Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə118/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   114   115   116   117   118   119   120   121   ...   140

__________________________________________ 

399


olsun ki, ATƏT-in Minsk qrupunda bizim bu görüşlərimizə görə 

artıq gözləmə  vəziyyəti yaranıbdır - guya bu görüşlər hansısa 

nəticəni verəcəkdir, ondan sonra siz, sadəcə, bunu 

əsaslandıracaqsınız. Biz bununla razı deyilik. Mən sizə  də 

deyirəm - Minsk qrupu yeni, hər iki tərəf üçün münasib olan 

təklif verməlidir. Mən bunu çox narahatçılıqla deyirəm. Məsələ 

o qədər uzanıbdır ki, noyabr ayının 17-si, ya 18-də  İstanbulda 

ATƏT-in zirvə görüşü olacaqdır. Bizi çox narahat edir ki, 

İstanbulda ATƏT-in zirvə görüşündə hansı  qərar qəbul 

olunacaqdır. 

Hesab edirəm, bu, sizi, ATƏT-in sədrini də narahat etməlidir. 

Çünki dünyada olan münaqişələrin içərisində bu, ən 

uzunmüddətli münaqişədir. Bu münaqişə elə bir şərait 

yaradıbdır ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 

Azərbaycanın  ərazi bütövlüyü pozulub, bir milyondan artıq 

azərbaycanlı öz yerindən-yurdundan zorla çıxarılıb və çadırlarda 

yaşayır. Siz qeyd etdiniz ki, onları gördünüz. Amma təəssüf 

edirəm ki, onları Bakıda görmüsünüz. Əgər çadırlarda 

görsəydiniz, bu, siz daha da çox təsir bağışlayardı. Yeddi ildən 

artıq çadırlarda yaşamaq çox çətindir. Buna ancaq 

azərbaycanlıların dözümlülüyü davam gətirə bilər. 

Siz deyirsiniz ki, Ermənistanda da qaçqınlar var. Bunları 

bərabərləşdirmək tamamilə düz deyildir. Çünki Ermənistandakı 

qaçqınlar Azərbaycanın müxtəlif yerlərində yaşamış  və bu 

münaqişə  nəticəsində buradan getmiş ermənilərin az bir 

hissəsidir. Bizdə elə qaçqınlar - Ermənistanda yaşamış 

azərbaycanlılar var ki, onlar 1988-ci ildə zorla oradan 

çıxarılıblar. Onlar çadırda yaşamırlar, müəyyən yerlərdə 

yerləşdirmişik. Amma işğal edilmiş 20 faiz torpaqlardan zorla 

çıxarılmış insanlar çadırda yaşayırlar. Ona görə  də bunu 

bərabərləşdirmək ki, Ermənistanda da, Azərbaycanda da 

qaçqınlar var, - bu, çox böyük səhv olardı. 

  

 



__________________________________________ 

400


 

Ümumiyyətlə, mən çox təəssüf edirəm ki, beynəixalq 

təşkilatlar, o cümlədən ATƏT-in özü də çox vaxt Ermənistan-

Azərbaycan münaqişəsində  vəziyyəti bərabərləşdirirlər. Amma 

həqiqət belə deyildir. Birincisi, münaqişəni Ermənistan başlayıb, 

çünki Azərbaycan torpağı olan Dağlıq Qarabağa iddia edib, onu 

ələ keçirmək istəyibdir. Demək, münaqişənin səbəbkarı 

Ermənistandır.  İkincisi, Dağlıq Qarabağ Ermənistan silahlı 

qüvvələri tərəfindən işğal olunandan, oradan bütün 

azərbaycanlılar zorla çıxarılandan sonra həmin qüvvələr Dağlıq 

Qarabağın  ətrafında sırf azərbaycanlılar yaşayan yeddi inzibati 

rayonu da işğal etdilər və orada olan insanları yerlərindən-

yurdlarından çıxartdılar. 

İşğal olunmuş torpaqlarımızda 700-dən artıq yaşayış 

məntəqəsi - şəhər, kənd, qəsəbə dağıdılıb, viran edilibdir. 

Xəstəxanalar, yaşayış evləri, məktəblər, kitabxanalar, 

mədəniyyət sarayları, elektrik stansiyaları, körpülər və sair - 

insanların yaşayışı və əmək fəaliyyəti üçün illər boyu, bəlkə də 

əsrlər boyu yaranmış hər şey dağıdılıbdır. Bu halların heç birisi 

Ermənistanda yoxdur. Biz Ermənistan torpağının bir metrini də 

işğal etməmişik.  İndi onlar Dağlıq Qarabağı faktiki olaraq ələ 

keçiriblər, hətta orada da belə dağıntı yoxdur. 

Mən bir çox başqa faktlar da gətirə bilərəm. Amma bu 

dediklərim də  əsas verir ki, sizə bildirim: Ermənistanla 

Azərbaycanı bərabər vəziyyətdə qiymətləndirmək olmaz. Bir də 

təəssüf edirəm ki, beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT-

də belə fikir  hökm sürür. 

Prezident Koçaryanla danışıqlarımdan başa düşdüm ki, onlar 

həqiqətən məsələnin sülh yolu ilə  həll olunmasını istəyirlər. 

Amma çox ağır  şərtlər qoyurlar. Siz onların xoş  məramının 

nümayişi kimi onların sizə verdikləri üç əsirin Azərbaycana 

gətirilməsini dediniz. Mən sizə  təşəkkür edirəm ki, bizim üç 

vətəndaşımızı,  əsirlikdə olan vətəndaşlarımızı Azərbaycana 

gətirmisiniz. Amma burada da işə obyektiv 

  



__________________________________________ 

401


 

yanaşmaq lazımdır. Bizim təklifimiz, ümumiyyətlə, beynəlxalq 

təşkilatların təklifi 

əsirlərin hamısının hamısına 

dəyişdirilməsidir. 

Ancaq Ermənistan buna riayət etmir. Biz keçmişdə  əsir 

düşmüş  və konkret siyahıları, adları olan əsirləri demirik, 

hansılar ki, 800-dən artıqdır. Sonra bəzi ölkələrin yüksək 

vəzifəli şəxsləri dedilər ki, onların heç birisi sağ deyil, hamısını 

öldürüblər. Amma beynəlxalq təşkilatların əlində olan məlumata 

görə, indi Ermənistanda 15 azərbaycanlı  əsir var. Bizdə isə 4 

nəfərdir, mən bunu sizə açıq deyirəm və bu gün hamını hamıya 

dəyişməyə hazırıq. Nə üçün onlar üçünü veriblər?  Əgər 

doğrudan da, nə  təhər deyərlər, belə bir addım atmaq 

istəyiblərsə, beynəlxalq təşkilatların, ATƏT-in prinsiplərinə 

riayət edəydilər, 15-ni də verəydilər, biz isə 4-nü də verəydik. 

Burada da bu məsələyə obyektiv qiymət vermək lazımdır. 

Mən bu barədə çox danışa bilərəm. Çünki ürəyimiz 

yanıqlıdır, siz bilin. Əgər ölkəmizdə bir milyon Azərbaycan 

vətəndaşı çadırda yaşayırsa, bizim heç birimiz rahat yaşaya 

bilmərik. Amma bundan xilas olmaq üçün də torpaqlarımızın bir 

hissəsini Ermənistana bağışlaya bilmərik. Ona görə, yenə  də 

deyirəm, məsələnin həll edilməsində gərək ədalət olsun. 

Bunları sizə deyərək, eyni zamanda nikbin əhval-ruhiyyədə 

olduğumu bildirmək istəyirəm. Mənim nikbinliyim də ondan 

irəli gəlir ki, biz məsələni sülh yolu ilə  həll etmək istəyirik. 

Ermənistan da belə  bəyan edir. Beş ildən artıqdır ki, atəşkəs 

rejimini saxlayırıq. Mən bəyan edirəm ki, biz Azərbaycan 

tərəfindən yenidən müharibənin başlanmasına yol vermərik. 

Baxmayaraq ki, daxilimizdəki bəzi qüvvələr bu mövqeyimizə 

görə bizi günahlandırırlar. Ancaq mən deyirəm - beş il bundan 

öncə sülhün yaranmasını çox böyük hadisə hesab edirəm və 

məsələ sülh yolu ilə  həll olunana qədər atəşkəs rejimini 

saxlayacağıq. Ermənistan prezidenti ilə  mənim danışığım 

əsasında üç gün   bundan öncə Azərbaycan və Ermənistanın 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə