Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə126/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   122   123   124   125   126   127   128   129   ...   140

__________________________________________ 

424


Senatın 100 nəfər üzvü var. Ölkənin hər ştatından Senata iki senator seçilir. 

Nümayəndələr palatasının 435 üzvü var. Bu palatanın üzvləri hər seçki 

dairəsində yaşayan  əhalinin sayına görə seçilir. Qanun layihələri hər iki 

palatada müzakirə olunur. Konqres tərəfındən qəbul olunan qanunları ABŞ 

prezidenti təsdiq edir. - 26, 96, 98, 336, 371. 

 

40. «907-ci maddə» - ABŞ Konqresinin 1992-ci il oktyabrın 24-də 

erməni lobbisinin təzyiqi ilə  qəbul etdiyi «Rusiyanın və yeni müstəqillik 

qazanmış dövlətlərin azadlığını müdafiə aktı»na 907-ci düzəliş  nəzərdə 

tutulur. Düzəliş ABŞ hökumətinin Azərbaycan hökumətinə yardımını 

qadagan edir. Buna baxmayaraq istər Bill Klinton, istərsə  də ondan sonra 

ABŞ prezidenti seçilən Corc Buş administrasiyası bu düzəlişin reallığı nəzərə 

almadığını təsdiq edərək onun ləğv edilməsi təklifini müdafiə etmişlər. C.Buş 

hökuməti 2002-ci ildə bu düzəlişin fəaliyyətdən düşdüyünü qərara almışdır. - 

26. 


 

41. Mahmud 

Esembayev, 

Mahmud Əlisultan oğlu (1924-2000) - çeçen 

balet artisti və  rəqqas. SSRİ xalq artisti. Dünya rəqslərinin  ən gözəl ifaçısı 

olmuşdur. Virtuozluq, yüksək emosionallıq və plastiklik, rəqsin uslub və 

xarakterini dəqiq, qabarıq vermək məharəti Esembayevin ifaçılığı üçün 

xarakterik olmuşdur. «Mən rəqs edəcəyəm» («Azərbaycanfilm») bədii filmi 

Esembayevə həsr edilmişdir. - 28-29. 

 

42. Isveçrə, İsveçrə Konfederasiyası - Mərkəzi Avropada dövlət. Sahəsi 

41,3 min km

2

,  əhalisi 7,1 milyon nəfərdir.  İsveçrə federativ, 23 kantona 



bölünmüş respublikadır. Dövlət başçısı prezidentdir, prezidenti parlament 

Federal  Şura üzvlərindən 1 il müddətinə seçir, yenidən seçilmək hüququ 

yoxdur. Prezident həmçinin hökumət başçısıdır. Qanunverici hakimiyyət iki 

palatadan ibarət Federal Məclisə  məxsusdur. Paytaxtı Bern şəhəridir. - 30-

33,199-203, 224, 238. 

 

43. Cenevrə - İsveçrədə  şəhər, Cenevrə kantonunun inzibati mərkəzi. 

Bir çox beynəlxalq təşkilatlar burada yerləşir. - 30-33, 34, 36, 95, 199 -203, 

204, 218, 266, 268, 277, 292, 398. 

 

44. Valeh Ələsgərov  (d.l946) - neftçi mühəndis. SSRİ Nazirlər Soveti 

yanında Xalq Təsərrüfatı Akademiyasını bitirmişdir. Müxtəlif illərdə neft 

sənayesi sahəsində rəhbər vəzifələrdə çalışmışdır. 2005-ci ildən Milli 

  



__________________________________________ 

425


məclisdə  sədr müavinidir. Qubkin adına Qızıl medal və Azərbaycan 

Respublikasının «Şöhrət» ordeni ilə təltif olunmuşdur. - 31. 

 

45. Bakı-Ceyhan - 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə, 

Gürcüstan, Qazaxıstan, Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri 

Bakı-Tbilisi-Ceyhan marşrutunu müdafiə edən «Ankara bəyannaməsini» 

imzalamışlar. Uzunluğu 1695 km olan Bakı-Tbilisi-Ceyhan neft kəməri 

2006-cı ildə istifadəyə verilmişdir. - 31, 273, 364-365, 373, 383, 412. 

 

46. Klinton Bill, Uilyam Ceferson Blayd (d.l946) - ABŞ-ın görkəmli 

siyasi və dövlət xadimi. ABŞ-ın 41-ci prezidenti (1992-2000). Klinton xarici 

siyasətində SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış dövlətlərlə, o 

cümlədən Azərbaycan Respublikası ilə münasibətlərin yaxşılaşdırılmasına 

mühüm əhəmiyyət vermişdir. - 35, 195, 197, 198, 276. 

 

47. Olbrayt Madlen (d.l937)- ABŞ-ın tanınmış diplomatı  və dövlət 

xadimi. 1989-cu ildən ABŞ-ın Milli Siyasət Mərkəzinin prezidentidir. 1993 -

cü ildə ABŞ-ın BMT- də daimi nümayəndəsi təyin edilmişdir. 1997-2000-ci 

illərdə ABŞ-ın Dövlət katibi olmuşdur. - 35, 276, 360, 362, 363, 365, 372. 

 

48. Fransa 

Senatı - Fransada qanunverici orqan. - 44-58. 

 

49. Fransua Mitteran (1916-1996) - 1981-95-ci illərdə Fransanın 

prezidenti. 1971-81-ci illərdə Fransa Sosialist Partiyasının Birinci katibi, 

1965-68-ci illərdə demokratik və sosialist sol qüvvələri Federasiyasının lideri 

olmuşdur. - 44, 48, 53. 

 

50. Murtuz Ələsgərov, Murtuz Nəcəf oğlu (d. 1928) - Azərbaycanın 

dövlət xadimi, hüquq elmləri doktoru, professor. Respublikanın  Əməkdar 

hüquqşünasıdır. Yeni Azərbaycan Partiyasının sədr müavini və partiyanın 

Siyasi  Şurasının üzvüdür. 1993-cü ildə Bakı Dövlət Universitetinin rektoru 

olub. 1995-ci ildə Azərbaycan Respubhkası Milli Məclisinin deputatı seçilib. 

1996-2005-ci illərdə Azərbaycan Respublika- 

  



__________________________________________ 

426


sı Milli Məclisinin sədri olmuşdur. Azərbaycan Respubluikasının «İstiqlal» 

ordeni ilə təltif edilmişdir. - 45, 120. 

 

51. Fatma Abdullazadə, Fatma Hüseyn qızı (d.l948) - elmlər doktoru, 

professor. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının hümanitar 

siyasət  şöbəsinin müdiri. 1995-2000-ci illərdə Milli Məclisin deputatı 

olmuşdur. - 49. 

 

52. Avropa Parlamenti (AP) - Avropa Şurasının orqanlarından biri. 

İştirakçı ölkələrin  əhalisinə görə ümumi səsvermə yolu ilə 5 il müddətinə 

seçilir. AP aylıq sessiyaları Strasburqda, fövqəladə iclasları AP-nin 

komitələri işləyən Brüsseldə, Katibliyi isə Lüksemburqdadır. Azərbaycan 

2001-ci ildən Avropa Parlamentinin üzvüdür. - 49. 

 

53.  Şarl de Qoll (1890-1970) - Fransanın görkəmli dövlət, hərbi və 

siyasi xadimi. İkinci dünya müharibəsinə  qədər müxtəlif hərbi rəhbər 

vəzifələrdə olmuşdur. Alman faşist qoşunları Parisə daxil olduqdan (1940,14 

iyun) sonra B.Britaniyaya getmiş, «Azad Fransa» hərəkatının  əsasını 

qoymuşdur. 1943-cü ilin noyabrından Fransa Milli Azadlıq Komitəsinin, 

1944-cü ilin iyunundan isə Fransa Respublikası Müvəqqəti hökumətinin sədri 

olmuşdur. Fransada prezidentlik rejimi yarada bilmədiyindən istefaya 

çıxmışdı. 1958-ci ildə  Əlcəzairdəki hərbi qiyamla yaranan siyasi böhranla 

əlaqədar Fransa parlamenti (1958) Şarl de Qolu yenidən hakimiyyətə gətirdi. 

Şarl de Qoll iki dəfə (1958,1965) Fransa Respublikasının prezidenti 

seçilmişdir. - 50, 54. 

 

54. Avropa 

Birliyi 

(AB) - 1951-57-ci illərdə yaranmış üç Qərbi Avropa 

inteqrasiya təşkilatının ümumi adı (Avropa İqtisadi Birliyi - AİB, Avropa 

Kömür və Polad Birliyi - AKPB, Avropada Atom Energetika Birliyi - 

(AAEB). AB ümunıi prinsiplərin müəyyən edilməsindən birgə  fəaliyyətə 

qədər bir neçə  mərhələ (Avropa İnvestisiya Bankının, Avropa Regional 

İnkişaf Fondunun - vahid valyutaya keçməsi - AVRO-ya) keçmişdir. Mühüm 

mərhələ Vahid Avropa Aktının (1986-1987-ci ildən qüvvəyə minmişdir) 

qəbul edilməsi olmuşdur. 1967-ci ildə rəhbər orqanların birləşməsindən sonra 

- AİB, AKPB və AAEB - Avropa Birliyi - 1993-cü ildə isə Avropa Şurası 

yarandı. - 55. 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə