__________________________________________
430
operaları ona geniş şöhrət qazandırmışdır. 1870-ci ildə Süveyş kanalının
açılışı münasibəti ilə Qahirə teatrının sifarişi ilə dünya opera sənətinin
incilərindən olan «Aida» operasını yaratmışdır. - 76.
72. Çaykovski, Pyotr İ1iç (1840-1893) - böyük rus bəstəkarı.
Çaykovski musiqili dramaturgiyada zərif psixoloq, ustad simfoniyaçıdır. O
musiqidə insanın daxili aləmini açmış, operada, baletdə, simfoniyada məşhur
obrazlar yaratmışdır. Onun «Füsunkar qadın», «Yevgeni Onegin», «Mazepa»
«İolanta» operaları, «Yatmış gözəl», «Qu gölü», «Şelkunçik» baletləri və bir
sıra simfoniyaları onu dünyada məşhurlaşdırmışdır. - 76.
73. Puşkin, Aleksandr Sergeyeviç (1799-1837) - dahi rus şairi, yeni rus
ədəbiyyatının banisi. Puşkin rus ədəbi dilini yeni yüksək zirvəyə
qaldırmışdır. Rus poeziyasının «atası olan» (N.Q.Çermşevski) Puşkin novator
şair kimi yeni tipli realist şerin, mənzum romanın, tarixi povestin, mənzum
hekayə, nağıl və dramın gözəl nümunələrini yaratmışdır. Puşkinin Qafqaz
həyatı onun yaradıcılığına müstəsna təsir göstərmiş, şairin bu mövzuda
yazdığı əsərlər («Qafqaz əsiri», «Quldur qardaşlar», «Baxçasaray fontanı»,
«Qaraçılar», «Ərzuruma səyahət») rus ədəbiyyatında yeni səhifə açmışdır.
Bakıda Puşkinə abidə qoyulmuşdur. - 76.
74. Raxmaninov, Sergey Vasilyeviç (1879-1943) - böyük rus bəstəkarı,
pianoçu və dirijor. XIX əsrin 90-cı illərində yaratdığı əsərlər içərisində ən
məşhurları «Aleko» operası, simfonik fantaziyaları, Çaykovskiyə həsr etdiyi
trioelegiyası, 10-ci simfoniyası və 20-dən artıq romanslarıdır. 1900-17-ci illər
Paxmaninov yaradıcılığının çiçəklənmə dövrüdür. Bu illərdə o «Françeska da
Rimini», «Xəsis cəngavər» operalarını, 2-ci simfoniyasını, «Bahar»
kantatasını və s. əsərlər yazmışdır. 1918-43-cü illərdə, əsasən pianoçu kimi
konsertlər vermişdir. - 76.
75. Klivlend - ABŞ-da şəhər. Klivlend ABŞ-ın sənaye, maliyyə-ticarət
və mədəni mərkəzlərindən biri kimi tanınır. - 78, 79, 80.
76. Los-Anceles - ABŞ-da, Sakit okeanın cənub sahilində şəhər və
liman. - 78, 80.
__________________________________________
431
77. Kaliforniya - ABŞ-ın qərbində ştat. Sahəsi 411 min km
2
, əhalisi
31,9 milyon nəfərdir. İnzilbati mərkəzi - Sakramento. - 78, 80, 81, 83, 91, 93,
95, 96, 97, 98, 99.
78. Sovetlər İttifaqı, Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) -
1922-1991-ci illərdə keçmiş Rusiya imperiyasının böyük hissəsində mövcud
olmuş dövlət. SSRİ-nin yaradılmasına dair Müqaviləyə (dek.1922) əsasən
onun tərkibinə Belorusiya (BSSR), Rusiya (RSFSR), Cənubi Qafqaz
respublikaları (ZSFSR; 1936-cı ildən müttəfiq respublikalar - Azərbaycan
SSR, Ennənistan SSR, Gürcüstan SSR) və Ukrayna SSR, 1925-ci ildə -
Özbəkistan SSR, Türkmənistan SSR, 1929-cu ildə Tacikistan SSR, 1936-cı
ildə Qazaxıstan SSR, Qırğızıstan SSR, 1940-cı ildə Moldaviya SSR, Latviya
SSR, Litva SSR, Estoniya SSR daxil olmuşdular.
1991-ci ilin dekabrında Belorusiya, Rusiya və Ukrayna SSRİ-nin
mövcudluğunun dayandırıldığını elan edərək Müstəqil Dövlətlər Birliyinin
(MDB) yaradılması haqqında Saziş imzaladılar (8 dekabr, Minsk). 1991-ci il
dekabrın 21- də Latviya, Litva və Estoniya istisna olmaqla keçmiş SSRİ-nin
digər müttəfiq respublikalarının başçıları Alma-Atada Bəyannamə
imzalayaraq MDB-nin yaradılması haqqında məqsəd və prinsiplərə
qoşulduqlarını bəyan etdilər. - 82, 90, 91, 161, 167, 227, 228, 232, 256, 411.
79. 1990-cı ilin yanvarı - 1990-cı ilin yanvarında Azərbaycanda faciə
baş verdi. Yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan
edilmədən Sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, dəniz
donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərinə yeridildi. Sovet
ordusunun bu kütləvi zorakılıq aktı nəticəsində 131 nəfər öldürülnıüş, 744
nəfər yaralanmış, yüzlərlə adam qanunsuz həbs edilmiş və itkin düşmüş,
dövlət əmlakına, ictimai və şəxsi əmlaka, şəhər təsərrüfatına və vətəndaşlara
böyük maddi ziyan dəymişdi. 1990-cı ilin qanlı yanvarı Azərbaycanın ərazi
bütövlüyü uğrunda aparılan mübarizə tariximizdə Vətənin şəhid övladlarının
qanı ilə yazılmış şərəfli səhifə oldu. - 82, 86.
80. Qorbaçov, Mixail Sergeyeviç (d.l931) - 1985-91-ci illərdə Sov.İKP
MK-nın Baş katibi, 1990-91-ci illərdə SSRİ-nin ilk və son prezidenti.
Qorbaçov «yenidənqurma» adı ilə «aşkarlıq və demokratiya» siyasi xəttini,
«humanist, demokratik sosializm» şüarını meydana atdı. Sovet totalitar rejimi
ilə uyuşmayan «yenidənqurma» ölkəni dərin siyasi və iqtisadi böhrana saldı.
Qorbaçovun milli münaqişələrə səbəb
__________________________________________
432
olan siyasəti xüsusən Azərbaycana qarşı qərəzli, düşmənçilik mövqeyi ilə
səciyyələnirdi. Ermənilərin Azərbaycana olan torpaq iddialarını dəstəkləyən
Qorbaçov 1990-cı ilin yanvarında Bakıda baş verən Qanlı Yanvar faciəsinin,
təşkilatçısı və günahkarıdır. - 82, 332.
81. Qəmərli, Vedi, Zəngibasar, Uluxanlı, Zəngəzur, Sisyan, Gorus,
Qafan - Ermənistanda azərbaycanlıların qədim yaşayış məskənləri.
Türkmənçay müqaviləsinə (1828) əsasən İran və Türkiyədən Qərbi
Azərbaycan torpaqlarına kütləvi surətdə ermənilər köçürüldü. Bunun
nəticəsində bu ərazilərin etnik tərkibi əsaslı surətdə dəyişdi. Son olaraq 1988-
90-cı illərdə azərbaycanlılar öz ata-baba yurdlarından erməni millətçiləri
tərəfindən çıxarıldılar. - 83, 84.
82. Şərur - Naxçıvan MR-da şəhər. Naxçıvan şəhərindən 66 km şimal-
qərbdə, Şərur düzündədir. Əhalisi 6315 nəfərdir. Şərurun salındığı tarix
hələlik dəqiq müəyyənləşdirilməsə də, buranın hələ eradan əvvəl
məskunlaşdırıldığı məlumdur. - 83.
83. Borçalı qəzası - tarixi mahal. Gürcüstan Respublikasında yerləşir.
Borçalıya erkən orta əsrlərdə türkdilli tayfalar, XVI-XVII əsrlərdə isə kütləvi
surətdə azərbaycanlılar köçmüşdü. Borçalı mahalı Azərbaycan, bəzən də
gürcü feodallarının vassallığına çevrilsə də çox zaman müstəqilliyini saxlaya
bilmişdi. Borçalı mahalını 1736-cı ildə İran hökmdarı Nadir şah Qazax
mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən alıb Kartli-Kaxeti çarının
tabeliyinə verdi.
Azərbaycanlılar yaşayan ərazilər arasında Rusiya ilk dəfə Borçalı
sultanlığını (1801) işgal etmişdir. XIX əsrin ortalarında Borçalı mahalı
qəzaya çevrildi. Qəza isə 1929-cu ildə ləğv edilib üç rayona bölündü. Borçalı
rayonu 1950-ci ildən Marneuli adlanır. - 84.
84. Vəzirov Əbdürrəhman, Əbdürrəhman Xəliloğlu (d. 1930) - 1988-
90-cı ilin yanvarınadək Azərbaycan KP MK-nın birinci katibi olmuşdur. - 86.
85. Mütəllibov Ayaz, Ayaz Niyazi oğlu (d.1938) – 1989-90-cı illərdə
Azərbaycanın SSR Nazirlər Sovetinin sədri, 1990-cı ildə Azərbaycan KP
MK-nın birinci katibi seçilmişdir. 1992-ci ildə Azərbaycan Respublika-
Dostları ilə paylaş: |