Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə128/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   124   125   126   127   128   129   130   131   ...   140

__________________________________________ 

430


operaları ona geniş  şöhrət qazandırmışdır. 1870-ci ildə Süveyş kanalının 

açılışı münasibəti ilə Qahirə teatrının sifarişi ilə dünya opera sənətinin 

incilərindən olan «Aida» operasını yaratmışdır. - 76. 

 

72.  Çaykovski, Pyotr İ1iç (1840-1893) - böyük rus bəstəkarı. 

Çaykovski musiqili dramaturgiyada zərif psixoloq, ustad simfoniyaçıdır. O 

musiqidə insanın daxili aləmini açmış, operada, baletdə, simfoniyada məşhur 

obrazlar yaratmışdır. Onun «Füsunkar qadın», «Yevgeni Onegin», «Mazepa» 

«İolanta» operaları, «Yatmış gözəl», «Qu gölü», «Şelkunçik» baletləri və bir 

sıra simfoniyaları onu dünyada məşhurlaşdırmışdır. - 76. 

 

73.  Puşkin, Aleksandr Sergeyeviç (1799-1837) - dahi rus şairi, yeni rus 

ədəbiyyatının banisi. Puşkin rus ədəbi dilini yeni yüksək zirvəyə 

qaldırmışdır. Rus poeziyasının «atası olan» (N.Q.Çermşevski) Puşkin novator 

şair kimi yeni tipli realist şerin, mənzum romanın, tarixi povestin, mənzum 

hekayə, nağıl və dramın gözəl nümunələrini yaratmışdır. Puşkinin Qafqaz 

həyatı onun yaradıcılığına müstəsna təsir göstərmiş,  şairin bu mövzuda 

yazdığı  əsərlər («Qafqaz əsiri», «Quldur qardaşlar», «Baxçasaray fontanı», 

«Qaraçılar», «Ərzuruma səyahət») rus ədəbiyyatında yeni səhifə açmışdır. 

Bakıda Puşkinə abidə qoyulmuşdur. - 76. 

 

74.  Raxmaninov, Sergey Vasilyeviç (1879-1943) - böyük rus bəstəkarı, 

pianoçu və dirijor. XIX əsrin 90-cı illərində yaratdığı  əsərlər içərisində  ən 

məşhurları «Aleko» operası, simfonik fantaziyaları, Çaykovskiyə həsr etdiyi 

trioelegiyası, 10-ci simfoniyası və 20-dən artıq romanslarıdır. 1900-17-ci illər 

Paxmaninov yaradıcılığının çiçəklənmə dövrüdür. Bu illərdə o «Françeska da 

Rimini», «Xəsis cəngavər» operalarını, 2-ci simfoniyasını, «Bahar» 

kantatasını  və s. əsərlər yazmışdır. 1918-43-cü illərdə,  əsasən pianoçu kimi 

konsertlər vermişdir. - 76. 

 

75.  Klivlend - ABŞ-da şəhər. Klivlend ABŞ-ın sənaye, maliyyə-ticarət 

və mədəni mərkəzlərindən biri kimi tanınır. - 78, 79, 80. 

 

76.  Los-Anceles - ABŞ-da, Sakit okeanın cənub sahilində  şəhər və 

liman. - 78, 80. 

  



__________________________________________ 

431


 

 

77.  Kaliforniya - ABŞ-ın qərbində  ştat. Sahəsi 411 min km

2

,  əhalisi 



31,9 milyon nəfərdir. İnzilbati mərkəzi - Sakramento. - 78, 80, 81, 83, 91, 93, 

95, 96, 97, 98, 99. 

 

78.  Sovetlər  İttifaqı, Sovet Sosialist Respublikaları  İttifaqı (SSRİ) - 

1922-1991-ci illərdə keçmiş Rusiya imperiyasının böyük hissəsində mövcud 

olmuş dövlət. SSRİ-nin yaradılmasına dair Müqaviləyə (dek.1922) əsasən 

onun tərkibinə Belorusiya (BSSR), Rusiya (RSFSR), Cənubi Qafqaz 

respublikaları (ZSFSR; 1936-cı ildən müttəfiq respublikalar - Azərbaycan 

SSR, Ennənistan SSR, Gürcüstan SSR) və Ukrayna SSR, 1925-ci ildə  -

Özbəkistan SSR, Türkmənistan SSR, 1929-cu ildə Tacikistan SSR, 1936-cı 

ildə Qazaxıstan SSR, Qırğızıstan SSR, 1940-cı ildə Moldaviya SSR, Latviya 

SSR, Litva SSR, Estoniya SSR daxil olmuşdular. 

1991-ci ilin dekabrında Belorusiya, Rusiya və Ukrayna SSRİ-nin 

mövcudluğunun dayandırıldığını elan edərək Müstəqil Dövlətlər Birliyinin 

(MDB) yaradılması haqqında Saziş imzaladılar (8 dekabr, Minsk). 1991-ci il 

dekabrın 21- də Latviya, Litva və Estoniya istisna olmaqla keçmiş SSRİ-nin 

digər müttəfiq respublikalarının başçıları Alma-Atada Bəyannamə 

imzalayaraq MDB-nin yaradılması haqqında məqsəd və prinsiplərə 

qoşulduqlarını bəyan etdilər. - 82, 90, 91, 161, 167, 227, 228, 232, 256, 411. 

 

79.  1990-cı ilin yanvarı - 1990-cı ilin yanvarında Azərbaycanda faciə 

baş verdi. Yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə  vəziyyət elan 

edilmədən Sovet ordusunun xüsusi təyinatlı  cəza dəstələri, dəniz 

donanmasının və daxili qoşunların bölmələri Bakı  şəhərinə yeridildi. Sovet 

ordusunun bu kütləvi zorakılıq aktı  nəticəsində 131 nəfər öldürülnıüş, 744 

nəfər yaralanmış, yüzlərlə adam qanunsuz həbs edilmiş  və itkin düşmüş, 

dövlət əmlakına, ictimai və şəxsi əmlaka, şəhər təsərrüfatına və vətəndaşlara 

böyük maddi ziyan dəymişdi. 1990-cı ilin qanlı yanvarı Azərbaycanın ərazi 

bütövlüyü uğrunda aparılan mübarizə tariximizdə Vətənin şəhid övladlarının 

qanı ilə yazılmış şərəfli səhifə oldu. - 82, 86. 

 

80.  Qorbaçov, Mixail Sergeyeviç (d.l931) - 1985-91-ci illərdə Sov.İKP 

MK-nın Baş katibi, 1990-91-ci illərdə SSRİ-nin ilk və son prezidenti. 

Qorbaçov «yenidənqurma» adı ilə «aşkarlıq və demokratiya» siyasi xəttini, 

«humanist, demokratik sosializm» şüarını meydana atdı. Sovet totalitar rejimi 

ilə uyuşmayan «yenidənqurma» ölkəni dərin siyasi və iqtisadi böhrana saldı. 

Qorbaçovun milli münaqişələrə səbəb 

  



__________________________________________ 

432


 

 

olan siyasəti xüsusən Azərbaycana qarşı  qərəzli, düşmənçilik mövqeyi ilə 



səciyyələnirdi. Ermənilərin Azərbaycana olan torpaq iddialarını  dəstəkləyən 

Qorbaçov 1990-cı ilin yanvarında Bakıda baş verən Qanlı Yanvar faciəsinin, 

təşkilatçısı və günahkarıdır. - 82, 332. 

 

81.  Qəmərli, Vedi, Zəngibasar, Uluxanlı, Zəngəzur, Sisyan, Gorus, 

Qafan - Ermənistanda azərbaycanlıların qədim yaşayış  məskənləri. 

Türkmənçay müqaviləsinə (1828) əsasən  İran və Türkiyədən Qərbi 

Azərbaycan torpaqlarına kütləvi surətdə ermənilər köçürüldü. Bunun 

nəticəsində bu ərazilərin etnik tərkibi əsaslı surətdə dəyişdi. Son olaraq 1988-

90-cı illərdə azərbaycanlılar öz ata-baba yurdlarından erməni millətçiləri 

tərəfindən çıxarıldılar. - 83, 84. 

 

82.  Şərur - Naxçıvan MR-da şəhər. Naxçıvan şəhərindən 66 km şimal-

qərbdə,  Şərur düzündədir.  Əhalisi 6315 nəfərdir.  Şərurun salındığı tarix 

hələlik dəqiq müəyyənləşdirilməsə  də, buranın hələ eradan əvvəl 

məskunlaşdırıldığı məlumdur. - 83. 

 

83.  Borçalı  qəzası - tarixi mahal. Gürcüstan Respublikasında yerləşir. 

Borçalıya erkən orta əsrlərdə türkdilli tayfalar, XVI-XVII əsrlərdə isə kütləvi 

surətdə azərbaycanlılar köçmüşdü. Borçalı mahalı Azərbaycan, bəzən də 

gürcü feodallarının vassallığına çevrilsə də çox zaman müstəqilliyini saxlaya 

bilmişdi. Borçalı mahalını 1736-cı ildə  İran hökmdarı Nadir şah Qazax 

mahalı ilə birlikdə  Gəncə  bəylərbəyliyindən alıb Kartli-Kaxeti çarının 

tabeliyinə verdi. 

Azərbaycanlılar yaşayan  ərazilər arasında Rusiya ilk dəfə Borçalı 

sultanlığını (1801) işgal etmişdir. XIX əsrin ortalarında Borçalı mahalı 

qəzaya çevrildi. Qəza isə 1929-cu ildə ləğv edilib üç rayona bölündü. Borçalı 

rayonu 1950-ci ildən Marneuli adlanır. - 84. 

 

84.  Vəzirov Əbdürrəhman, Əbdürrəhman Xəliloğlu (d. 1930) - 1988-

90-cı ilin yanvarınadək Azərbaycan KP MK-nın birinci katibi olmuşdur. - 86. 

  

85. Mütəllibov Ayaz, Ayaz Niyazi oğlu (d.1938) – 1989-90-cı illərdə 

Azərbaycanın SSR Nazirlər Sovetinin sədri, 1990-cı ildə Azərbaycan KP 

MK-nın birinci katibi seçilmişdir. 1992-ci ildə Azərbaycan Respublika-

 



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə