__________________________________________
424
Senatın 100 nəfər üzvü var. Ölkənin hər ştatından Senata iki senator seçilir.
Nümayəndələr palatasının 435 üzvü var. Bu palatanın üzvləri hər seçki
dairəsində yaşayan əhalinin sayına görə seçilir. Qanun layihələri hər iki
palatada müzakirə olunur. Konqres tərəfındən qəbul olunan qanunları ABŞ
prezidenti təsdiq edir. - 26, 96, 98, 336, 371.
40. «907-ci maddə» - ABŞ Konqresinin 1992-ci il oktyabrın 24-də
erməni lobbisinin təzyiqi ilə qəbul etdiyi «Rusiyanın və yeni müstəqillik
qazanmış dövlətlərin azadlığını müdafiə aktı»na 907-ci düzəliş nəzərdə
tutulur. Düzəliş ABŞ hökumətinin Azərbaycan hökumətinə yardımını
qadagan edir. Buna baxmayaraq istər Bill Klinton, istərsə də ondan sonra
ABŞ prezidenti seçilən Corc Buş administrasiyası bu düzəlişin reallığı nəzərə
almadığını təsdiq edərək onun ləğv edilməsi təklifini müdafiə etmişlər. C.Buş
hökuməti 2002-ci ildə bu düzəlişin fəaliyyətdən düşdüyünü qərara almışdır. -
26.
41. Mahmud
Esembayev,
Mahmud Əlisultan oğlu (1924-2000) - çeçen
balet artisti və rəqqas. SSRİ xalq artisti. Dünya rəqslərinin ən gözəl ifaçısı
olmuşdur. Virtuozluq, yüksək emosionallıq və plastiklik, rəqsin uslub və
xarakterini dəqiq, qabarıq vermək məharəti Esembayevin ifaçılığı üçün
xarakterik olmuşdur. «Mən rəqs edəcəyəm» («Azərbaycanfilm») bədii filmi
Esembayevə həsr edilmişdir. - 28-29.
42. Isveçrə, İsveçrə Konfederasiyası - Mərkəzi Avropada dövlət. Sahəsi
41,3 min km
2
, əhalisi 7,1 milyon nəfərdir. İsveçrə federativ, 23 kantona
bölünmüş respublikadır. Dövlət başçısı prezidentdir, prezidenti parlament
Federal Şura üzvlərindən 1 il müddətinə seçir, yenidən seçilmək hüququ
yoxdur. Prezident həmçinin hökumət başçısıdır. Qanunverici hakimiyyət iki
palatadan ibarət Federal Məclisə məxsusdur. Paytaxtı Bern şəhəridir. - 30-
33,199-203, 224, 238.
43. Cenevrə - İsveçrədə şəhər, Cenevrə kantonunun inzibati mərkəzi.
Bir çox beynəlxalq təşkilatlar burada yerləşir. - 30-33, 34, 36, 95, 199 -203,
204, 218, 266, 268, 277, 292, 398.
44. Valeh Ələsgərov (d.l946) - neftçi mühəndis. SSRİ Nazirlər Soveti
yanında Xalq Təsərrüfatı Akademiyasını bitirmişdir. Müxtəlif illərdə neft
sənayesi sahəsində rəhbər vəzifələrdə çalışmışdır. 2005-ci ildən Milli
__________________________________________
425
məclisdə sədr müavinidir. Qubkin adına Qızıl medal və Azərbaycan
Respublikasının «Şöhrət» ordeni ilə təltif olunmuşdur. - 31.
45. Bakı-Ceyhan - 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə,
Gürcüstan, Qazaxıstan, Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri
Bakı-Tbilisi-Ceyhan marşrutunu müdafiə edən «Ankara bəyannaməsini»
imzalamışlar. Uzunluğu 1695 km olan Bakı-Tbilisi-Ceyhan neft kəməri
2006-cı ildə istifadəyə verilmişdir. - 31, 273, 364-365, 373, 383, 412.
46. Klinton Bill, Uilyam Ceferson Blayd (d.l946) - ABŞ-ın görkəmli
siyasi və dövlət xadimi. ABŞ-ın 41-ci prezidenti (1992-2000). Klinton xarici
siyasətində SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış dövlətlərlə, o
cümlədən Azərbaycan Respublikası ilə münasibətlərin yaxşılaşdırılmasına
mühüm əhəmiyyət vermişdir. - 35, 195, 197, 198, 276.
47. Olbrayt Madlen (d.l937)- ABŞ-ın tanınmış diplomatı və dövlət
xadimi. 1989-cu ildən ABŞ-ın Milli Siyasət Mərkəzinin prezidentidir. 1993 -
cü ildə ABŞ-ın BMT- də daimi nümayəndəsi təyin edilmişdir. 1997-2000-ci
illərdə ABŞ-ın Dövlət katibi olmuşdur. - 35, 276, 360, 362, 363, 365, 372.
48. Fransa
Senatı - Fransada qanunverici orqan. - 44-58.
49. Fransua Mitteran (1916-1996) - 1981-95-ci illərdə Fransanın
prezidenti. 1971-81-ci illərdə Fransa Sosialist Partiyasının Birinci katibi,
1965-68-ci illərdə demokratik və sosialist sol qüvvələri Federasiyasının lideri
olmuşdur. - 44, 48, 53.
50. Murtuz Ələsgərov, Murtuz Nəcəf oğlu (d. 1928) - Azərbaycanın
dövlət xadimi, hüquq elmləri doktoru, professor. Respublikanın Əməkdar
hüquqşünasıdır. Yeni Azərbaycan Partiyasının sədr müavini və partiyanın
Siyasi Şurasının üzvüdür. 1993-cü ildə Bakı Dövlət Universitetinin rektoru
olub. 1995-ci ildə Azərbaycan Respubhkası Milli Məclisinin deputatı seçilib.
1996-2005-ci illərdə Azərbaycan Respublika-
__________________________________________
426
sı Milli Məclisinin sədri olmuşdur. Azərbaycan Respubluikasının «İstiqlal»
ordeni ilə təltif edilmişdir. - 45, 120.
51. Fatma Abdullazadə, Fatma Hüseyn qızı (d.l948) - elmlər doktoru,
professor. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının hümanitar
siyasət şöbəsinin müdiri. 1995-2000-ci illərdə Milli Məclisin deputatı
olmuşdur. - 49.
52. Avropa Parlamenti (AP) - Avropa Şurasının orqanlarından biri.
İştirakçı ölkələrin əhalisinə görə ümumi səsvermə yolu ilə 5 il müddətinə
seçilir. AP aylıq sessiyaları Strasburqda, fövqəladə iclasları AP-nin
komitələri işləyən Brüsseldə, Katibliyi isə Lüksemburqdadır. Azərbaycan
2001-ci ildən Avropa Parlamentinin üzvüdür. - 49.
53. Şarl de Qoll (1890-1970) - Fransanın görkəmli dövlət, hərbi və
siyasi xadimi. İkinci dünya müharibəsinə qədər müxtəlif hərbi rəhbər
vəzifələrdə olmuşdur. Alman faşist qoşunları Parisə daxil olduqdan (1940,14
iyun) sonra B.Britaniyaya getmiş, «Azad Fransa» hərəkatının əsasını
qoymuşdur. 1943-cü ilin noyabrından Fransa Milli Azadlıq Komitəsinin,
1944-cü ilin iyunundan isə Fransa Respublikası Müvəqqəti hökumətinin sədri
olmuşdur. Fransada prezidentlik rejimi yarada bilmədiyindən istefaya
çıxmışdı. 1958-ci ildə Əlcəzairdəki hərbi qiyamla yaranan siyasi böhranla
əlaqədar Fransa parlamenti (1958) Şarl de Qolu yenidən hakimiyyətə gətirdi.
Şarl de Qoll iki dəfə (1958,1965) Fransa Respublikasının prezidenti
seçilmişdir. - 50, 54.
54. Avropa
Birliyi
(AB) - 1951-57-ci illərdə yaranmış üç Qərbi Avropa
inteqrasiya təşkilatının ümumi adı (Avropa İqtisadi Birliyi - AİB, Avropa
Kömür və Polad Birliyi - AKPB, Avropada Atom Energetika Birliyi -
(AAEB). AB ümunıi prinsiplərin müəyyən edilməsindən birgə fəaliyyətə
qədər bir neçə mərhələ (Avropa İnvestisiya Bankının, Avropa Regional
İnkişaf Fondunun - vahid valyutaya keçməsi - AVRO-ya) keçmişdir. Mühüm
mərhələ Vahid Avropa Aktının (1986-1987-ci ildən qüvvəyə minmişdir)
qəbul edilməsi olmuşdur. 1967-ci ildə rəhbər orqanların birləşməsindən sonra
- AİB, AKPB və AAEB - Avropa Birliyi - 1993-cü ildə isə Avropa Şurası
yarandı. - 55.
Dostları ilə paylaş: |