Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə114/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   110   111   112   113   114   115   116   117   ...   140

__________________________________________ 

386


  

 

edir. Məsələn, mən Tbilisidə olarkən prezident Şevardnadze ilə 



görüşdüm və gördüm ki, o da bu məsələdən olduqca narahatdır 

O, belə bir fikir  söylədi ki, bu cür işlərə, terror aktlarına  əl 

atanlar buna yenidən qayıda bilərlər, bu işi sonsuz davam etdirə 

bilərlər. Bir halda ki, bu hadisəbr sizin qonşuluğunuzda olan 

ölkədə baş verir, xahiş edirəm, öz fıkrinizi, münasibətinizi 

bildirəsiniz. 



Heydər  Əliyev:  Şimali Qafqazda və konkret olaraq indi 

Dağıstanın  ərazisində gedən prosesbr, yəni terror aktları, 

Dağıstanın ərazisinə soxulmuş quldurlar bizi çox narahat edir. 

Bizim Rusiya ilə sərhədimiz Dağıstandan keçir. Dağıstan isə 

Rusiyanın tərkibində bir respublikadır, yəni Rusiya 

Federasiyasının bir subyektidir. Biz həmişə hər bir ölkənin ərazi 

bütövlüyünün təmin edilməsinin tərəfdarı olmuşuq və bu gün də 

Rusiyanın ərazi bütövlüyünün təmin olunmasının tərəfdarı kimi 

çıxış edirik. Ona görə də biz hesab edirik ki, Dağıstan Rusiyanın 

ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olmalıdır. Rusiyanın 

hakimiyyəti Dağıstanda bundan sonra da davam etməlidir. 

Belə döyüşlər, terror aktları, bu cür çox qorxulu partlayışlar 

və sairə hər bir ölkə üçün təhlükəlidir. Biz məsafəcə Dağıstana 

çox yaxın olduğumuza görə bundan çox narahatıq. 

Bir də bilməlisiniz ki, Dağıstanda təxminən 120-130 min 

azərbaycanlı yaşayır. Dağıstanla Azərbaycan arasında belə bir 

vəziyyət var ki, Dağıstanda olan ləzgilərdən Azərbaycanda da 

yaşayanlar çoxdur. Azərbaycanda avarlar da çoxdur və 

Dağıstanın başqa etnik qruplarından da Azərbaycanda var. Ona 

görə  də bunlar hamısı tarixən həmişə bizi bır-birimizə 

bağlayıbdır. 

Dağıstan bizim üçün dost ölkədir.  Şübhəsiz ki, Rusiyanın 

ayrılmaz bir hissəsi olaraq. Bir arzu edirik ki, tezliklə Rusiya 

federal  qüvvələri  və  Dağıstanın  öz  qüvvələri  Dağıstanda 

  



__________________________________________ 

387


gedən bu proseslərə son qoysunlar, orada sabitliyi, əmin-

amanlığı təmin etsinlər. 

Mətbuatda verilən məlumatlardan demək istəyirəm ki, orada 

guya islam ekstremistləri, guya mürtəcə siyasət həyata keçirmək 

istəyənlər, başqaları - onlar şübhəsiz ki, Dağıstana heç vaxt 

xeyir gətirə bilməzlər. Dağıstan xalqiarının hamısı islam dininə 

itaət edirlər. Amma islam dini heç vaxt nə terrorizmin, nə  də 

ekstremizmin tərəfdarı olmayıbdır. Hesab edirəm ki, o 

terroristlər sadəcə, insanların hissiyyatlarından istifadə edirlər. 

Rusiyadakı partlayışlar, şübhəsiz ki, çox qeyri-adi bir haldır. 

Rusiyanın, yaxud keçmiş Sovet İttifaqının tarixinə  nəzər 

salsanız mən belə şeybr xatırlaya bilmirəm. Mən bunu xatırlaya 

bilmirəm. Çünki hər-halda o dövrün böyük bir hissəsi mənim 

gözümün qarşısında olubdur. Bir də biz kitabları da oxuyuruq, 

tarixi oxuyuruq. 20-ci illərdən bu tərəfə  mən Rusiyanın 

ərazisində belə partlayışlar olduğunu görməmişdim

eşitməmişdim. Bizim arzumuz odur ki, Rusiyanın hökuməti, 

Rusiyanın hakimiyyəti tezliklə bu hadisələrə son qoysun, onların 

qarşısını alsın. Cinayətkarlar yaxalansın, cəzalansın və 

ümumiyyətlə, Rusiyada ictimai-siyasi sabitlik təmin olunsun. 

Rusiya bizim üçün dost ölkədir. Rusiya ilə bizim geniş 

əlaqələrimiz vardır və istəyirik ki, Rusiyada, o cümlədən 

Rusiyanın böyük bir hissəsi olan Şimali Qafqazda sülh olsun

əmin-amanlıq olsun, sabitlik olsun. 

Görürəm, daha sualınız yoxdur. Sağ olun. 

 

  




__________________________________________ 

388


 

 

 



 

«MUSİQİNİN BÖYÜK İPƏK YOLU»  

BİRİNCİ BAKI KLASSİK  

MUSİQİ FESTİVALINA 

 

Hörmətli festival iştirakçıları! Sizi - müstəqil Azərbaycanın 



paytaxtı Bakı  şəhərində  təşkil olunmuş klassik musiqi 

festivalının iştirakçılarını səmimi-qəlbdən salamlayıram. 

Musiqi ayrı-ayrı dillərdə danışan, müxtəlif inkişaf yolları 

keçmiş, bir-birindən fərqlənən mənəvi və maddi dəyərlərə malik 

xalqların ən gözəl qarşılıqlı anlaşma və ünsiyyət vasitəsidir. O, 

hər bir ölkədə xalqın mənəvi aləminin parlaq ifadəsi olmaqla 

onun dünyada tanınmasında, beynəlxalq 

əiaqələrinin 

genişlənməsində mühüm rol oynayır. Sizin festivalınız da bu ali 

məqsədə xidmət edir. 

Sevindirici haldır ki, siyasətçilərin və iqtisadçıların üçüncü 

minillik üçün xüsusi əhəmiyyət kəsb edən tarixi İpək yolunun 

bərpası ilə bağlı səylərinə bu gün sənət adamları da qoşulurlar. 

Böyük Britaniyadan Yaponiyaya qədər tarixi İpək yolu 

ölkələrini təmsil edən görkəmli müsiqiçilərin birgə  səyləri ilə 

qədim Azərbaycan torpağında həyata keçirilən bu tədbir 

mədəniyyətin yüksək humanist ideallarının təntənəsini, 

Azərbaycanın sülhə, dostluğa və  əməkdaşlığa həmişə hazır 

olduğunu nümayiş etdirir. 

Festivalınızın keçirilməsi respublikamızda artıq  ənənəyə 

çevrilmiş Üzeyir musiqi gününə  təsadüf edir. Bu gün musiqi 

mədəniyyətimizin  ən görkəmli simalarından biri Üzeyir bəy 

Hacıbəyovun xatirəsini anma günüdür. XX əsrin  əvvəllərində 

Azərbaycan milli musiqisinin dünya professional musiqı  sənəti 

ilə qovuşması yolunda misilsiz xidmətlər göstərmiş bu dahi 

Azərbaycan bəstəkarının nə dərəcədə uzaqgörən, onun 

  



__________________________________________ 

389


 

sənət aləmində seçdiyi yolun nə dərəcədə doğru olduğunun əsrin 

sonunda bir daha şahidi oluruq. Bu, Uzeyir dühasının 

təntənəsidir. Bu günlərdə biz müstəqil Azərbaycan 

Respublikasının öz neft sərvətlərindən səmərəli istifadə edilməsi 

yolunda müstəsna  əhəmiyyəti olan «Əsrin müqaviləsi»nin 

imzalanmasının beşinci ildönümünü də  təntənəli surətdə qeyd 

edirik. Bu iki hadisənin bir-biri ilə  rəmzi bağlılığı vardır. 

Azərbaycanda XX əsrin  əvvəlində neft sənayesinin sürətlə 

inkişaf etməsi bütün sahələrdə olduğu kimi, musiqi mədəniyyəti 

sahəsində  də böyük irəliləyişə  səbəb olmuşdur.  Əslində, ilk 

nəzərdən bir-biri ilə heç bir əlaqəsi olmayan «neft» və «musiqi» 

məfhumlarının belə qarşılıqlı  təsiri ölkəmizin iqti-sadi, elmi və 

mədəni inkişafında böyük rol oynamışdır. 

İnanıram ki, XXI əsrin astanasında keçirilən bu əsl musiqi 

bayramı Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə ifaçılıq 

sənətinin sürətlə inkişafına təkan verəcək, xalqlarımızın daha da 

yaxınlaşmasına xidmət edəcəkdir. 

Festivalımza böyük uğurlar arzulayıram, hər birinizə 

möhkəm cansağlığı, xoşbəxtlik və  sənət yollarında yeni-yeni 

nailiyyətlər diləyirəm. 

 

HEYDƏR ƏLİYEV  



Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 18 sentyabr 1999-cu il 

  

 



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə