Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə112/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   108   109   110   111   112   113   114   115   ...   140

__________________________________________ 

380


 

 

Məhz buna görə  də 1994-cü ilin may ayında biz Ermənistanla 



atəşin dayandırıiması haqqında saziş imzalamışıq və bu sazişə 

indiyə qədər riayət edirik. Beş ildən artıqdır ki, həm Ermənistan, 

həm də Azərbaycan atəşkəs rejimi şəraitində yaşayır. Amma 

məsələ bu vəziyyətdə qala bilməz. Bizim üçün bu, çox ağırdır. 

Çünki, artıq qeyd etdim, bizim torpaqlarımız işğal altındadır, 

insanlar çadırlarda yaşayırlar. Ermənistan üçün bəlkə bizim kimi 

ağır deyildir. Amma onlar üçün də bu, böyük bir problemdir. 

Ona görə  də,  şübhəsiz ki, dil tapmaq lazımdır. Düzgün qərar 

qəbul edilməlidir, ədalətli sülh əldə etməliyik. 

Bilirsiniz ki, bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul 

olur.   Minsk   qrupunun   həmsədrləri   -   Rusiya,   Amerika 

Birləşmiş  Ştatları, Fransa bu işlərə  rəhbərlik edirlər. Ötən illər 

biz onlarla çox geniş əməkdaşlıq etmişik. İki dəfə - 1994-cü  ilin 

dekabrında və  1996-cı ilin dekabrında Budapeştdə  və 

Lissabonda ATƏT-in zirvə görüşlərində Ermənistan-

Azərbaycan münaqişəsi müzakirə edilib və bu   barədə müvafiq 

qərarlar qəbul olunubdur. Ondan öncə, Birləşmiş Millətlər 

Təşkilatının  Təhlükəsizlik  Şurası Azərbaycanın  torpaqları 

işğal olunan zaman işğal edilmiş torpaqlardan Ermənistan silahlı 

qüvvələrinin qeyd-şərtsiz çıxması haqqında qətnamələr qəbul 

edibdir. O qətnamələr Ermənistan tərəfindən yerinə 

yetirilməyibdir. Budapeştdə, Lissabonda qəbul olunmuş 

prinsiplər isə yenə  də Ermənistanın qeyri-konstruktiv 

mövqeyinə görə həyata keçirilməyibdir. 

Siz bilirsiniz, Lissabon zirvə görüşündən sonra ATƏT-in 

Minsk qrupu iki təklif irəli sürdü. Biz onların ikisinə də müsbət 

münasibət göstərdik. Ancaq onlar həyata keçirilmədi. Çünki 

Ermənistan o təklifləri qəbul etmədi. Keçən ilin sonunda yeni 

bir təklif irəli sürüldü. Bu təklifi də biz qəbul etmədik. Əvvəlki 

iki təklif Azərbaycanın tələblərini o qədər də  təmin etmirdi, 

ancaq müəyyən qədər ədalətli hesab oluna 

  



__________________________________________ 

381


 

bilərdi. Onların əsasını təşkil edən prinsiplər ondan ibarətdir ki, 

Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli 

özünüidarəetmə statusu verilsin, Ermənistan silahlı qüvvələri 

tərəfındən işğal olunmuş Azərbaycan torpaqları azad edilsin və 

yerlərindən zorla çıxarılmış insanlar öz daimi yaşayış yerlərinə 

qayıtsınlar. Dağlıq Qarabağın  əhalisinin hamısının - həm 

azərbaycanlıların, həm də ermənilərin təhlükəsizliyi təmin 

edilsin. Ermənistan bunu qəbul etmədi. 

Son təklif isə ondan ibarətdir ki, «Ümumi dövlət» formulu 

irəli sürülür. Yəni formal olaraq Azərbaycanın  ərazi bütövlüyü 

saxlanılır və Azərbaycanın ərazisində Dağlıq Qarabağ kimi yeni 

bir dövlət yaranır. Azərbaycan dövlətinin isə özünün tərkibində 

olan və bu bölgəsində yaranan dövlətə heç bir hüququ olmur. 

Məlumdur ki, Ermənistan tərəfi münaqişə başlanandan 

qarşısına məqsəd qoyub: ya Dağlıq Qarabağı Ermənistana 

tamamilə qatmaq, bağlamaq, yaxud da ki, Dağlıq Qarabağa 

müstəqillik statusu əldə etmək. Son təklif, yəni «ümumi dövlət» 

formulu Ermənistanın bu iddiasını  şübhəsiz ki, təmin edir. Biz 

isə, görünür ki, özümüz-özümüzü aldatmalı olacağıq. 

Düşünəcəyik ki, Azərbaycanın  ərazi bütövlüyü pozulmayıbdır, 

Dağlıq Qarabağ Azərbaycanın tərkibindədir, yəni ərazisindədir, 

amma Dağlıq Qarabağ tam müstəqildir. Təbiidir ki, biz bunu 

qəbul edə bilməzdik və bu gün də deyirəm ki, biz bunu qəbul 

edə bilmərik. 

Son 15 gündə Amerika Birləşmiş  Ştatları prezidentinin 

Dağlıq Qarabağ problemi üzrə xüsusi səfiri və Rusiyanın xarici 

işlər naziri bizim bölgəmizi - həm Ermənistanı, həm də 

Azərbaycanı ziyarət etmişlər. Mən onların ikisi ilə də çox ətraflı 

danışıqlar aparmışam və açıq-aydın bildirmişəm ki, həm 

Amerika Birləşmiş  Ştatları, həm Rusiya, həm də Fransa 

Lissabon zirvə görüşündə ATƏT-in Minsk qrupunun 

həmsədrləri kimi üzərlərinə düşən vəzifəni indiyə qədər yerinə 

  

 




__________________________________________ 

382


yetirməyiblər. Biz hesab edirik ki, Minsk qrupu və onun 

həmsədrləri Azərbaycan üçün münasib olan yeni təklif təqdim 

etməlidirlər. Belə olmasa məsələ həll edilə bilməyəcəkdir. 

Siz bilirsiniz ki, Azərbaycan təcavüzə  məruz qalmış bir 

ölkədir. Azərbaycanın bir milyondan artıq qaçqınları yeddi ildir 

ki, çadırlarda yaşayırlar. Bizim millətimiz dözümlüdür, ancaq 

hər dözümün də bir həddi vardır. 

Mən bunları sizə bildirərək bir daha bəyan edirəm ki, biz 

məsələnin yalnız və yalnız sülh yolu ilə  həll olunmasının 

tərəfdarıyıq.   Bunun  üçün  bundan sonra  da  çalışacağıq, 

atəşkəs rejimini qoruyub saxlayacağıq. Bu məqsədlə son dəfə 

Yaltada Ermənistan prezidenti Koçaryanla mənim görüşümün 

nəticəsində biz müdafiə nazirlərinə göstəriş verdik ki, onlar 

görüşsünlər və lazımi tədbirlər görsünlər. Bir neçə gün bundan   

öncə      sərhəddə    Ermənistanın  müdafiə      naziri      ilə 

Azərbaycanın müdafiə naziri görüşüblər, danışıqlar aparıblar və 

atəşkəs rejiminin daha da möhkəmlənməsi üçün tədbirlər həyata 

keçirəcəklər. Biz sülh əldə etmək üçün bütün vasitələrdən 

istifadə etməyə çalışırıq. O cümlədən son zamanlarda 

Azərbaycan prezidenti və Ermənistan prezidentinin görüşləri də, 

hesab edirəm, çox əhəmiyyətlidir.   Ancaq  məsələni  həll   

etmək  üçün  Minsk qrupu, ATƏT daha ciddi çalışmalıdır. Siz 

buyurdunuz ki, təşkilatımz münaqişələrin həll edilməsi ilə 

məşğul olmur. Biz bunu bilirik. Ancaq eyni zamanda siz bu işə 

çox böyük maraq göstərirsiniz. Bu, bizi sevindirir. Güman edirik 

ki, böyük maraq göstərərək və Avropa Şurası kimi, Avropanın 

bütün bölgələrində sülhün, əmin-amanlığın təmin olunmasına 

nail olmaq üçün siz də öz səylərinizi imkan dairəsində 

qoyacaqsınız. Siz buyurdunuz ki, Gürcüstanın Avropa Şurasına 

qəbul olunmasından   guya  biz   narahatıq.   Bu,   belə   deyil.   

Biz sevinirik.   Mən   prezident   Şevardnadzeni   bu   

münasibətlə 

  

 

 




Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə