Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə119/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   115   116   117   118   119   120   121   122   ...   140

__________________________________________ 

402


 

müdafiə nazirləri sərhəd bölgəsində görüşüb danışıqlar 

apardılar, atəşkəs rejimini möhkəmləndirmək üçün bir neçə 

məsələ haqqında razılığa gəldilər. 

Mən bir də ona görə nikbinəm ki, ATƏT kimi nüfuzlu 

təşkilat və onun tərkibində olan Minsk qrupu, Minsk qrupuna 

rəhbərlik edən böyük dövlətlər - Rusiya, Amerika Birləşmiş 

Ştatları, Fransa məsələnin belə  vəziyyətdə qalmasına bundan 

sonra dözməməlidirlər. Ona görə də biz hesab edirik ki, qarşıdan 

gələn vaxtda, yəni sentyabr ayı qurtarana qədər, oktyabr ayında, 

ATƏT-in zirvə görüşünə  qədər müəyyən yeni təklif meydana 

çıxarmaq, ATƏT-in zirvə görüşündə müəyyən bir təsirli qərar 

qəbul etmək lazımdır. Biz bunu arzulayırıq və bu arzularla da 

mən sizə müraciət edirəm. 

Siz ATƏT-lə Azərbaycanın  əməkdaşlığında səfir  Ştudmanın 

bizimlə  əməkdaşlığı haqqında da dediniz. Bu əməkdaşlıq 

həqiqətən çox səmərəlidir, biz bunu qiymətləndiririk. Burada 

ATƏT-in ofisinin açılması məsələsinə gəldikdə isə, bizim xarici 

işlər naziri bunu bir məsələyə görə sizə izah edibdir. Bu, xırda 

bir şeydir, o da yenə Dağlıq Qarabağla bağlıdır, başqa şeylə yox. 

Ancaq Azərbaycanın prezidenti kimi, mən sizə bəyan edirəm ki, 

ATƏT-in ofisinin Azərbaycanda açılmasına hazıram. 

Güman edirəm ki, dediklərim bizim vəziyyətimizi sizə daha 

da anlada biləcəkdir. 



Knut Vollebek: Cənab prezident, çox sağ olun. Siz mənə çox 

dərin məlumat verdiniz. Hər  şeydən  əvvəl, mən Sizin 

danışığınızın ahəngini çox bəyəndim, çünki Siz nikbin ahəngdə 

danışdınız. Bu, Yerevanda aldığımız məlumatı, eşitdiyimiz 

xəbəri bir daha təsdiq edir. Ümumiyyətlə, elə bilirəm ki, bundan 

sonra ATƏT-in qarşısında işlənməli çoxlu məsələ var. 

Cənab prezident, Siz həm indi qarşınızda olan problemləri, 

həm də  gələcəkdə rastlaşa biləcəyiniz problemləri, maneələri 

çox realistcəsinə vurğuladınız. Lakin ən əsası ondan ibarətdir 

  



__________________________________________ 

403


ki, biz bu problemləri aradan qaldırmağa hazır olduğumuzu 

ifadə etdik. Cənab prezident, mən birtərəfli mövqedə olmağımız 

barədə təəssüratın olmasına təəssüf edirəm. Biz çalışırıq ki, heç 

bir tərəfin mövqeyini saxlamayaq və bu rolumuzu davam 

etdirək. 

Mən bir qədər əvvəl danışarkən bu barədə dedim və bir daha 

təkrar etmək istəyirəm ki, xarici işlər nazirlərinin 29 sentyabr 

görüşündən, Nyu-York görüşündən sonra hər iki nazirlə söhbət 

etməyi planlaşdırıram. Sonra isə Minsk qrupunun həmsədrləri 

ilə görüşməyi planlaşdırıram ki, məsələyə necə kömək göstərə 

biləcəyimizi müzakirə edək. Elə bihrəm ki, işə bu cür 

yanaşmağımız bizə belə dinamizmlə də İstanbul zirvə görüşünə 

yaxınlaşmağa imkan verəcəkdir. 

Cənab prezident, zənnimcə, hadisələrin bu cür gedişi eyni 

zamanda regionda iqtisadi inkişafa da müsbət təsir göstərir. Elə 

bilirəm ki, bu baxımdan Qafqaz Əməkdaşlıq Forumu çox yaxşı 

vasitədir və regionda iqtisadi əməkdaşlığa və dirçəlişə yardım 

etmiş olar. 

Hərbi əsirlər haqqında düşüncələrinizi dinlədim. Məndə belə 

bir təəssürat var ki, İstanbul zirvə görüşünə  qədər Ermənistan 

hökuməti bütün hərbi əsirləri azad edəcəkdir. Elə bilirəm ki, hər 

iki tərəfinn arzusu belə olacaqdır. 

ATƏT-in ofisi haqqında konstruktiv mövqeyinizə görə  də 

Sizə minnətdarlığımı bildirmək istəyirəm.  Əlbəttə, təbii 

problemləri yaxşı  dərk edirəm. Deməliyəm ki, Ermənistan 

hökuməti də ofisin açılması ilə  əlaqədar müəyyən problemlər 

irəli sürdü. Lakin biz bunları aradan götürə və Yerevanda həmin 

ofisi aça bildik. Zənnimcə, sizin Xarici İşlər Nazirliyi ilə 

işləyərək texniki problemləri aradan götürəcək və tezliklə 

Bakıda ofisi açacağıq. 

Cənab prezident, sözümün sonunda bütün nümayəndə heyəti 

adından Sizə minnətdarlığımı bildirmək istəyirəm. Deməliyəm   

ki,   mən   regionu   qeyri-realist   fikir lərlə   tərk 

  

 




__________________________________________ 

404


 

etmirəm. Mən kifayət qədər nikbinəm və eiə bilirəm ki, birgə 

işimizin nəticəsində biz münaqişədən  əziyyət çəkənlərə yardım 

etmiş olacaq və onların vəziyyətinin yaxşılaşdırılması üçün 

birgə çalışacağıq. Cənab prezident, Sizi əmin etmək istəyirəm 

ki, ATƏT məsələ ilə yaxında məşğul olacaq və yardım 

göstərmək üçün əlindən gələni edəcəkdir. Sağ olun. 

H e y d ə r Ə l i y e v: Bir neçə  məsələ haqqında fikrimi 

demək istəyirəm. Birincisi, siz Qafqaz forumunun adını 

çəkdiniz. Bir həftə öncə Amerika Birləşmiş  Ştatlarının xüsusi 

nümayəndəsi bu barədə öz təkliflərini bizə  təqdim etdi. 

İstəyirəm siz biiəsiniz ki, bu, bizim üçün məqbul deyildir. Biz 

indi, Ermənistanla hərbi münaqişədə olduğumuz halda, təkiif 

edilən  şəkildə Qafqaz forumunun keçirilməsinə razılıq verə 

bilmərik. Mən Amerikanın nümayəndəsini qəbul edəndən sonra 

dərhal bu barədə Gürcüstan prezidenti Eduard Şevardnadzeyə 

telefon etdim, öz fıkrimi bildirdim. O da mənim fıkrimlə 

razılaşdı. Ona görə istəyirəm ki, siz bu barədə bizim fıkrimizi 

doğru-düzgün biləsiniz. 

İkinci məsələ  hərbi  əsillər məsələsidir. Siz deyirsiniz ki

ermənilər  İstanbul sammitinə  qədər bütün hərbi  əsirləri 

verəcəklər. Mən isə sizə dedim, bir də  təkrar edirəm: 

Azərbaycanda Ermənistandan 4 hərbi  əsir var. İndi mən milli 

təhlükəsizlik nazirinə əmr verirəm, beş gün içərisində bu əsirləri 

Ermənistana versin. Azərbaycanda əsirlər olmayacaqdır. Siz isə 

çalışın ki, oradakı əsirlərin hamısı tezliklə Azərbaycana gəlsin. 

Üçüncü məsələ ofisin açılması  məsələsidir. Mən xarici işlər 

nazirinə əmr verirəm ki, mane olan problemləri aradan götürsün 

və siz Bakını tərk edənə qədər Azərbaycanda ATƏT-in ofisinin 

açılması barədə qərar qəbul olunsun. 

Knut Vollebek:  Əsirlərin buraxılmasına o qədər də  əmin 

deyiləm, amma ümid edirəm ki, buraxacaqlar. Çox sağ olun, 

cənab prezident, əsirlərin buraxılması Sizin tərəfinizdən çox 

böyük jestdir. Mən bu barədə Ermənistanın xarici işlər 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə