Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə115/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   111   112   113   114   115   116   117   118   ...   140

__________________________________________ 

390


 

  

 



  

ATƏT-in HAZIRKI SƏDRİ, NORVEÇİN  

XARİCİ İŞLƏR NAZİRİ KNUT  

VOLLEBEK İLƏ GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı 



 

18 sentyabr 1999-cu il 

 

Heydər Əliyev: Hörmətli cənab nazir, hörmətli cənab sədr! 

Mən sizi və sizinlə bərabər Azərbaycana gəlmiş nümayəndə 

heyətinizi səmimi-qəlbdən salamlayıram və deyirəm ki, 

Azərbaycana xoş gəlmisiniz! 

Biz sizi qəbul edərkən bir neçə hisslər keçiririk. Birincisi, biz 

ATƏT ilə artıq çox illərdir ki, əməkdaşlıq edirik və ATƏT-in 

nümayəndələri, xüsusən bu beynəlxalq təşkilatın sədri ilə 

görüşməyimiz həmişə bizim üçün əlamətdar hadisə olubdur. 

Məlumdur ki, Azərbaycan üçün ən ağır, böyük, çətin problem 

olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 

sülh yolu ilə  həll edilməsi ATƏT-in və ATƏT tərəfindən 

yaradılmış Minsk qrupunun üzərinə qoyulmuşdur. Ona görə də 

biz ATƏT-in indi fəaliyyətdə olan sədri kimi sizi bölgədə  və 

xüsusən Azərbaycanda səbirsizliklə gözləyirdik. Təşəkkür 

edirəm ki, gəlmisiniz. 

Siz eyni zamanda Norveçin xarici işlər nazirisiniz. Bilirəm ki, 

nümayəndə heyətinizdə Norveç ölkəsinin iş adamları  və başqa 

rəsmi nümayəndələri də vardır. Norveç ilə Azərbaycan arasında 

çox geniş  əməkdaşlıq mövcuddur. Biz sentyabrın 20-də 5 il 

bundan əvvəl imzalanmış böyük neft müqaviləsinin - 

  



__________________________________________ 

391


«Əsrin müqaviləsi»nin 5 illiyini qeyd edəcəyəyik. Bu 

müqavilənin  əsasını qoyanlardan biri də Norveçin «Statoyl» 

şirkətidir. Məmnuniyyətlə deyə bilərəm ki, müqavilənin həyata 

keçirilməsində Norveçin başqa  şirkətləri də çox fəal iştirak 

ediblər. Buna görə biz sizi Norveçin xarici işlər naziri kimi də 

qəbul edirik və hesab edirəm ki, bu sahədə  də bizim danışılası 

sözlərimiz vardır. 

Beləliklə, indi biz çox geniş danışıqlar apara bilərik. Hansı 

məsələlərin müzakirəsinə başlamaq imkanını mən sizə verirəm. 

Buyurun. 



Knut Vollebek:  Cənab prezident, çox sağ olun ki, məni və 

məni müşayiət edən böyük nümayəndə heyətini belə  nəvazişlə 

qarşılayırsınız. 

Mən çox şadam ki, bu, ATƏT sədrinin bu bölgəyə birinci 

səfəridir. Üzr istəyirəm ki, bu səfəri bir qədər  əvvəl həyata 

keçirməyə imkanım olmadı, buna vaxt imkan vermədi. İndi isə 

imkan olduğuna görə buradayam. 

Lakin bir halda ki, Siz məni həm də Norveçin xarici işlər 

naziri kimi qarşılayırsınız, ölkələrimizin ikitərəfli münasibətləri 

haqqında da bir neçə kəlmə demək istəyirəm. Hər şeydən əvvəl, 

Norveç kralının Sizə böyük salamları vardır. O, Sizin Norveçə 

1996-cı ildəki rəsmi səfərinizi yaxşı xatırlayır. Ümumiyyətlə, 

Norveçin son illər  əlaqələrini bu cür inkişaf etdirdiyi ölkələrin 

sayı azdır. 

Cənab prezident, Siz doğru dediniz ki, bu əməkdaşlığın 

əsasını Norveçin dövlət neft şirkəti olan «Statoyl» qoymuşdur. 

Bu  əməkdaşlığı Norveçin digər  şirkətləri davam etdirmişlər. 

Lakin xoşbəxtlikdən, neft sahəsində başlanmış bu əməkdaşlıq 

digər sahələri də əhatə edir. 

Cənab prezident, yəqin Siz Norveçin Baş nazirinin 

məktubunu almısınız. O, «Əsrin müqaviləsi»nin 5-ci ildönümü 

münasibətilə sentyabrın 20-də keçirəcəyiniz təntənəli mərasimlə 

əlaqədar Sizə məktub göndərmişdir. 

  

 




__________________________________________ 

392


Bu gün mən qaçqınların məskunlaşdığı düşərgədə oldum. 

Gördüm ki, Norveçin Qaçqınlar şurası orada çox fəal işləyir və 

sizin ölkənin rəsmi  şəxsləri ilə  sıx  əməkdaşlıq edir. Bu da 

Norveçin qeyri-dövlət təşkilatları ilə sizin ölkənin rəsmi 

dairələri arasındakı yaxşı münasibətlərin nümunəsidir. 

Cənab prezident, mən Azərbaycanın xarici işlər naziri ilə də 

görüşmüşəm. Biz onunla birlikdə nahar da etmişik. Biz günorta 

vaxtı kukla teatrına da getdik, bir tamaşaya da baxdıq. Orada 

Azərbaycan və Norveç müsiqisinə qulaq asdıq. Qaçqın uşaqları 

xorla mahnılar oxuyurdular. Bu, teatrlaşdırılmış çox möhtəşəm 

bir tamaşa idi. Tamaşanın ortasında «Vikinq» gəmisi səhnəyə 

çıxarıldı. Gəminin üzərində  həm Norveç, həm də Azərbaycan 

bayraqları var idi. 

Mənə elə gəlir ki, biz yaranmış bu cür ikitərəfli münasibətləri 

gələcəkdə  də davam etdirməliyik. Azərbaycanın Baş naziri 

bizim dəvətimizi qəbul etmişdir. Elə bilirəm ki, o, lap yaxın 

vaxtlarda Norveçə səfər edəcəkdir. Biz sizin ölkənin xarici işlər 

nazirini gələn il Norveçdə gözləyəcəyik. 

Məlumdur ki, mən buraya ilk növbədə ATƏT-in hazırkı sədri 

kimi gəlmişəm.  Əlbəttə ki, bir sədr kimi məni Qafqazda olan 

vəziyyət çox narahat edir. Ermənistan ilə Azərbaycan arasında 

hazırda müharibə getməməsinə baxmayaraq, müharibənin 

qalıqları kimi hər iki tərəfdən qaçqınlar vardır. Bu, eyni 

zamanda qaçqınların çətin  şəraitdə yaşaması  və münaqişənin 

törətdiyi problemlər bizi narahat edir. Müharibədən sonra 

yaranmış  vəziyyət adi adamların da həyatım çətinləşdirmişdir. 

Ona görə  də elə bilirəm ki, ümumiyyətlə, bu bölgədə sülh 

prosesinə təhlükə vardır. 

Cənab prezident, Sizinlə Vaşinqtondakı görüşümüzü çox 

böyük məmnuniyyətlə xatırlayıram. Həmin görüş çox gözəl 

şəraitdə keçdi. Bu görüşdə xarici işlər nazirləri ilə yanaşı, 

Gürcüstanın və Ermənistanın prezidentləri də  iştirak edırdilər. 

Həmin görüşdə ümumiyyətlə, münaqişənin həlli istiqa- 

  

 




Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə