Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə116/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   112   113   114   115   116   117   118   119   ...   140

__________________________________________ 

393


 

mətində irəliyə getmək arzusu ifadə olunmuşdu. Məhz bu 

görüşdən sonra hadisələr müsbət istiqamətdə inkişaf etmişdir. 

Siz ermənistanlı  həmkarınızla görüşmüsünüz. Sizin xarici işlər 

naziri də Ermənistanm xarici işlər naziri ilə görüşmüşdür. 

Mən iki həftə bundan əvvəl Osloda Minsk qrupunun üç 

həmsədri ilə görüşmüşəm. Biz həmin görüşdə bir sıra məsələləri 

müzakirə etmişik. Həmsədrlər mənə  məlumat verdilər ki, Siz 

belə bir arzu ifadə etmisiniz ki, Minsk qrupu və ümumiyyətlə, 

ATƏT öz işini daha da fəallaşdırsın, münaqişənin həllində daha 

fəal iştirak etsin. Əlbəttə ki, biz üzərimizə düşən vəzifəni tam 

anlayırıq. Lakin eyni zamanda, hesab edirik ki, münaqişənin 

sülh yolu ilə  həllində ikitərəfli danışıqlar, görüşlər də çox 

vacibdir. Həm mən, həm də üç həmsədr Sizin qərara gəldiyiniz 

bu məsələyə öz dəstəyimizi verməyə hazırıq. 

Sentyabrın 29-da Azərbaycanın və Ermənistanın xarici işlər 

nazirləri Nyu-Yorkda görüş keçirəcəklər. Biz Sizin ölkənin 

xarici işlər naziri ilə razılaşmışıq ki, bu görüşdən sonra dərhal 

telefon  əlaqəsi saxlayaq və görüşün gedişi,  əldə olunan razılıq 

haqqında fikir  mübadiləsi aparaq, görək ATƏT öz tərəfindən 

hansı yardımı edə bilər. 

Cənab prezident, mən Ermənistandakı görüşlərdən çox 

məmnun qayıtmışam. Yerevanda ümumiyyətlə, bu ikitərəfli 

görüşlərə çox müsbət yanaşırlar. Onlar razıdırlar ki, 

kompromislər olmasa bu münaqişə həll edilə bilməz. Elə bunun 

nümunəsidir ki, mən dünən buraya gələndə özümlə üç əsir 

gətirmişəm. Onların şərtsiz və birtərəfli qaydada azad olunması 

göstərir ki, Ermənistan tərəfi ATƏT-in sammiti başlayana qədər 

bütün əsirləri azad etməyə hazırdır. 

Cənab prezident, mən elə bilirəm ki, söhbəti davam etdirmək 

üçün sözü Sizə verməliyəm. Lakin bir məsələni də qaldırmaq 

istəyirəm. Bu da Bakıda ATƏT-in ofisinin açılması məsələsidir. 

Biz sizin xarici işlər naziri ilə bu məsələni müzakirə etmişik. 

Azərbaycan ATƏT-in çox fəal üzvlərindən 

  



__________________________________________ 

394


 

biridir. Biz Azərbaycanın ATƏT-də  fəal iştirakına çox böyük 

hörmətlə yanaşırıq. Elə bilirik ki, ATƏT-in Bakıda ofisinin 

açılması ümumiyyətlə, bizim əlaqələrimizin daha da inkişaf 

etməsinə  və ATƏT-in planlaşdırdığı layihələrin burada həyata 

keçirilməsinə yardım etmiş olar. 

Bizim səfir ATƏT-in adından Azərbaycanda çox fəal işləyir. 

Bu sahədə artıq memorandum imzalanmışdır. Bizim işimiz 

bununla məhdudlaşmır. Elə bilirik ki, işimizin daha geniş vüsət 

alması üçün Bakıda ATƏT-in ofisinin açılması çox lazımlı 

olardı. Cənab prezident, sağ olun. 

Heydər  Əliyev:  Birincisi, Norveç kralının mənə göndərdiyi 

salama görə təşəkkürümü biidirirəm və xahiş edirəm ki, mənim 

də salamlarımı, ən xoş arzularımı əlahəzrət krala çatdırasınız. 

Mən 1996-cı ildə sizin ölkənizə  rəsmi səfərimi daim çox 

böyük məmnuniyyətlə xatırlayıram. Gözəl bir səfər idi. Mən 

hesab edirəm ki, bizim o vaxt keçirdiyimiz görüşlər, apardığımız 

danışıqlar, imzaladığımız sənədlər nəticədə Azərbaycan ilə 

Norveç arasındakı  əlaqələrin hüquqi-normativ bazasını yaratdı, 

onların daha da inkişaf etməsi üçün çox yaxşı imkanlar açdı. 

Norveçdə  mənə göstərilən çox gözəl münasibətə, 

qonaqpərvərliyə, səmimiyyətə görə bir daha təşəkkür edirəm. 

Xatırlayıram ki, Oslada bizim çox gözəl görüşlərimiz və 

gəzintilərimiz oldu. Mənim və Azərbaycanın köhnə dostumuz 

Tur Heyerdalın muzeyinə  məmnuniyyətlə getdik və onunla 

görüşdük, səyahətləri haqqında daha da geniş məlumatlar aldıq. 

Tur Heyerdal bir neçə dəfə Azərbaycana gəlibdir və bizimlə 

yaxın dostdur. Biz onu çox sevirik. Xahiş edirəm ki, mənim 

salamlarımı  və  ən xoş arzularımı  cənab Tur Heyerdala 

çatdırasınız. Onun ideyalarından biri də ondan ibarətdir ki, 

norveçlilərin kökü Azərbaycandadır, onlar vaxtilə burada 

yaşayıblar, onlar sonra indi yaşadıqları məkana gediblər. Cə- 

  



__________________________________________ 

395


nab Tur Heyerdal çox ağıllı  və çox dərin bilikli bir alim 

olduğuna görə onun bu fikir lərinə,  şübhəsiz ki, diqqətlə 

yanaşmaq lazımdır. 

Mən Norveçdə neft sənayesinin qısa müddətdə güclü 

inkişafını müşahidə etdim. Azərbaycan qədim neft diyarıdır. 

Burada on illərlə, yüz illərlə neft hasil edilir. Ancaq Norveçdə 

cəmi 25-35 il içərisində  dənizdə neft hasil etmək məsələsi çox 

gözəl həll olunubdur. Stavanger şəhərində, sonra isə  dənizdəki 

platformada mən bunları yaxından müşahidə etmişəm. Bunlar 

hamısı  məndə çox gözəl təəssüratlar yaradıbdır. Ona görə  də 

mən onları məmnuniyyətlə xatırlayıram. Bir daha bəyan edirəm 

ki, Norveçlə bizim iqtisadi sahədə  və digər sahələrdə 

əməkdaşlığımız bundan sonra da sürətlə inkişaf edə bilər. Biz 

bunun tərəfdarıyıq. 

Şübhəsiz ki, ATƏT ilə Azərbaycanın əlaqəsi də çoxşaxəlidir. 

Amma bizim ATƏT-dən son illər, xüsusən 1992-ci ildən indiyə 

qədər  ən çox gözlədiyimiz məsələ Ermənistan-Azərbaycan 

münaqişəsinin sülh yolu ilə  həll olunmasına yardım 

göstərilməsidir. ATƏT-in Minsk qrupu ilə biz daim əməkdaşlıq 

edirik. 


ATƏT-in 1994-cü ilin dekabr ayında Budapeşt və 1996-cı 

ilin dekabr ayında Lissabon zirvə görüşlərində biz müəyyən 

qədər irəliləyə bildik. Mən bunu xüsusi qeyd etmək istəyirəm ki, 

Lissabon zirvə görüşündən sonra 1997-ci ildə ATƏT-in Minsk 

qrupu çox fəal oldu. ATƏT-in Minsk qrupuna o vaxtdan 

rəhbərlik həm Rusiyanın, həm Amerika Birləşmiş  Ştatlarının, 

həm də Fransanın üzərinə düşür. 1997-ci ilin iyun və sentyabr 

aylarında ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həll 

olunması üçün təkliflər irəli sürdü. Biz iyun ayında irəli sürülən 

təklifləri  əsasən qəbul etdik. Amma Ermənistan onu qəbul 

etmədi. Sonra, sentyabr ayında da irəli sürülən təklifi biz qəbul 

etdik, Ermənistan qəbul etmədi. 

  

 

 




Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə