Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə121/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   117   118   119   120   121   122   123   124   ...   140

__________________________________________ 

409


 

 

 



 

«ƏSRİN MÜQAVİLƏSİ»NİN BEŞİNCİ  

İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ  

TƏNTƏNƏLİ MƏRASİMDƏ NİTQ 

 

Respublika sarayı 



 

20 sentyabr 1999-cu il 

 

Hörmətli xanımlar və cənablar! 

Hörmətli qonaqlar, dostlar! 

Sizi, bütün Azərbaycan xalqını, vətəndaşlarını bu bayram - 

«Əsrin müqaviləsi»nin beşinci ildönümü münasibətilə ürəkdən 

təbrik edirəm. 

«Əsrin müqaviləsi» və onun icrasının beş illik tarixi, əldə 

olunmuş gözəl nailiyyətlər müstəqil Azərbaycanda hüquqi, 

demokratik, dünyəvi dövlət quruculuğu prosesinin bəhrəsidir, 

Azərbaycan dövlətinin düşünülmüş xarici və daxili siyasətinin 

nəticəsidir, Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin 

bərqərar olması, ölkəmizin dünya iqtisadiyyatı ilə inteqrasiyası 

və Azərbaycan dövlətinin respublikamıza xarici sərmayələrin 

cəlb edilməsi sahəsində apardığı ardıcıl siyasətin nəticəsidir. Bu, 

bizim hamımızın birlikdə beş il bundan öncə müqaviləni 

imzaladıqdan sonra gördüyümüz müştərək işin nəticəsidir. 

Mən bu gün bu münasibətlə Azərbaycan Beynəlxalq 

Əməliyyat  Şirkətini və orada çalışan bütün əməkdaşları, 

Azərbaycan Dövlət Neft Şirkətini, bütün neftçiləri, bu 

müqavilənin icrası ilə  əlaqədar fəaliyyət göstərmiş, zəhmət 

çəkmiş bütün təşkilatları, müəssisələri, bütün şəxsləri ürəkdən 

təbrik edirəm və onların hamısına təşəkkür edirəm. 

  



__________________________________________ 

410


Bu gün bizim bu möhtəşəm bayrama zəhmət çəkib gəlmiş 

dövlət nümayəndə heyətlərinə burada söylədikləri xoş sözlərə 

görə  və  «Əsrin müqaviləsi»nə, onun icrasına verdikləri yüksək 

qiymətlərə görə səmimi-qəlbdən təşəkkür edirəm. 

Bizim bu bayramımıza təbrik məktubları gəlmişdir. Amerika 

Birləşmiş  Ştatlarının prezidenti cənab Bill Klintondan, Böyük 

Britaniyanın Baş naziri cənab Toni Bleyrdən, Türkiyənin 

prezidenti cənab Süleyman Dəmirəldən, Yaponiyanın Baş naziri 

cənab Obutidən, Norveçin Baş naziri cənab Bondevikdən

Belçikanın Baş naziri cənab Verxofstadtdan, bizim qonşu 

dövlətlərin prezidentlərindən - Gürcüstan prezidenti cənab 

Şevardnadzedən, Ukrayna prezidenti cənab Kuçmadan, 

Özbəkistan prezidenti cənab Kərimovdan, Qazaxıstan prezidenti 

cənab Nazarbayevdən, Səudiyyə  Ərəbistanının kralından və bir 

çox başqa siyasi xadimlərdən, dövlət xadimlərindən təbriklər 

gəlmiş, bu təbriklər burada səslənmişdir. 

Bu təbriklərdə Azərbaycan döviətinə böyük hörmət və 

ehtiram hissi əks olunubdur. Bu təbriklərdə Azərbaycan ilə 

dünyanın bir çox dövlətlərinin dünyanın böyük neft şirkətləri ilə 

gördükləri iş yüksək qiymətləndirilibdir. Bu təbriklərdə bizə xoş 

arzular bildirilib və  gələcək işlərimiz üçün bizə  uğurlar 

dilənibdir. Mən bütün bunlara görə təşəkkür edirəm. 

Azərbaycan qədim neft diyarıdır. Azərbaycanda sənaye üsulu 

iiə neft hasilatının 150 illik tarixi vardır. Bu tarix şərti olaraq üç 

mərhələyə bölünə bilər: birinci - neft hasilatı başlanandan 1918-

1920-ci illərə  qədər, ikinci - ondan sonra Azərbaycan dövlət 

müstəqilliyini  əldə edənə  qədər, üçüncü -Azərbaycanın dövlət 

müstəqilliyi dövrü. 

Bütün bu 150 il müddətində Azərbaycanda neft sənayesi 

daim inkişaf edibdir və  təkcə Azərbaycan üçün yox, bütün 

dünya xalqları üçün öz xidmətlərini göstəribdir. 1918-1920-ci 

illərdən sonra Azərbaycanda neft sənayesi güclü inkişaf edibdir, 

neft sənayesinin böyük elmi-texniki, kadr potensialı 

  

 




__________________________________________ 

411


 

yaranıbdır. Azərbaycan keçmiş Sovetlər  İttifaqının  ərazisində 

yeni neft yataqlarının aşkar olunması  və  işlənilməsində öz 

xidmətlərini göstərmişdir.  İkinci dünya müharibəsi zamanı 

Azərbaycanda hasil olunan neft bu müharibədə alman faşizminə 

qələbə çalmaqda xüsusi rol oynamışdır. 

Azərbaycan neft akademiyasına çevrilmişdir. Keçmiş 

Sovetlər İttifaqının ərazisində, Rusiyada «İkinci Bakı», «Üçüncü 

Bakı», «Dördüncü Bakı» və sair bölgələrdə Azərbaycan 

neftçiləri də çalışmış və bu gün də çalışmaqdadırlar. 

Azərbaycan xalqının, Azərbaycan neftçilərinin və alimlərinin 

ən böyük xidməti ondan ibarətdir ki, 50 il bündan əvvəl Xəzər 

dənizində zəngin neft və qaz yataqlarının olduğunu aşkar ediblər 

və 50 il bundan əvvəl Neft Daşlarında ilk dəfə neftin sənaye 

üsulu ilə hasil edilməsinə başlanıbdır. Bu, dünyada ilk hadisə 

idi. 


Böyük Britaniyadan burada çıxış edən qonağımız qeyd etdi 

ki, onlar 30 ildir ki, Şimal dənizində neft hasil edirlər. Bəli, 

amma Azərbaycan 50 il bundan əvvəl Xəzər dənizində neft 

hasilatına başlayıbdır. Ondan sonra bizim təcrübəmiz dünyaya 

yayılmış və indi dünyada müasir texnikaya, texnologiyaya malik 

olan, dənizin dərinliklərindən neft çıxara bilən böyük neft 

mədənləri yaranmışdır. Xəzər dənizində neft və qaz yataqlarının 

olması, onların kəşfi və indi dünyaya təqdim edihnəsi 

Azərbaycan xalqının, alimlərinin, neftçilərinin böyük 

xidmətidir. 

Biz məhz beş il bundan öncə bunların  əsasında «Əsrin 

müqaviləsi»ni imzalaya bildik. Məlumdur ki, «Azəri», «Çıraq» 

və «Cünəşli» yataqları 1970-ci illərdə  kəşf edilmişdir və orada 

hasilat başlanmışdır. Sonra Xəzər dənizində digər yataqlar kəşf 

edilmişdir, onların qaz və neft potensialı müəyyən olunmuşdur. 

Azərbaycan neftçiləri, geoloqları, alimləri təkcə  Xəzərin 

Azərbaycan sektorunda yox, dənizin bütün akvatoriyasında neft 

və qaz yataqları  aşkar etmişlər. Bunlar hamısı neft sahəsində 

bizdən əvvəl fəaliyyət göstərən neftçilərin, 



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə