Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə123/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   119   120   121   122   123   124   125   126   ...   140

__________________________________________ 

415


Mən bəyan edirəm ki, biz Ermənistan-Azərbaycan 

münaqişəsinin sülh yolu ilə  həll edilməsinə nail olacağıq, 

yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz doğma 

torpaqlarına, evlərinə qayıdacaq, Azərbaycanın  ərazi bütövlüyü 

təmin olunacaqdır. 

Beləliklə, Azərbaycan dövlətinin neft strategiyası artıq öz 

müsbət nəticələrini verib, dünyada tanınıb və XXI əsrdə 

Azərbaycanın müstəqil, azad inkişaf etməsinin  əsasını  təşkil 

edən amillərdən biridir. 

Mən qeyd etdim ki, bizim gördüyümüz işlər gələcəyə 

yönəlıbdir. Biz bu işlərin gözəl nəticələrini ilbəil əldə edəcəyik 

və xalqımız bunu hiss edəcəkdir. Ancaq bizim bugünkü 

nəsillərin borcu, o cümlədən Azərbaycan prezidenti kimi mənim 

borcum ondan ibarətdir ki, Azərbaycanda dövlət quruculuğu o 

qədər möhkəmlənsin, Azərbaycan dövləti o qədər qüdrətlənsin 

ki, ölkəmiz daim müstəqil ola bilsin. Bizim borcumuz ondan 

ibarətdir ki, gələcək nəsillərin azad, sərbəst, firavan həyat 

yaratmasının  əsasını qoyaq. Biz bunları edirik və  «Əsrin 

müqaviləsi»ndən, digər müqavilələrdən  əldə olunan böyük 

gəlirlər, sərvətlər Azərbaycan xalqının gələcək nəsillərinin 

firavan yaşaması üçün əsas yaradır. Bu, bizim onların qarşısında  

olan borcumuzun yerinə yetirilməsidir. 

Azərbaycan sülhsevər dövlətdir. Azərbaycan həm ölkədə

həm bölgədə, həm də dünyada sülh istəyir. Ona görə  də biz 

Qafqazda, dünyada sülh istəyirik. Əminəm ki, biz sülhə, əmin-

amanlığa nail olacağıq. Hamımızın arzusu ondan ibarətdir ki, 

Azərbaycan bundan sonra da sülh, əmin-amanlıq, rahatlıq 

şəraitində yaşasın. 

Mən Azərbaycan dövlətinə, xalqına, millətinə gələcək uğurlar 

arzulayıram. Tam əminəm ki, bizim bu gün gördüyümüz işlər 

Azərbaycanı günü-gündən irəliyə aparacaq, Azərbaycanın 

bayrağını yüksəldəcək, yüksəldəcək, yüksəldəcək! 

  

 

 




__________________________________________ 

416


 

 

 



QEYDLƏR 

 

 1.  Süleyman Dəmirəl (d.l924) - Türkiyənin görkəmli siyasi, ictimai və 

dövlət xadimi. Yeddi dəfə hökumətə başçılıq etmiş, 1993-2000-ci illərdə 

Türkiyə Respublikasının prezidenti olmuşdur. Süleyman Dəmirəlin siyasi 

fəaliyyətinin mənasını Türkiyəni iqtisadi cəhətdən dinamik inkişaf edən, 

demokratik dəyərlərə  əsaslanan, Avropa ilə qovuşan bir dövlətə çevirmək 

əzmi təşkil etmişdir. Yeni türk dövlətləri ilə münasibətlərin, xüsusilə 

Azərbaycanla  əlaqələrin genişlənməsi və möhkəmlənməsi Süleyman 

Dəmirəlin diqqət mərkəzində olmuşdur. Süleyman Dəmirəl: “Türkiyə həmişə 

Azərbaycanın yanındadır, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir, 

onun inkişaf etməsi üçün əlindən gələn hər bir yardımı göstərmişdir və 

göstərməkdə də davam edəcəkdir”  kəlamına əbədi sadiq dövlət xadimidir. 

S.Dəmirəl Türkiyə-Azərbaycan, xalqlarımız və dövlətlərimiz arasında 

sarsılmaz dostluq münasibətlərinə xüsusi diqqət göstərdiyinə görə 

Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə  təltif edilmişdir. - 6, 31, 

190, 192, 218, 220, 372, 410. 



2. Azərbaycan Xalq Cəbhəsi (AXC) - ictimai-siyasi təşkilat. 1989-cu 

ildə təsis konfransı keçirilmiş, Proqram və Nizamnaməsi qəbul olunmuşdur. 

1999-cu il iyulun 25-də keçirilmiş qurultayının qərarı ilə Azərbaycan Xalq 

Cəbhəsi Partiyası adlandırılmışdır. - 6. 



3. Naxçıvan - Azərbaycan Respublikasında  şəhər. Naxçıvan Muxtar 

Respublikasının paytaxtı.  Ərazisi 0,013 min km

2

,  əhalisi 67 min nəfərdən 



çoxdur. Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindəndir. Müasir Naxçıvan 

qədim, antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir. 

Naxçıvan e.ə. IX-VI əsrlərdə  qədim Manna və Midiyanın, eramızın 

əvvəllərində isə Albaniyanın tərkibində, IV əsrdən Sasanilərin tərkibində 

olmuşdur. 654-cü ildə isə Naxçıvanı  ərəblər işğal edirlər. 1828-ci il 

Türkmənçay müqaviləsinə  qədər Naxçıvan müxtəlif dövlətlərin nüfuz 

dairəsində olur. Məhz bu ildən Naxçıvan Rusiya  



__________________________________________ 

417


imperiyasına birləşdirildi və  qəza mərkəzinə çevrildi. Naxçıvan 1924-cü il 

fevralın 9-da Naxçıvan MSSR təşkil edilərkən respublikanın paytaxtı oldu. - 

6, 17, 83, 113, 118, 119, 123, 124, 125, 126, 131, 132, 133, 134, 135, 136, 

167, 168, 169, 172, 173, 174, 177, 229, 230, 266, 367. 



 

4. Müsavat 

partiyası  - 1911-ci ildə Bakıda yaranıb. 1920-ci ildə 

Bakıda fəaliyyəti qadağan edilib. 1992-ci ildən yenidən fəaliyyətə başlayıb.- 

6, 87. 

 

5. Fransa, 

Fransa Respublikası - Qərbi Avropada dövlət. Sahəsi 551 

min km

2

,  əhalisi 58,4 milyon nəfərdir.  İnzibati cəhətdən 95 departamentə 



bölünür. Qanunverici hakimiyyəti iki palatadan (Milli Məclis və Senat) ibarət 

parlament həyata keçirir. İcra hakimiyyəti prezident və Nazirlər  Şurasına 

məxsusdur. Paytaxtı Paris şəhəridir. - 21-23, 36, 44-58, 99, 156, 271, 273, 

288, 290, 294, 295, 306, 334, 357, 361, 369, 370, 371, 379, 380, 381, 383, 

395, 402. 

 

6. Amerika 

Birləşmiş  Ştatları  (ABŞ) - Şimali Amerikada dövlət. 

Şimaldan Kanada, cənubdan Meksika, şərqdən Atlantik okeanı  və  qərbdən 

Sakit okeanla əhatə olunur. Ərazisi 9,14 milyon km

2

,  əhalisi 280 milyon 



nəfərə yaxındır. İnzibati cəhətdən 50 ştata bölünür. Ali qanunvericilik orqanı 

iki palatalı (Nümayəndələr palatası  və Senat) ABŞ Konqresidir. Dövlət 

başçısı prezidentdir. Paytaxtı Vaşinqton şəhəridir. - 6, 24-27, 34-37, 46, 51, 

55, 72, 79, 80, 81, 91, 93, 95, 96, 98, 100, 140, 141, 156, 180, 193-198, 270-

279, 288, 290, 291, 294, 295, 306, 336, 357, 360-373, 380, 381, 395, 402, 

404.  


 

7. Böyük 

Britaniya, 

Böyük Britaniya və  Şimali  İrlandiya Birləşmiş 

Krallığı - Qərbi Avropada dövlət. 

B.Britaniya adası,  İrlandiya adasının  şimal-şərq hissəsi, Anqlsi, Uayt, 

Normand, Orkney, Hebrid, Şetlend adaları  və bir sıra kiçik adalardan 

ibarətdir. Sahəsi 244,1 min km

2

,  əhalisi 58,8 milyon nəfərdir.  İnzibati 



cəhətdən qraflıqlara və qraflıq hüququnda olan şəhərlərə bölünür. Böyük 

London xüsusi inzibati vahiddir. 

B.Britaniya parlamentli monarxiyadır. Paytaxtı London şəhəridir. - 6, 50, 

143, 181, 230, 361, 388, 410. 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə