__________________________________________
81
amerikalılar çox istəyirlər ki, görkəmli dövlət xadimi Heydər
Əliyevə qulaq assınlar, Azərbaycanın bugünkü və gələcək
social-iqtisadi vəziyyətinə dair Sizin düşüncələrinizlə tanış
olsunlar. Çünki amerikalı iş adamları Azərbaycanla daha sıx
əlaqalər qurmaq istəyirlər. Onlar mənimlə tez-tez əlaqə
saxlayırlar, müəyyən kömək istəyirlər. Təəssüf ki, bizim
Kaliforniyada televiziyamız yoxdur və biz Azərbaycanda bu gün
görülən işləri Amerikada yaxşı təbliğ edə bilmirik.
Cənab prezident, bir daha xahiş edirəm ki, Azərbaycanın
bugünkü və gələcək sosial-iqtisadi vəziyyəti barədə danışasınız.
H e y d ə r Ə l i y e v: Azərbaycanın çox gözəl gələcəyi
vardır. Azərbaycan bir müstəqil dövlət kimi yaşayır. Ölkəmizdə
hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi gedir.
Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar həyata
keçirilir. Azərbaycanın iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə
inkişaf edir. Bu yol artıq dönməzdir və biz bu yolu tutmuşuq.
Azərbaycan xarici investisiyanı cəlb etməyə çalışır və bu
sahədə bizim nailiyyətlərimiz böyükdür. Azərbaycan açıq, azad
bir ölkə kimi insan hüquq və azadlıqlarına, mətbuat azadlığına
riayət edir. Azərbaycan bu azadlıqları təmin edən bir ölkə kimi
bütün dünyaya açıqdır. Hesab edirəm ki, bütün bunlar
Azərbaycanın həm bu günü, həm də gələcəyi üçün çox əsas
şərtlərdir.
Azərbaycanın müstəqilliyi ildən-ilə möhkəmlənir və inkişaf
edir. Bilirsən ki, indi biz müstəqillik dövrünün səkkizinci ilini
yaşayırıq. Amma bu illər Azərbaycan üçün ağır, çətin olubdur.
Ümumiyyətlə, yeni bir dövlət qurmaq, yeni bir siyasi-iqtisadi
sistem yaratmaq heç kəs üçün asan deyildir. Çünki 70 il başqa
bir iqtisadi-siyasi sistemdə yaşamış respublikada, isanlarda –
bunların hamısında dəyişmə prosesi getməlidir. Bu, elə bir
prosesdir ki, birinci növbədə insanların psixologiyasında
dəyişiklik getməlidir. İnsanların beynində, psixo-
__________________________________________
82
logiyasında dəyişiklik bir gündə, iki gündə getmir. Amma biz
bunu təmin edirik. Biz bunu onunla təmin edirik ki, xalqımızı
artıq inandırmışıq.
Azərbaycan dövlət müstəqilliyini, milli azadlığını əldə edib-
dir və xalqımız inanır ki, nə qədər çətin olsa da biz ölkəmizi heç
vaxt heç kəsin himayəsinə verməyəcəyik, onun heç kəsin
müstəmləkəsinə çevrilməsinə imkan verməyəcəyik. Azərbay-
can müstəqil bir dövlətdir və müstəqil də yaşayacaqdır. Biz öz
ölkəmizi bundan sonra da inkişaf etdirəcəyik.
Bilirsiniz ki, 1991-ci ildə Sovetlər İttifaqı dağılan zaman
Azərbaycan müstəqillik aktı qəbul etdi. 1995-ci ildə qəbul
etdiyimiz Konstitusiyada da bu, təsbit olunubdur. Bu, qiymətli
sənədlərdir, şübhəsiz ki, həm dövlət, həm xalq üçün bu
istiqamətdə fəaliyyət göstərməyə əsas verən sənədlərdir. Amma
bu fəaliyyəti yaratmaq, aparmaq, yenə də deyirəm, insanların
hamısını buna inandırmaq, eyni zamanda ölkəmizi ayrı-ayrı
xarici təzyiqlərdən qorumaq üçün çox işlər görmək lazımdır. Biz
bu işləri görürük.
Bilirəm, o illər hamı üçün çətindir, amma Azərbaycan üçün
daha da ağır, çətin olubdur. Sən buraya ilk dəfə 1989-cu ildə
gəlmisən. O vaxt sən Azərbaycanda vəziyyəti görmüşdün. O
zaman bir tərəfdə xalq idi, o biri tərəfdə isə kommunist
hakimiyyəti idi.
Kommunist hakimiyyəti xalqı artıq idarə edə bilmirdi, ona
görə xalq meydanlara tökülürdü, öz etirazını bildirirdi. Bunların
da nəticəsində o vaxt, 1990-cı ilin yanvarında sovet hakimiyyəti,
Moskva, xüsusən sovet hökumətinin başında duran Qorbaçov
Azərbaycan xalqına qarşı böyük bir qəsd, təcavüz etdi, böyük
qoşun hissəsini, tankları, silahlı qüvvəni bir gecənin içərisində
Azərbaycana sürdü. Günahsız insanlar qətlə yetirildi, qan
töküldü, şəhidlər verildi.
Bu o zaman idi ki, Ermənistanla Azərbaycan arasında
münaqişə gedirdi. Çox təəssüflər olsun ki, o vaxtlar sovet
__________________________________________
83
hökuməti, başda Moskva olmaqla sovet hakimiyyəti bu
münaqişədə Azərbaycana ədalətsiz yanaşmışdı. Məsələn, 1988-
ci ilin fevral ayında, Ermənistan-Azərbaycan münaqişəsi
yaranan zaman Dağlıq Qarabağda ermənilər qalxıb artıq
Azərbaycandan imtina edəndə və Dağlıq Qarabağın Ermənistana
bağlanması haqqında qərar qəbul ediləndə, şübhəsiz ki, o cür
totalitar bir dövlətin, Sovet İttifaqı hökumətinin bu münaqişənin
qarşısını almağa imkam var idi.
Dağlıq Qarabağ vilayəti Azərbaycanda 1923-cü ildə
yaranıbdır. O vaxta qədər heç zaman belə bir vilayət olmayıbdır.
Azərbaycanın ərazisində ermənilər də, başqa millətlər də ya-
şayıbdır. Mən hesab edirəm ki, sovet hakimiyyəti tərəfindən
Azərbaycana o vaxt birinci qəsd edilibdir. Bu da ondan ibarətdir
ki, sovet hökuməti Azərbaycanın içərisində ermənilər üçün
muxtariyyət qurumu yaradıbdır. Nə üçün?
Ermənilər hər yerdə yaşayırlar. Məsələn, Kaliforniyada da
çoxlu ermənilər vardır. Amma Amerika onlara muxtariyyət
hüququ verirmi? Vermir. Yaxud, əsrin əvvəlində, 1920-ci ilin
əvvəllərində Ermənistanda nə qədər azərbaycanlılar yaşayıblar.
Onlar da Dağlıq Qarabağda ermənilər yaşayan kimi yığcam,
yəni bir ərazidə yaşayıblar.
Yadımdadır, Naxçıvanla Ermənistan arasında rayonlar var.
Mən onları yaxşı tanıyıram, qabaqlar oraya çox gedib-gəlmişəm.
Məsələn, orada Qəmərli, Vedi, Zəngibasar, Uluxanlı rayonları
var idi. Naxçıvanın sərhədindən,
Şərur rayonundan
Ermənistanın o vaxtkı sərhədinə keçəndən - həmin sərhədi
1920-ci illərdə yaradıblar, əvvəllər belə sərhəd olmayıbdır - ta
Yerevana qədər olan bütün rayonlar azərbaycanlı rayonlarıdır.
Mən o vaxtlar bu yolu avtomobillə də çox getmişəm, həm də
dəmir yolu vasitəsilə getmişəm. Onların hamısı
azərbaycanlılarındır. Gedirdik, orada bir kənd, burada bir kənd,
rayon mərkəzlərinin hamısı Azərbaycanındır, orada
azərbaycanlılar yaşayırdılar. Hələ mən Ermənistanın bu hissəsini
deyirəm.
Dostları ilə paylaş: |