Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə111/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   107   108   109   110   111   112   113   114   ...   140

__________________________________________ 

377


bölgənizin düşdüyü çətin problemlərin həlli barədə Sizin 

münasibətinizi və fikir lərinizi,  şərhlərinizi eşidim, Sizdən 

öyrənim. 

Heydər  Əliyev:  Təşəkkür edirəm. Bizim ölkəmizin, gənc, 

müstəqil dövlətimizin problemləri çoxdur. Qısaca desək, 

məndən  əvvəl Sizinlə söhbət aparan rəsmi  şəxslər yəqin Sizə 

bildiriblər ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət 

quruculuğu prosesi gedir. Azərbaycanda bazar iqtisadiyyatı 

prinsipləri qəbul olunubdur, bu sahədə xeyli işlər görülüb və 

gələcəkdə də görüləcəkdir. 

Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinə  əsasən böyük 

özəlləşdirmə proqramı, torpaq islahatı  həyata keçirilir. 

Keçmişdə, sovet hakimiyyəti dövründə dövlətin  əlində olan 

torpaqların hamısı indi bu islahatın  əsasında kəndlilərə, 

vətəndaşlara qaytarılır. 

Mən Sizə  əvvəlcə  də dedim ki, Azərbaycan Avropanın 

şərqində, Avropa ilə Asiyanın qovuşduğu yerdə yerləşən bir 

ölkədir. Elə buna və bir neçə başqa səbəblərə görə  də 

Azərbaycan özündə  həm Avropanın, həm də  Şərq aləminin 

dəyərlərini toplayıbdır. Bu, bizim ölkəmizin tarixi keçmişinə aid 

olan xüsusiyyətidir. Ancaq belə bir tarixi keçmişi olan ölkə, xalq 

indi demokratik və dünyəvi dövlət qurur. Mən Azərbaycanda 

dünyəvi dövlət qurulduğunu xüsusi vurğulamaq istəyirəm. 

Xüsusən indi Azərbaycanın  ətrafında - Şimali Qafqazda, Orta 

Asiyada, cənubdakı  və  şimaldakı qonşu ölkələrdə gedən ağır 

proseslərə baxaraq, mən bir daha bəyan edirəm ki, Azərbaycan 

tutduğu bu yolla həmişə gedəcəkdir. Dünyəvi dövlət 

prinsiplərini inkişaf etdirmək üçün Azərbaycanda bütün əsaslar 

yaranıbdır və xalqımız bu ənənələri çoxdan mənimsəyibdir. 

Azərbaycan xalqı  hələ XIX əsrdən indiyə  qədər Avropa 

dəyərlərindən bəhrələnərək böyük inkişaf yolu keçibdir, ona 

görə də böyük elmə, mədəniyyətə, təhsilə malikdir. Ancaq şüb- 

  

 




__________________________________________ 

378


həsiz ki, Azərbaycanın həm daxilində, həm də xaricdə 

öikəmizdə gedən bu proseslərə  təsir edən qüvvələr, amillər 

vardır. Bunların heç birinə baxmayaraq biz öz tutduğumuz yolla 

gedirik. Biz demokratiya, insan, söz azadlığı, siyasi plüralizm və 

mətbuat azadlığı prinsiplərini - bütün bu prinsipləri həyata 

keçirmişik və bundan sonra da həyata keçirəcəyik. 

Ölkəmiz üçün çox əhəmiyyət daşıyan odur ki, biz 

Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmişik. Mən bunu 

ona görə xüsusi qeyd edirəm ki, 5-6 il bundan əvvəl bir tərəfdən 

Ermənistanla müharibə apararaq, ikinci tərəfdən daxilində 

ictimai-siyasi sabitlik olmadığından Azərbaycan çox böyük 

çətinliklər içərisində idi. 

Siz 1999-cu ilin sonunda Azərbaycana gəlmisiniz.  Əgər siz 

1993-cü, hətta l994-cü ildə buraya gəlmiş olsaydınız Bakının 

küçələrində rahat gəzə bilməzdiniz. Biz ictimai-siyasi sabitliyi 

təmin etmək üçün çox ağır, çətin yol keçdik, ancaq buna nail 

olduq. 

Azərbaycanın iqtisadiyyatı Sovet İttifaqı dağılandan sonra 



yaranmış iqtisadi tənəzzülə bir neçə il bundan əvvəl son qoydu. 

1995-ci ildən biz artıq ölkənin iqtisadiyyatında inkişafı  təmin 

etdik. Biz inflyasiyanın qarşısını almışıq, milli valyutamızın 

dəyərini möhkəmləndirmişik və insanların yaşayışını müəyyən 

qədər yaxşılaşdırmışıq. Bu sahədə böyük nailiyyətimiz ondan 

ibarətdir ki, biz ölkəmizin qapılarını bütün dünyaya açaraq 

xarici investisiyanın Azərbaycana cəlb olunması sahəsində 

nailiyyətlər əldə etdik. 

Biz iki gündən sonra Azərbaycanda tarixi bir hadisəni, 

dünyanın böyük neft şirkətləri ilə Azərbaycanın imzaladığı ilk 

müqavilənin - «Əsrin müqaviləsi»nin 5-ci ildönümünü qeyd 

edəcəyik. Biz 5 il bundan əvvəl böyük iradə nümayiş etdirib, 

böyük riskə gedib belə bir müqaviləni imzaladıq. 

Məmnuniyyətlə deyə bilərəm ki, bu 5 il müddətində biz böyük 

nailiyyətlər əldə etdik. 

  



__________________________________________ 

379


Sizin ölkənin, yəni Böyük Britaniyanın fəxri olan «Britiş 

Petroleum»  şirkəti Azərbaycanda həm birinci müqavilədə, həm 

də sonrakı müqavilələrdə çox görkəmü yer tutur. Ancaq o, tək 

deyil, - ondan əlavə, «Ramko», «Monument oyl» və başqa 

şirkətlər də vardır. Sizin indi yaşadığınız Strasburqun, yəni 

Fransanın da iki böyük neft şirkəti - «Elf Agiten» və «Total» 

şirkətləri artıq bizimlə çox geniş əməkdaşlıq edirlər. Ötən dövr 

ərzində biz 19 müqavilə imzalamışıq və bu müqavilələr 14 

ölkəni təmsil edən 32 neft şirkəti ilə imzalanıbdır. 

Mən bu məsələni ona görə xüsusi qeyd edirəm ki, biz bu 5 

illik yubiley ərəfəsindəyik. Bir də ona görə ki, bu, sadəcə onu 

göstərir ki, bizim ölkəmiz açıqdır və biz xarici investisiyanı cəlb 

edə bilirik. Biz bundan sonra da xarici investisiyanı  cəlb edib 

ölkəmizin iqtisadi inkişafını təmin edə biləcəyik. 

Bu dediklərim həm bizim problemlərimizdir, həm də 

gördüyümüz işlərdir. Ancaq bizim ölkənin  ən böyük problemi

dərdi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. 

Bu münaqişə haqqında sizin yetərli məlumatınız vardır. 

Bu münaqişə 1988-ci ildən başlayıbdır və indiyə  qədər 

davam edir. Ermənistan silahlı qüvvələri müəyyən səbəblərə 

görə Azərbaycan ərazisinin 20 faizini işğal edib və indiyə qədər 

işğal altında saxlayırlar. İşğal olunmuş torpaqlardan Azərbaycan 

vətəndaşları zorla çıxarılıb və çadırlarda yaşayır. Mən bir daha 

sizə  təşəkkür edirəm ki, siz zəhmət çəkib vertolyotla gedib 

onları gördünüz. 

Biz Azərbaycanda heç vaxt müharibə  tərəfdarı olmamışıq. 

Münaqişəni də Azərbaycan başlamayıbdır. Ermənistan 

Azərbaycanın torpağı olan Dağlıq Qarabağa iddia edərək 

münaqişə başlayıbdır. Bu isə böyük müharibəyə gətirib çıxarıb, 

qan tökülübdür, insanlar tələf olubdur. İşğal olunmuş 

torpaqlarda 700-dən artıq kənd,  şəhər, qəsəbə, yaşayış 

məntəqələri viran edilibdir. Ancaq bütün bunlara baxmayaraq, 

biz həmişə  məsələnin sülh yolu ilə  həll edilməsinin tərəfdarı 

olmuşuq. 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə