Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə15/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   11   12   13   14   15   16   17   18   ...   140

__________________________________________ 

53

sonra Azərbaycanın iqtisadiyyatına böyük inkişaf sürəti 



verəcəkdir və biz buna inanırıq. 

Biz Azərbaycanı bir azad ölkə kimi dünyaya açmışıq. Dünya 

igtisadiyyatı ilə, dünya demokratiyası ilə bütün sahələrdə 

inteqrasiyanı təmin etmək istəyirik və bu sahədə artıq müəyyən 

nailiyyətlər  əldə etmişik. Bu baxımdan xarici investisiyanın 

Azərbaycana cəlb edilməsi, xarici kapitalın gəlməsi, xarici 

ölkələrin inkişaf etmiş  şirkətlərinin Azərbaycanda müştərək iş 

görməsi, Azərbaycana sərmayə qoyması çox əhəmiyyətli yer 

tutur və bu sahədə  də bizim nailiyyətlərimiz az deyildir. 

Xüsusən, Azərbaycanın zəngin təbii sərvətlərinin, neft və qaz 

yataqlarının dünyanın böyük neft şirkətləri ilə müştərək 

işlənilməsi sahəsində biz çox iş görmüşük. 

1994-cü ildə biz dünyanın bir çox böyük neft şirkətləri ilə 

Azərbaycanın Xəzər dənizində olan zəngin neft yataqlarının 

müştərək işlənilməsi üçün ilk müqavilə imzaladıq. O vaxtdan 

indiyə kimi xarici şirkətlərlə 19 böyük müqavilə imzalanıbdır. 

Onların içərisində Fransanın «Elf Agiten» və «Total» şirkətləri 

də çox görkəmli yer tutur. Bunların nəticəsində son iki-üç il 

içərisində Azərbaycana 2 milyard dollardan artıq sərmayə 

gəlibdir. 

Azərbaycan iqtisadiyyatının başqa sahələrində  də biz xarici 

şirkətlərlə  əməkdaşlıq edirik. Demək olar ki, bir çox ölkələrin 

şirkətləri gəlib Azərbaycanda müştərək iş görürlər. O cümlədən, 

Fransanın şirkətləri. Məsələn, «Kostel» şirkəti burada artıq çox 

uğurlu fəaliyyət göstərir. 

Xatirimdədir, 1993-cü ildə Parisdə  mərhum prezident 

Fransua Mitteranla söhbət etdiyimiz zaman o mənə dedi ki, əgər 

siz Fransa ilə Azərbaycan arasında  əlaqələri inkişaf etdirməyə 

çalışırsınızsa, birinci növbədə «Elf Agiten» ilə əlaqə qurun. Mən 

bu məsləhəti məmnuniyyətlə qəbul etdim və xatirimdədir, 1996-

cı ildə böyük bir yatağın - «Şahdəniz» neft və qaz yatağının 

müştərək işlənilməsi üçün «Elf Agiten» də 

  

 



__________________________________________ 

54

konsorsiuma daxil oldu. Bu konsorsium son vaxtlarda əldə 



etdiyi nəticələr barədə son günlər bizə  məruzə edibdir və  mən 

burada bu barədə geniş müzakirə apardım. Bir yataqdan –

«Şahdəniz» yatağından 700 milyard kubmetrə qədər qaz almaq 

mümkündür. Ancaq bu rəqəm də hələ son hədd deyildir. Burada 

«Elf Agiten»in də böyük payı vardır. 

1997-ci ildə  mən Fransada rəsmi səfərdə olduğum zaman 

Parisdə biz prezident Jak Şirakla görüşəndən sonra Yelisey 

sarayında «Total» şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti 

arasında böyük bir müqavilə imzalandı. Bu müqavilə də həyata 

keçirilir. 

Hesab edirəm ki, iqtisadi əlaqələrin genişlənməsi, inkişaf 

etdirilməsi Fransa ilə Azərbaycan arasındakı bütün əlaqələrin 

inkişaf etdirilməsi üçün çox böyük şərtdir. Biz bu işləri bundan 

sonra da davam etdirəcəyik. Bu yaxınlarda mən Fransanın 

səfirini qəbul etdim. Biz bu barədə müzakirələr apardıq və bir 

çox fikir ləri bölüşdürdük. 

Avropada gedən proseslər haqqında və son vaxtlar Avropanın 

bir neçə ölkəsinin bir-birinə daha da yaxınlaşması haqqında 

sizin dəyərli fikir ləriniz çox əhəmiyyətlidir. Bu, çox sevindirici 

haldır ki, cəmi 50 il bundan öncə bir-biri ilə müharibə aparan 

Fransa və Almaniya, yaxud Almaniya və Hollandiya, yaxud da 

başqa ölkələr indi o qədər yaxınlaşıblar, o qədər birləşiblər ki, 

öz iqtisadiyyatlarını da bir-birinə calayıblar, öz valyutalarını da 

birləşdirirlər. Bu, həqiqətən çox təqdirəlayiq haldır. Biz bunu 

alqışlayırıq. Bu nailiyyətlər münasibətilə  mən Sizi ürəkdən 

təbrik edirəm və Sizə bu işlərdə gələcək uğurlar arzulayıram. 

Siz prezident de Qollun sözlərini xatırladınız və Avropanın 

birliyi haqqında öz dəyərli fikir lərinizi dediniz. Mən bunlarla 

tam razıyam. 

Azərbaycan Avropanın bir hissəsidir. Biz bütün səylərimizi 

yönəltmişik ki, Azərbaycan Avropa strukturlarına daxil ol- 

 

  




__________________________________________ 

55

sun və Avropa dövləti kimi inkişaf etsin. Bu sahədə - Avropa 



Birliyinə, Avropa Şurasına daxil olmaq üçün bizim gördüyümüz 

işlər sizə  məlumdur. Nəhayət, 1996-cı ildə biz - Azərbaycan, 

Gürcüstan və Ermənistan Lüksemburqda Avropa Birliyi ilə 

müqavilələr imzalamışıq. Bu yaxın vaxtlarda Lüksemburqda 

həmin müqavilələrin təsdiqi mərasimi keçirildi. 

Cənubi Qafqaz ölkələri, yəni Azərbaycan, Gürcüstan, 

Ermənistan haqqında da sizin fikir ləriniz çox əhəmiyyətlidir. 

Biz də arzu edirik ki, birincisi, Cənubi Qafqazda sülh, əmin-

amanlıq  əldə olunsun və ondan sonra iqtisadi əlaqələr inkişaf 

etsin. Cənubi Qafqaz bir region kimi, iqtisadi cəhətdən bir-biri 

ilə bağlı ölkələr kimi, şübhəsiz ki, daha da sürətlə inkişaf edə 

bilər. 


Ancaq sizə məlumdur ki, buna mane olan böyük bir amil var 

- o da Ermənistan-Azərbaycan münaqişəsidir, 1988-ci ildən 

başlayaraq Ermənistanın Azərbaycana təcavüz etməsidir, 

müharibə, qan tökülməsi, qurbanlar verilməsidir. 

Gürcüstanla Azərbaycan arasında səmimi dostluq əlaqələri 

var, heç bir problem yoxdur. Bu dostluq əlaqələri çox 

möhkəmdir, inkişaf edir və bundan sonra da inkişaf edəcəkdir. 

Ermənistanla isə münaqişəni biz sülh yolu ilə  həll etməyə 

çalışırıq. Bilirsiniz ki, hələ beş il bundan öncə atəşkəs haqqında 

saziş imzalanıbdır. Biz bu atəşkəs rejiminə sadiqik, bundan 

sonra da sadiq olacağıq. 

Minsk qrupu və onun həmsədrləri - Rusiya, Amerika 

Birləşmiş Ştatları və Fransa bu sahədə çox işlər görürlər. Ancaq 

əsas nəticə münaqişəyə son qoyulması, Azərbaycanın işğal 

olunmuş torpaqlarının - 20 faiz torpaqlarımız işğal edilibdir - 

erməni sılahlı qüvvələrindən azad olunması, bir milyondan artıq 

azərbaycanlıların öz yerlərinə, yurdlarına qayıtması, 

Azərbaycanın 

ərazi bütövlüyünün bərpa olunması, 

Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək dərəcəli 

özünü idarə statüsu verilməsi və beləliklə  də sülhün təmin 

edilməsi ola bilər. Hələ biz bunu əldə edə bilməmişik. 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə