici qüvvə, daxildə Azərbaycanın 

dövlətçiliyinə zidd heç bir qüvvə, dövlətçiliyi pozmaq istəyən 

qüvvə burada özünə yer tapa bilməyəcəkdir. Hamısı  məğlub 

olacaq- dır. Mən bunu qətiyyətlə deyirəm və siz bütün 

azərbaycanlılara çatdırın. 

Bax, biz bu yolla gedirik. Bir də deyirəm, bizim 

fəaliyyətimizin  əsas hissəsi Azərbaycanın müstəqilliyini 

qorumaq, sax-lamaq və irəliyə aparmaqdır. 

Bununla yanaşı,  şübhəsiz ki, biz iqtisadi məsələləri həll 

etməliyik.  Şübhəsiz ki, bu keçid dövründə insanların bir 

çoxunun vəziyyəti ağırdır, çətin bir dövr keçirirlər. Bu da 

təbiidir. Çünki mülkiyyət forması  dəyişir.  Əvvəl sosialist 

mülkiyyəti idi, hər şey dövlətin idi. Fabriklər, zavodlar işləyirdi, 

insanla 


  


__________________________________________ 

89

da hamısı işləyirdi, məvacib alırdılar və məvaciblə yaşayırdılar. 



Əksəriyyəti də yaxşı yaşayırdı. Kasıblar da vardı, amma 

əksəriyyəti də yaxşı yaşayırdı. 

Ancaq biz o sistemdən imtina etdik. Mülkiyyət forması 

(dəyişilir, özəlləşdirmə gedir, torpaq islahatı gedir. Məsələn, 

artıq biz torpağı kənddə olan kəndlilərə paylamışıq. Ancaq indi 

o torpaqdan istifadə etmək asan deyildir. Vaxtilə bunlar dövlət 

tərəfindən maliyyələşdirilirdi, texnikanı dövlət verirdi, yanacağı 

dövlət verirdi, başqa ləvazimatları, gübrəni dövlət verirdi. 

Amma indi dövlət bunları verə bilməz. Çünki indi torpaq artıq 

şəxsi mülkiyyətdir. Kəndli bu torpağı almağına sevinir, amma 

ondan istifadə etmək üçün nə qədər çətinliklərlə rastlaşır. Çünki 

onun torpağı var, amma istənilən qədər vəsaiti yoxdur ki, o 

torpaqdan istifadə eləsin və gəlir götürsün, öz maddi vəziyyətini 

daha da yaxşılaşdırsın. 

Bu il kəndlilərə, torpaq sahiblərinə şərait yaratmaq üçün mən 

ciddi bir fərman qəbul etdim. Kənd təsərrüfatında işləyənlərin, 

kəndlilərin bir çox vergiləri vardı. Biz bu vergilərin hamısını 

ləğv etdik, mən fərmanımla ləğv etdim. 

Yaxud da, məsələn, kəndlilər yanacağı bazar qiyməti ilə 

alaraq torpaqda bir şey  əkib-becərib satanda qoyduğu sərmayə 

ilə, pulla qazandığı pul başa-baş gəlir, yaxud hətta onlara zərər 

verir. Onda da deyir ki, mən niyə bu torpaqdan istifadə edim ki, 

xeyir götürmürəm. Buna görə  də ona bu şəraiti yaratmaq üçün 

biz 70 min ton yanacaq ayırdıq ki, torpaq sahiblərinə güzəştli 

qiymətlərlə verilsin, onlar torpaqdan istifadə etsinlər.  İndi mən 

bu işə  nəzarət edirəm. Mənə vaxtaşırı  məlumatlar verirlər ki, 

bundan sonra kənddə  işlər canlanıb, insanlar torpaqdan daha 

yaxşı istifadə edirlər. Hesab edirəm ki, bu il kənd təsərrüfatı 

məhsulları daha da çox artacaqdır. 

Yəni, görürsən nə cür çətinliklər var! Yaxud da, biz 

özəlləşdirmə aparırıq. Məsələn, fabriklərin, zavodların çoxunu 

ver- 


  

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə